SUAL 9.3.Əmtəənin həyat tsikli
Məhsulun həyat tsikli dedikdə bu məhsulun istehsalından sonra onun bazar çıxarılmasından və istehsalın dayandırılması vaxtına qədər olan müddət hesab olunur. Əyani olaraq bu aşağıdakı şəkildə əks olunmuşdur:
3
2 4
1
Burada:1.bazara daxil olma mərhələsi.2.inkişaf mərhələsi.3.yetkinlik mərhələsi.4.tənəzzu mərhələsi
Göründüyü kimi məhsulun həyat tsikli dörd mərhələdən ibarətdir:
Bazara daxil olma mərhələsində - məhsulun bazara yeridilməsi və aşağı tempdə satəşən artması ilə müşahidə olunur. Bu dövürdə çəkilən xərclərlə müqayisədə demək olar ki, gəlir əldə olunmur. Əmtəə hələliy yenilik hesab olunur.
İnkişaf mərhələsi – məhsulun bazarda sürətlə mənimsənilməsi və gəlirin sürətlə artması ilə xarakterizə olunur. Reklam nəticələrində yeni növ əmtəənin adı və şöhrəti yayılır, alıcıların sayı çoxalır, xərclərə nisbətən gəlirlər xeyli artır.
Yetkinlik mərhələsi – bütün potensial alıcılar artıq əmtəə ilə təmin olunur. Bu zaman satəş tempi nisbətən aşağı düşməyə başlayır. Satış reklamları və stimullaşdırmadan istifadə olunur. Əmtəələrin modelləşdirilməsi və texniki, estetik dəyişikliklər aparılmaqla rəqabətə davamlılığına çalışılır. Gəlir əvvəlkinə nisbətən azaldılmağa xərclər isə artmağa başlayır.
Tənəzzül mərhələsi – gəlirin və satışın sürətlə azaldılması müşahidə olunur. Bu əmtəənin dövrüyyədən, yəni istehsaldan çıxarılmasına qədər davam edir.
Dostları ilə paylaş: |