Azərbaycan döVLƏt məDƏNİYYƏt və İNCƏSƏNƏt universiteti NƏZNİNDƏ humanitar kolleci



Yüklə 89,04 Kb.
səhifə3/3
tarix26.12.2023
ölçüsü89,04 Kb.
#197481
1   2   3
Öz biznesin açılması
Öz biznesinə başlamazdan öncə müəyyən analitik iş görmək lazımdır:



  • Fəaliyyətin əsas istiqamətlərini seçmək. Burada xüsusi təcrübəsi və mövcud potensial, rəqabət dərəcəsi və nəzərdə tutulan tələbi nəzərə almaq zəruridir;

  • Işgüzar (ticarət) zonasını, kommersiya imkanlarının həcmini müəyyənləşdirmək, habelə peşəkar icraçı kollektiv formalaşdırmaq:

  • Maliyyə imkanlarını qiymətləndirmək, yəni firmanın fəaliyyət göstərməsi üçün zəruri xərcäərin səviyyəsini, biznes- tsikl başlamaq üçün dövriyyə vəsaitinin həcmini, habelə nizamnamə kapitalının həcmini və maliyyələşdirmənin mümkün mənbəylərini müəyyənləşdirmək

Öz biznesini açmaq haqqında son qərar qəbul etmək üçün sahibkara dünya praktikasında SWOT metodu itə həyata keçirilən daxili və xarici imkanların təhlilini aparmaq təklif olunur.


Onun köməyi ilə biznesin həyata keçirilməsinin daxili imkanları, xüsusilə firmanın qüvvətli və zəif tərəfləri müəyyənləşdirilir.


Biznesin açılması barədə qərar qəbuluna bu cür kompleks yanaşma firmanın fəaliyyətinin ilk dövrlərində müflisləşməsi ehtimalını azaltmağa imkan verir.


Ölkə İqtisadiyyatına sahibkarlığın pozitiv təsirini nəzərə alaraq qanunverici və icra dövlət İdarəetmə orqanları onun aktivliyi üzrə tədbirlər görməlidir, yəni;

  • Güzəştli sahibkarlıq formalarını inkişaf etdirmək;

  • mühafizə mexanizminin etibarlığmı artırmaq;

  • Effektiv vergitutmanı tətbiq etmək;

  • Sahibkarlığın inkişaf siyasətində qeyri-müəyyənlik və risk dərəcəsini aşağı salmaq;

  • Sahibkarın şəxsi marağını və gəlirini artırmaq. Sahibkarlıq fəaliyyətinin çətinliyi və mürəkkəbliyi sahibkara spesifik tələbatın olması ilə şərtlənir. Uğurlu sahibkarın xarakterik əlamətlərinə aiddir;

  • Işin faydalığını və perspektivliyini qiymətləndirməyi bacarmaq;

  • Müəyyən riskə getməyə hazır olmaq;

  • Bazarın tələbatına tez reaksiya vermək, yeni əmtəə və xidmət İstehsalına hazır olmaq;

  • Investorları və əlavə maliyyələşdirmə mənbələrini tapmağı bacarmaq;

  • Son nəticəyə yönəlmək; ixtiraçı və fəal, özünə və tərəfdaşlarına münasibətdə tələbkar olmaq;

  • Öz rəqibləri arasında həmişə yaxşı olmağa cəht etmək.

Biznesi müvəffəqiyyətlə həyata keçirmək üçün sahibkar təkcə sadalanan keyfiyyətlərə malik olmalı deyil, həm də iqtisadiyyat və menecment sahəsində biliyi olmalıdır.


Biznesin məqsədi müəssisənin uzun müddət öz fəaliyyətində cəht etdiyi son nəticədir. Biznesin məqsədi onun xarakterindən, inkişaf səviyyəsindən asılı olaraq müxtəlif ola bilər. Onlardan ən mühümləri aşağıdakılardır:





  • Mənfəətin alınması;

  • Biznesin inkişafı üçün zəruri vəsatilərin toplanması;

  • Cəmiyyətə lazımi əmtəə və xidmətlərin təqdim edilməsi;

  • Bazarda, sahədə qabaqcıl mövqeyə nail olunması;

  • istehlakçıların tələbatının optimal ödənilməsi”

  • Öz əməkdaşlarına imkanlannı reallaşdırmaq imkanının verilməsi.

Biznesin məqsədində əsasən qarnıya konkret vəzifələr qoyulur və həyata keçirilir. Biznesin məqsədi ilə qarşıya qoyulan vəzifələr qarşılıqlı əlaqədardır. Bələ ki, əgər biznesin məqsədi fəaliyyətin konkret istiqamətini müəyyənləşdirirsə, vəzifə həmin məqsədə kəmiyyət, keyfiyyət və vaxt etibarı ilə nait olmağı müəyyənləşdirir. Biznes sisteminə İşgüzar münasibətlərin subyektləri, biznesin infrastrukturu, idarəetmə sistemi (menecment), marketinq, fəaliyyətin qiymətləndirilməsi və s. Aiddir.


Biznesin subyektləri kimi sahibkarlar, istehlakçılar, muzdla tutulmuş işçilər, dövlət strukturları çıxış edirlər. Onların qarşılıqlı fəaliyyətinin əsasını tərəflərin qarşılıqlı gəlir götürmək prinsipi təşkil edir.


Biznes Fəaliyyətinə görə biznesin növləri istehsal, kommersiya, maliyyə və konsultativ olaraq 4 cür qruplaşdırılır. Bütün bu növlər həm ayrılıqda həm də birlikdə fəaliyyət göstərə bilər.



  1. İstehsal biznesi

Biznesin növləri siyahısında istehsal biznesini biznesin aparıcı növü adlandırmaq olar. Burada məhsul istehsalı həyata keçirilir. İnnovasiya və elmi-texniki fəaliyyət, mal və xidmətlərin istehsalı, həmçinin bu sahələrdə informasiya fəaliyyəti istehsal biznesinə aiddir. İstehsal fəaliyyəti ilə məşğul olmağı planlaşdıran biznesmen, hər şeydən əvvəl bilməlidir ki, konkret olaraq hansı əmtəəni yaradacaq, hansı xidmət növlərini göstərəcək, sonra isə marketinq fəaliyyətinə başlamalıdır. Mala təlabatı aşkar etmək üçün o, potensial istehlakçılarla, malların alıcıları ilə, topdan satış və pərakəndə satış ticarət təşkilatları ilə əlaqəyə girir. Biznesmenlə mal alıcıları arasında bağlanmış müqavilə danışıqların rəsmən başa çatmasına xidmət edə bilər. Belə müqavilə sahibkar riskini minimuma endirməyə imkan verir.



  1. Kommersiya biznesi

Biznesin bu növü daha çox yayılıb, çünki biznesin bu növünə yol hamı üçün açıqdır, o, tez nəticə verir və çox bilik tələb etmir.
Kommersiya biznesi sabit və etibarlı deyil.
Kommersiya biznesinin fəaliyyət sahəsi əmtəə birjaları və ticarət təşkilatlarıdır. Əmtəə birjası – bu, əmtəənin topdan satış bazarının bir növüdür. Burada əvvəlcədən alıcı tərəfindən əmtəə nümunəsinə baxış keçirilmir və əmtəənin minimal partiyası təyin olunmur. Kommersiya vasitəçiləri və onların qulluqçuları müştərək hazırlanmış və riayət olunan qaydalar üzrə ticarət əməliyyatıları aparmaq üçün könüllü olaraq birləşirlər. Belə birjanın məqsədi azad rəqabəti idarəetmə mexanizimi yaratmaq və onun köməyi ilə tələb və təklifi nəzərə almaqla, real bazar qiymətlərini aşkar etməkdir.
Belə birjalar iqtisadi inkisaf etmiş bütün ölkələrdə uzun illərdir ki, fəaliyyət göstərir. London (qiymətli metal), Liverpul (pambıq), Sinqapur (kauçuk) kimi birjalar buna klassik misal ola bilər.
Faktiki əmtəə təchizatçıları ilə adi ticarət aparmaqla yanaşı əmtəə birjalarında fyuçer sazişi adlanan razılaşma imzalamaq geniş yayılmışdır. Belə sazişlər əmtəəyə görə müqavilədə təyin olunmuş qiymətlə pul məbləğini saziş bağlandıqdan müəyyən müddət sonra ödəmək nəzərdə tutur. Əmtəə birjaları aşağıdakı fəaliyyətləri yerinə yetirir:



    • Ticarət sazişi bağlanması üzrə vasitəçi xidmətlərin göstərilmasi;

    • əmtəə ticarətinin qaydaya salınması, ticarət əməliyyatlarının nizamlanması və ticarət mübahisələrinin həll edilməsi;

    • qiymətlər, istehsalın vəziyyəti və qiymətlərə təsir edən başqa amillər haqqında məlumatın toplanması və çap olunması;

Əmtəə birjalarında dövriyyənin böyük hissəsi nəğd əmtəə deyil, gələcək əmtəədən və ya müqavilə üzrə təchizatdan ibarət olur. Əmtəə birjaları qapalı və açıq ola bilər. Qapalı birjaların hərraclarında alıcı ilə satıcı arasında ancaq birja vasitəçiləri – brokerlər iştirak edə bilərlər. Açıq birja hərraclarında müştərilər də iştirak edirlər. Birja əməliyyatlarının xarakterinə görə əmtəə birjaları real əmtəə və fyuçer birjalarına bölünür. Fyuçer birjalarında ancaq fyuçer sazişləri həyata keçirilir.


Hazırda Rusiyada 150-yə yaxın əmtəə birjası fəaliyyət götərir. Moskva və Sankt-Peterburqdan əlavə, belə birjalar ölkənin bir çox iri şəhərlərində də mövcuddur.





  1. Maliyyə biznesi

Maliyyə biznesinin əsas fəaliyyət sahəsi kommersiya bankları və fond birjalarıdır.
Kommersiya bankı – pullu əsaslarla kommersiya təşkilatlarına kreditlər verən, depozitlərin qəbulunu həyata keçirən və müştərilərin tağşırığı üzrə digər hesablaşma əməliyyatlarını həyata keçirən səhmdar cəmiyyət tipli maliyyə-kredit müəssisəsidir. Kommersiya bankının gəlir mənbəyi depozitlərin (cəlb olunmuş) və borc vasitələrinin faiz dərəcələri arasıındakı fərqdən ibarətdir.
Kommersiya banklarının əməliyyatları üç qrupa bölünür:



  1. Passiv – vasitələrin cəlb olunması

  2. Aktiv – vasitələrin yerləşdirilməsi

  3. Komisyon vasitəçilik – komissiya haqqı ödənilməklə müştərilərin tapşırığı ilə müəyyən əməliyyatların yerinə yetirilməsi

Fond birjası – müstəqil olaraq, fəaliyyət predmeti qiymətli kağızlar üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, qiymətli kağızlara olan tələb və arasında tarazlığı əks etdirən təşkilatdır.



  1. Konsultasiya biznesi

Biznesin növləri siyahısında gələn konsaltinqin əsas məqsədi biznesə qarşıda qoyduğu məqsədlərə çatmaq üçün kömək əlini uzatmaqdır. Bazarda nəhəng konsaltinq şirkətləri ilə yanaşı, fərdi biznes-konsultantlara da rast gələ bilərsiniz. Onların əsas vəzifəsi – təhlil etmək, problemi aşkarlamaq və müştəriyə həll yolu təklif etməkdir. Bununla belə, konsaltinq – pul qarşılığında problemin həll edilməsidir. Hazırda konsaltinq xidmətlərinin əsas növləri aşağıdakılarır:
1. Ümumi idarəetmə və administrasiya
2. Maliyyə konsaltinqi
3. Hüquqi konsaltinq
4. Vergi konsaltinqi
5. Marketinq konsaltinqi
6. IT- konsaltinq
7. Kadrların idarə edilməsi
8. İstehsalat konsaltinqi
9. Qiymətləndirmə fəaliyyəti


İstifadə olunan ədəbiyyat siyahısı

  1. Azərbaycan Dövlət İqtisad Universiteti-Bisnesin əsasları, “Nurlan” Bakı-2005.

  2. Azərbaycan Dövlət İqtisad Universiteti-Biznesin təşkili və idarə edilməsi, Bakı-2011

  3. Anar Bayramov-Biznes idarəçiliyi


Yüklə 89,04 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin