Azərbaycan döVLƏT İQTİsad universiteti


Tədqiqatın predmeti və obyekti



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix08.11.2022
ölçüsü1,57 Mb.
#68107
1   2   3   4   5   6   7   8   9   ...   27
S-leymanov-Abid-h-d 311019

Tədqiqatın predmeti və obyekti. Aparılmış tədqiqatın predmetini 
uzunmüddətli aktivlərlə bağlı uçotun və hesabatının Azərbaycanda tətbiq edilən 
mövcud sistemi, habelə onların kompleks analizi metodikası təşkil etməkdədir. 
Tədqiqatın obyekti olaraq konkret uzunmüddətli aktivlərin bölmələr üzrə 
təsnifatının, uçotunun, hesabatının, qiymətləndirilməsinin və analizinin beynəlxalq 
standarlara, normativ sənədlərdə göstərilmiş və onlara uyğun olan metodları, qayda 
və şərtləri, üsulları götürülməkdədir.
Magistr dissertasiya işinin nəzəri və metodoloji əsasları. Tədqiqat işinin 
elmi bazasını Azərbaycan və xarici müəlliflərin uzunmüddətli aktivlərin 
idarəedilməsi ilə bağlı elmi tədqiqatları və analizləri, Azərbaycan Respublikasının 
Qanunları, beynəlxalq maliyyə əməliyyatları üzrə hesabatlarıla bağlı standartlar 
təşkil edir. Hazırlanmış magistr işinin nəzəri-metodoloji bazisini Azərbaycan 
Respublikasının Konstitusiyası, Azərbaycan Respublıkası Mülki Məcəlləsi, 
Mühasibat uçotu haqqında Qanun, Maliyyə Hesabatının Beynəlxalq və Milli 
Standartları, uzunmüddətli aktivlərin mahiyyəti, qiymətləndirilməsi, təsnifatı, 
uçotu və analizinə aid çeşisli dövlətlərin iqtisadçıları və alimlərinin elmi 
tədqiqatları və ampirik əsərləri formalaşdırır. Tədqiqatın aparıldığı müddətdə mən-
tiq, müqayisə, ümumiləşdirmə, həmçinin mühasibat uçotuna aidiyyatı olan spesifik 
üsul və metodlardan istifadə edilib. 
Dissertasiya işində tədqiqat metodu olaraq induksiya və deduksiya 
metodlarından, həbelə sistemləşdirmə, qruplaşdırma, müqayisəetmə metodlarından
istifadə edilib. 
Magistr dissertasiya işinin elmi yeniliyi. Hazırlanmış magistr işində elmi 
yenilik kimi aşağıdakıları sistemləşdirmək olar:
- uzunmüddətli aktivlərlə bağlı maddələrin mahiyyətinin xarakteristikaları, 
habelə funksiyaları dəqiqləşdirilmiş və müqayisəli formada müəyyənləşmişdir; 
- uzunmüddətli aktivlərin uçotunda və hesabatında aparılan təsnifatların 
qiymətləndirilməsi məsələləri ümumi şəkildə araşdırılaraq bu istiqamətdə cari 
nöqsanlar və çatışmazlıqlar aşkarlanmışdır; 


10 
- uzunmüddətli aktivlərin ayrı-ayrı bölmələrinin uçotunun cari metodikası hər 
aspektdən təhlil edilərək ona tənqidi baxımdan qiymət verilmişdir; 
- uzunmüddətli aktivlərin mövcudluğunun və hərəkətinin uçotunun 
informasiyaların tələb edilən kəmiyyətdə, habelə zəruri keyfiyyəti uyğun olaraq 
təkmilləşdirilməsi istiqamətində təkliflər verilmişdir; 
- uzunmüddətli aktivlərin təhlilində və qiymətləndirilməsində cari metodika- 
nın təkmilləşməsinin ümumi istiqamətləri təyin olunmuşdur; 
- uzunmüddətli aktivlərin tərkibinin, bölmələrinin və qiymətləndirilməsinin 
beynəlxalq səviyyədə qəbul ediləcək standartlara əsasən təkmilləşdirilməsinə 
uyğun konkret təkliflər hazırlanmışdı. 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin