Azərbaycan döVLƏt məDƏNİYYƏt və İNCƏSƏNƏt universiteti



Yüklə 415,82 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü415,82 Kb.
#47723
1   2
S.Aydan parfenon

Memarlıq xüsusiyyətləri

Parfenon, Dorik peripteral bir məbəddir, yəni hər tərəfində bir sıra alçaq pilləkənlərlə düzbucaqlı bir mərtəbə planından və bütün strukturun ətrafı boyunca uzanan Dorik sütunlarından ibarət bir sütundan (8 x 17) ibarətdir. Hər girişin qarşısında əlavə altı sütun var. İki daxili otağın daha böyük hissəsi olan naoslarda ibadət heykəli yerləşmişdir. Kiçik otaq xəzinə kimi istifadə olunurdu.

Bura ilahə afinaya həsr olunmuş, son dərəcə böyük mərmərdən tikilmiş bir məbəddir. Afina şəhərində şəhərə və egey dənizinə yuxarıdan baxan qayalığın üzərində inşa olunub. Məbədin tikildiyi dövrdə Afina çoxsaylı yunan şəhər-dövlətlərindən biri idi. Bu şəhər dövlətlərinin demək olar ki hər birindi 1 akropol olurdu. Akropol şəhərin içində divarlarla qorunan təpə mənasını verir..

Qərbdə bu tipdə bir çox tikililərin olduğu diqqət çəkir. Məsələn, Vaşinqtondakı bəzi tikililərlə bu abidə arasında bir çox oxşarlıqlar görürük. Bu bənzərlik əlbəttə təsadüfi deyil, nə də olsa Parfenon demokrasiyanın doğulduğu yer idi. Məhdud bir demokrasiya olsa da, demokrasiyanın təməlindən söz gedir. Bu abidə Afinaya həsr edilib. Əslində şəhər də adını bu ilahədən almışdır. Buna dair bir rəvayət də var... İki tanrı bu şəhərin qoruyucusu olmaq üçün bir-biri ilə yarışır. Bunlar Poseydon və Afina imiş. Poseydon dəniz tanrısı idi, Afinanın isə bir çox xüsusiyyətləri var, "müdriklik ilahəsi", müharibə strategiyası ilə də əlaqəsi var, əlavə olaraq bir şeyləri yaratmaq üçün lazım olan zəka ilə də əlaqəli bir ilahədir. Bu tanrıların hər biri şəhərə bir hədiyyə verir. Xalq bu iki hədiyyədən birini seçməli imiş. Poseydon bir qayanı ortadan ikiyə ayırır və bu qayadan dəniz suyu fışqırmağa başlayır. Bu dənizçilikdəki üstünlüyü simvolizə edirdi. Afina isə hədiyyə olaraq bir zeytun ağacı verir. Zeytun ağacı rifahın və sülhün hökm sürdüyü torpaqları bildirirmiş.Xalq Afinanın hədiyyəsini seçir. Bu arada afinalılara görə Poseydonun qayanı yarmaq üçün vurduğu mizraqın izləri məbəddə qalmaqdadır. Afinanın hədiyyə etdiyinə inanılan zeytun ağacı isə məbədin kənarındakı ağacdır. Əslinə baxsaq hazırda orada yerləşən ağacı müasir afinalılar buraya yenidən əkiblər.

V əsrdə Afina şəhər-dövlətlərin ən qüvvətlisi imiş, Parfenon da elə bu dövrdə inşa edilir. Bununla bərabər bu bölgə müdafiə bölgəsi olmaqla bərabər dini bölgə halını alır. Bu abidə sadəcə demoratiyanın doğuşunun simvolu olduğundan deyil, eyni zamanda memarlıq elementlərindəki zəriflik səbəbi ilə güclü təsirə malikdir. Bu abidənin inşa edildiyi V əsr yüksək klassika dövrü kimi qeyd olunur və qərb mədəniyyətinin tarixində bundan sonraki dövrlərdə əldə olunan irəliləyişlər “mükəmməl” olaraq qəbul edilən bu dövrlə qarşılaşdırılır.


Bir yunan məbədini düşündüyümüz zaman ağlımızda canlanan forma budur. Ancaq, tikilinin memarlıq xüsusiyyətləri olduqca özünəməxsusdur. Dorik tipli bir məbəddir. Əlavə olaraq ionik stildən elementlər də mövcuddur. Dorik xüsusiyyətləri müəyyənləşdirmək çox asandır; dayaz yivli, həcmli sütunlar və şaquli xətlərlə bunu ayırd etmək olur. Bu sütunlar birbaşa məbədin steleobad adlanan səthi üzərində yerləşir. Təpədə isə sütunlar olduqca sadədir. Üst hissədə isə triqlif və metopalar var. Əlbəttə, bu məbədin keçmişdə heykəllərlə dolu olduğunu vurğulamaq da vacibdir. Bu heykəllər metopalarda və timpanda idi. Və daha öncə rastlanmamış bir şəkildə xarici sütun sırasının daxili hissəsində məbədin 4 tərəfi boyunca uzanan friz var idi. Bu, ionik stilə xas olan xüsusiyyətdir. Sənətşünaslar bu məbədin dorik elementlərlə, ionik elementləri necə necə birləşdirdiyini hər zaman vurğulayırlar. Əslində məbədin içərisində də qərb hissədə ionik düzülüşdə 4 sütun vardı. Afinalılar dini mərasim zamanı və ya festival üçün müqəddəs yoldan yeriyərkən məbədin qərb hissəsinə çatdırdılar. Sonra isə şimal və ya cənub istiqamətində məbədin ətrafından yeriyib şərqdəki girişə çatırdılar. Girişin tam üstündə yerləşən timpanda Afina və Poseydonun şəhərin qoruyucusu olmaq üçün rəqabət etmələrini canlandıran heykəli görürdülər. Daxili hissədəki frizdə də, bəzi məlumatlara əsasən, vətəndaşlar “ İlahə Afinanın şərəfinə keçirilən dini mərasimdə təsvir edilmiş antik yunan xalqını” yəni, özlərini görürdülər.

Bu,aşağıdan yuxarı dırmaşaraq çıxılan, qarşısına gəlincə isə ancaq ətrafından dolanaraq içinə girilə bilən bir məbəd idi. İçəridə isə İlahə Afinanın nəhəng heykəli yerləşirdi. Buradakı bütün heykəllərin müəllifi usta heykəltəraş Fidi olduğu düşünülür. Məncə, bu məbədin ən möhtəşəm hissələrindən biri metopalardır. Metopalarda fərqli düşmənlərlə mübarizə aparan antik Yunanlar təsvir edilmişdir.



  • Yunanlar amazonlarla döyüşərkən (Qərb, amazonamaxiya)

  • Yunanlar və Troyalılar. (Cənub)

  • Lapitlərlə sentorların döyüşü. (şimal)

  • Tanrılar və divlər. ( Şərq)

Bu döyüşlərin hamısı yunanların, yəni afinalıların düşmən üzərində qələbəsini simvolizə edir. Yəni, bunlar mədəniyyətin barbarlığı məğlub etməsi və ya rasional düşüncənin xaosu məğlub etməsi kimi düşünülə bilər. Bu binanın mənası bəlkə də,tam olaraq budur. Parfenon məbədi bu bölgədə inşa edilən ilk Afina məbədi deyildi. Şərq tərəfdən bir az sağa baxdığımız zaman, daha qədim bir Afina məbədini görə bilərik. Bu məbəd Perslərin hücumu zamanı dağıdılmışdı. Afinalılar üçün Afina məbədinin dağıdılması faciə idi. Afinalıların Parfenonu yaradarkənki düşüncələrinə Pers müharibəsinin mühüm təsiri olmuşdur; Afina işğal edilmişdi və bundan əlavə Perslər Akropolu, müqəddəs yerləri və məbədləri yağmalamışdılar, tikililəri yandırıb dağıtmışdılar. Afinalılar köhnə məbədin qalıqlarına heç vaxt əl vurmayacaqlarına and içirlər, beləliklə olanları sonsuza qədər unutmayacaqdılar. Ancaq bir nəsil sonra qalıqlar təmizləndi, çünki artıq Perslərlə sülh bağlanmışdı. Sonra Afinalıların lideri olan Perikl çox böyük və bahalı tikinti prosesi başlatdı. Sənətşünaslar Afinalıların bu məbədi inşa etmək üçün lazım olan Maddi gücü “ Attika Delos İttifaqı” kimi bilinən yunan şəhər- dövlərlərinin birliyinin başçısı sayəsində əldə etdiyini düşünürlər. Belə ki, digər şəhər-dövlətlər Perslərə qarşı onları qoruması üçün Afinaya vergi ödəyirdilər. Ancaq, Perikl xəzinəyə gələn bu vergiləri götürür və pulları Parfenonu inşa etdirmək üçün istifadə edir. Bu xəzinəyə gələn vergilər ilk öncə Delos’da yerləşirdi. “Attika Delos’ İttifaqı” adı da elə burdan gəlir. Sonra Perikl bu xəzinəni Afinaya gətirməyə nail olur və xəzinənin Afina məbədində qorunmasını təmin edir.

Məbəddəki Afina heykəli qızıl və fil dişindən hazırlanmışdı. Parfenonun memarları İktin və Kalikrat olaraq bilinir. İktin həm də, riyaziyyatçı imiş. Bu dövrdən öncəki arxaika dövründə də yunanların mükəmməl, ideal ölçülərə maraqlı olduğunu bilirik. Məsələn, Pifaqor, heykəltəraş Poliklet və ən məşhur işlərindən “ Dorifor” heykəli. Eyni dəqiqliyi bu məbəddə də görmək mümkündür. Əslində gördüyümüz bu mükəmməllik bir xəyaldır. Beləliklə, qədim yunanlar insan gözünün qəbul edilməsindəki təhrifi bilirdilər və məbədi buna əsasən qururdular. İnanmaq çətin olsa da, elmi bilikləri və memarlıq bacarıqları bunu edə biləcək dərəcədə inkişaf etmişdi. Məbədin sütunlarına baxdıqda düz xətlərdən ibarət olduğunu düşünürük. Əslində isə burdakı xətlər mərkəzə doğru getdikcə daralır və bu da məbədə dinamizm verir. Bunun sayəsində məbədə baxarkən canlılığı hiss edirik. Əslində bu üsul ilk dəfə burda istifadə edilməmişdir,ancaq bu məbəddə daha öncə görülməmiş dərəcədə möhtəşəm zərifliklə icra olunmuşdur.

Bu bina XVII əsrə qədər, yəni təxminən 2 min il boyunca öz görkəmini qoruyub saxlaya bilmişdir. Ancaq, XII əsrdə tikili xarabalıq halına gəlmişdir. Bildiyimiz kimi, bu məbəd Afina məbədi kimi tikilmişdir, sonra yunan kilsəsi olur. Daha sonra Roma katolik kilsəsi olur. Sonda isə məscid olur. XII əsrdə Yunanıstanın hakimi olan Osmanlılar ilə Venesiyalılar arasında döyüş başlayır. Venesiya ordusu Osmanlıların hərbi sursatları yerləşdirdiyi Parfenona hücum edirlər. Bu hücumda binanın içərisindəki barut partlayır və Parfenon xarabalığa çevrilir və bunun üzərinə bir də, Lord Elcen məbəddən qopan heykəlləri İngiltərəyə aparmaq üçün Osmanlılardan icazə alır. Fidinin möhtəşəm heykəllərinin önəmli hissəsi hal hazırda Londonda yerləşir. Yunanıstan yaxın zaman öncə akropolda olan heykəlləri nümayiş etdirmək üçün həmin təpənin altında yerləşən bir muzey inşa etdirmişdir.

ƏDƏBİYYAT SİYAHISI:

  1. https://www.italyguides.it/en/lazio/rome/ancient-rome/pantheon

  2. https://www.britannica.com/topic/Pantheon-building-Rome-Italy

  3. https://youtu.be/xZ49Vo7n_fU

Yüklə 415,82 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin