6
GİRİŞ
Mövzunun aktuallığı. Mühasibat uçotu üzrə əməliyyatların
Azərbaycan
Respublikasında inkişafının təmin ediməsi və daha təkmilləşdirilməsinin
zəruriliyini bir neçə xarici və daxili amillərlə əsaslandırmaq olar. Azərbaycanın
dünyada baş vermiş və getdikcə dərinləşən iqtisadi mühitə inteqrasiyası, ölkədə
xarici investisiyanın axınının genişlənməsi, müəssisələrin
beynəlxalq şirkətlərlə
münasibətlərinin güclənməsi uçot, maliyyə hesabatı, həmçinin təhlillərin
təkmilləşdirilməsi, habelə beynəlxalq standartlara uyğunlaşmasını şərtləndirəcək
xarici amillərdən bəziləridir. Bununla paralel
olaraq vahid iqtisadi sferada, qlobal
bazarlarda tərəfdaşlar daxilində ünsiyyət və münasibət vasitəsi olaraq məhz
uçotun, təhlilin, auditin, hesabatın vermiş olduğu informasiyadan istifadə olunur.
Qeyd edilən informasiyaların hər kəs tərəfindən eyni
formada başa düşməsi üçün
dünya səviyyəsində uçot qaydalarının, hesabatların, həmçinin uzunmüddətli
aktivlərlə bağlı uçotun, təhlilin və hesabatların nəzəri, metodoloji, habelə metodiki
bazasının razılaşması və harmanizasiyasını zəruriləşdirir. Məhz bu səbəbdən də
“Mühasibat uçotu haqqında ” Azərbaycan Respublikası Qanununda olan
maddələrinin, eyni zamanda onlarda göstərilmiş
konkret şərt və tələblərin
reallaşması “Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları”nın
hazırlanmasını şərtləndirmişdir. Həmin qanuna uğun olaraq uzunmüddətli
aktivlərlə birbaşa bağlı olan bəzi standartların hazırlanması planlaşdırılmışdır.
Ancaq uzunmüddətli aktivlərlə əlaqədar uçotun və təhlilinin təkmilləşməsi,
eyni zamanda beynəlxalq standartlara uyğunluğunun zəruriliyini təkcə xarici
amillərlə əlaqələndirmək
həm nəzəri sahədə, həm də praktiki sahə üzrə düzgün
olmazdı. Bunu başqa sözlə ifadə etsək, bu istiqamətdə var olan uçotun, təhlilin və
hesabatın mövcud sistemi nəzəri-metodoloji, habelə
praktiki aspektdən müəyyən
əksikliklərə və qüsurlara sahibdir. Bu da mövcud sistemin formalaşdırdığı infor-
7
masiyanın daxilində və keyfiyyətində özünün əksini tapır. Yəni, bu informasiyaya
bağlı olaraq uzunmüddətli aktivlərin daha səmərəli və effektiv idarə olunması,
maliyyə və investisiya xüsusiyyətinə sahib iqtisadi sahədə qərarların qəbul edilmiş
olması praktiki aspektdən mümkün deyil. Bütünlükdə nəzərə aldıqda, uzunmüd-
dətli aktivlərin uçotunun, bununla yanaşı təhlilinin və hesabatlarının cari
vəziyyəti bazar iqtisadiyyatında
çağdaş dinamikaya, onun xüsusiyyətlərinə bir
bütün olaraq və tam şəkildə uyğun olmur, onun inkişafına bəzən maneə yaradır.
Beləliklə, dövlətimizdə uzunmüddətli aktivlərlə bağlı uçotun, təhlilinin, hesaba-
tlarının cari vəziyyətinin
geniş qaydada tədqiqi, onun təkmilləşməsi, eyni zamanda
beynəlxalq standartlara uyğunlaşması günümüzdə obyektiv bir zərurətə
çevrilmişdir. Bütün bu vurğulanan cəhətlər tədqiq edilən magistr dissertasiyasının
mövzusunu aktuallaşdırır, habelə bu sahədə elmi və təcrübü əhəmiyyətini
müəyyənləşdirir.
Dostları ilə paylaş: