PLAN:
10.1. Təhlükəsizlik anlayışı və təhlükəsizliyin təmin edilməsi
10.2. Risk anlayışı. və riskin səbəbləri
10.3. Riskin dərəcələri.
10.4. Kommersiya sirri və onun mühafizə edilməsi.
10.5. Sənaye cəsusluğu və ona qarşı texniki vasitələrlə aparılan əks təsir tədbirləri.
SUAL 10.1. Təhlükəsizlik anlayışı və təhlükəsizliyin təmin edilməsi
Müasir rəqabət mübarizəsi şəraitində sahibkarlıq müəssələrinin müvəffəqiyyətlə işlənməsi üçün rəqabətli kəşfiyyatın aparılması, biznesin inkişaf meyillərinin ətraflı öyrənilməsi, bazarın tədqiqi və mümkün risklərin təhlili müstəsna əhəmiyyət kəsb edir. Rəqabətli kəşfiyyat sənaye cəsusluğunun ayrılmaz tərkib hissəsidir. Sənaye cəsusluğu iki hissədən; rəqabətli kəşfiyyat və gizli əməliyyatlardan ibarətdir. Burada informasiya almaq üçün bütün, hətta qeyri qanuni usullarındanda istifadə olunur.
Biznes xüsusiylə iqtisadi mühitin qeyri sabit olduğu bir şəraitdə riskli və təhlükəli fəaliyyətdir. Biznesdə risk iqtisadiyyatın vəziyyəti, siyasi qeyri sabitlik, rəqiblərin və cinayətkar qurupların qeyri qanuni hərəkətləri və təbii fəlakətlərlə bağlıdır.
Biznesin təhlükəsizliyi hüquqi, inzibati, təşkilati idarəetmə, mühəndis texniki, tərbiyyəvi və xüsusi tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu tədbirlərin kompleks şəklində tədbiqi sahibkara kömək edir ki, biznes fəaliyyətində baş verə biləcəq riskləri mümkün qədər aşağı səviyyəyə endirə bilsin.
Biznesin təhlükəsizliyinin təmin edilməsində dövlət orqanları ( qanun vericilik, icra və məhkəmə ) mühavizə orqanları ( prokratura, polis, milli təhlükəsizlik ) , Vergilr Nazirliyi, Dövlət Kömrük Komitəsi, həmçinin kommersiya əsasında xidmət göstərən biznesin təhlükəsizliyinə təminat verən xüsusi firma və təşkilatlar iştirak edirlər.
Kompleks mühavizəsi tədbirlərinin həyata keçirilməsinin başlıca məqsədi müəssisənin hazırki vaxta dayanıqlı və gələcəkdə biznesin inkişafının yüksək potensialını təmin etməkdir.
Aşağıdakı şəkildə biznesin təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətləri əks olunmuşdur;
1 1
8
7
6
5
3
4
2
Biznesin mühavizə tədbirləri
Hüquqi tədbirlər
Siğorta tədbirləri
Mühavizə orqanları dəvət olunması
Rəhbərlərin və heyyət mühavizə olunması
İdarəetmə və inzibati tədbirlər
Mühəndis texniki tədbirlər
Maarifləndirmə və tərbiyəvi tədbirlər
Dostları ilə paylaş: |