8
aktivlərin uçotu, təhlilinin beynəlxalq standartlara əsalanan təkmilləşdirilmə
yönündə konkret təkliflərin verilməsinə böyük ehtiyac var. Bütün bu deyilənlər
magistr dissertasiyasının məqsəd və vəzifəsini müəyyənləşdirmişdir.
Tədqiqatın məqsədi və vəzifələri. Hazırlanmış magistr dissertasiyasının
məq-
sədi uzunmüddətli aktivlərlə bağlı uçotun və təhlilinin metodikasının cari vəziyyə-
tinin geniş aspektdən tədqiqi əsasında, geniş nəzəri, habelə metodoloji əksikliklərin
aşkarlanmasının, milli, habelə beynəlxalq standartlara əsalanmış təkmilləşdirilmə
məsələlərinə uyğun təkliflərlə tövsiyyələrin hazırlanmasından ibarətdir. Qarşıya
qoyulmuş bu məqsədə əsasən aşağıda göstərilən
vəzifələri müəyyənləşdirmək
mümkündür:
- uzunmüddətli aktivlərin iqtisadi mahiyyətinin, habelə funksiyasının
qanunvericiliyə - normativ sənədlərə uyğunluğunun,
nəzəri və təcrübədəki
məsələlərə toxunan ədəbiyyatlarda hansı istiqamətdə açıqlandığının araşdırılması
və bunların dəqiqləşdirilməsi,
- uzunmüddətli aktivlər üzrə uçotun və hesabatda təsnifləşdirilməsinin çağdaş
vəziyyətinin araşdırəlması,
- uzunmüddətli aktivlərdə uçot metodikasını hər tərəfdən araşdırılması, bu
sahədə mövcud çatışmazlıqların və nöqsanların göstərilməsi,
- uzunmüddətli aktivlərin təsnifat qruplarına uyğun qaydada ayrı-ayrı
bölmələrinin uçotunun və hesabatlarda qiymətləndirilməsi metodlarının təhlil
edilməsi,
- uzunmüddətli aktivlərin mövcudluğunun və hərəkətinin keyfiyyətli və
effektiv informasiya formalaşdırmaq naminə, cari təsnifatının dəqiqləşdirilməsi və
təkmilləşdirilməsi,
- uzunmüddətli aktivlər üzrə uçotun və təhlilinin metodikasının təkmilləşdi-
rilməsi istiqamətində konkret təkliflə tövsiyyələrin işlənib hazırlanması,
- uzunmüddətli aktivlərin Maliyyə əməliyyatları üzrə hesabatlarda beynəlxalq
standartlara uyğun təsnifatının və qiymətləndirilməsinin vəziyyəti haqqında
əsaslandırılmış təkliflərin verilmiş olması.