Məhsulun çeşidi
Məhsulun növ, tip, sort, ölçü, marka və artikul üzrə tərkibini xarakterizə edir. Məhsul çeşidinin düzgün müəyyənləşdirilməsi iqtisadiyyatın və əhalinin tələbatının daha yaxşı ödənilməsi, istehlakçıların tələblərinə cavab verməyən məmulatlar buraxılışına yol verilməməsi məqsədini güdür.
Məhsulun keyfiyyəti Onun təyinatına müvafiq olaraq müəyyən şəxsi və istehsal tələbatının ödəmək qabiliyyətini şərtləndirən xassələrin məcmuyudur. Məhsulun keyfiyyətinin yüksəldilməsi iqtisadi artımın ən mühüm amili, istehsalın intensivləşdirilməsinin vacib şərtidir. Bazar iqtisadiyyatı şəraitində məhsulun keyfiyyətinin yüksəldilməsi mühüm iqtisadi və siyasi vəzifə kimi çıxış edir.
İstehsal proqramı aşağıdakı ardıcıllıqla işlənib hazırlanır:
ilk növbədə müəssisələr arasında mal göndərmə haqda bağlanmış müqavilələr, istehlakçılar tərəfindən verilmiş sifarişlər və dövlət tərəfindən verilmiş tapşırıqlar arasında cari ildə buraxılacaq məhsulların tam nomenklaturası, çeşidi, miqdarı və müddətləri müəyyən edilir; sonra cari ilin sonuna müəssisə anbarında qalmış hazır məhsulların miqdarı, tamamlanmamış istehsalın normativ səviyyəsi təyin edilir; daha sonra zəruri texniki- təşkilati tədbirləri nəzərə almaqla istehsal proqramının layihəsi işlənib hazırlanır və əmək kollektivinin geniş müzakirəsinə verilir.
Əmək kollektivi tərəfindən qəbul edilmiş istehsal proqramı müəssisənin müdiri tərəfindən təsdiq olunaraq icra üçün müəssisənin sexlərinə, istehsal sahələrinə və briqadalarına göndərilir. Bütün səviyyələrdə istehsal proqramı aşağıdakı üç bölmədən ibarət olaraq işlənib hazırlanır:
a) natural ifadə məhsul istehsalı bölməsi; b) tamamlanmamış məhsul qalığının dəyişməsi bölməsi;
c) istehsal gücü balansı və ondan istifadə bölməsi.
Sənaye müəssisələrində istehsal proqramını yüksək səviyyədə işləyib hazırlamaq üçün aşağıdakı tələbləri nəzərə almaq lazımdır:
istehsal proqramı elə tərtib olunmalıdır ki, onun həyata keçirilməsi dövlət tərəfindən verilmiş tapşırıqların, bağlanmış müqavilələrin və istehlakçılar tərəfindən verilmiş sifarişlərin tam və vaxtında yerinə yetirilməsi təmin etmiş olsun;
istehsal proqramının göstəriciləri elmi cəhətdən əsaslandırılmalıdır, yəni o, elmi-texniki tərəqqinin naliyyətlərini, qabaqcıl istehsalat təcrübəsini səmərələşdiricilərin və yenilikçilərin təkliflərini və tövsiyyələrini özündə əks etdirməlidir;
istehsal proqramı istehsalın ahəngdarlığını təmin etməlidir, çünki bu, müəssisənin istehsal gücündən, maddi və əmək ehtiyatlarından istifadəni yaxşılaşdırır, bağlanmış müqaviləyə, icra üçün qəbul edilmiş naryada uyğun olaraq məhsul göndərilməsi öhdəliklərinin yerinə yetirilməsinə şərait yaradır;
istehsal proqramı optimal olmalıdır, yəni o, elə işlənib hazırlanmalıdır ki, əksər fəhlələr tərəfindən yerinə yetirilə
bilsin;
istehsal proqramı mövcud texnoloji maşın və avadanlıqların tam yüklənməsini təmin etməlidir. Bu, iş vaxtından istifadənin yaxşılaşdırılmasına imkan verir. İş vaxtından istifadənin yaxşılaşdırılması isə istehsalın intensivləşdirilməsinin, əmək məhsuldarlığının artırılmasının mühüm ehtiyat mənbələrindən
biridir.
Dostları ilə paylaş: |