Azərbaycan Dövlət Neft və Sənaye Universiteti «Beynəlxalq-neft-qaz biznesi»


SUAL 10.2. Risk anlayışı. və riskin səbəbləri



Yüklə 142,35 Kb.
səhifə26/30
tarix03.01.2022
ölçüsü142,35 Kb.
#50984
1   ...   22   23   24   25   26   27   28   29   30
beynəlxalq neft-qaz biznesi sakit semedov

SUAL 10.2. Risk anlayışı. və riskin səbəbləri

Riskin tərifi, mahiyyəti və təbiətinə dair bir çox mülahizələr mövcuddur. Riskin ümumi məzmununu əhatə etməklə bir-birini tamamlayan 2 əsas anlayışı nəzərdən keçirək:

1.Risk hər hansı bir arzuolunmaz hadisə, uğursuzluq və ya təhlükə ilə bağlıdır.

2.“Riskli vəziyyət” anlayışı isə əlverişsiz şəraitin mövcudluğudur.

Bu araşdırmadan sonra risk anlayışına hər hansı bir istiqamətlənmiş fəaliyyətin son nəticəsinə gəlib çatmağa, törədilə bilən maneçiliklərin ehtimal dərəcəsi kimi qiymətləndirilə bilər.Riskli vəziyyət əsasən 3 amillə şərtləndirilir:


  1. Qeyri-müəyyənlik.

  2. Alternativ variantın seçilməsi və ya imtina.

  3. Seçilən alternativin dəyərləndirilməsi və ya imtina.

Riskli vəziyyətdə qərar qəbul etmək nisbətən asandır, nəinki qeyri-müəyyən vəziyyətlərdə.

Riskin yaranma səbəbləri hadisələrin qabaqcadan baş verəcəyi ehtimalı haqqında məlumatların olmamasıdır, yəni fəaliyyət istiqamətinə qarşı hər hansı hadisənin nə vaxt, harada, necə baş verəcəyi və yaxud bəlkə də bu hadisənin baş verməyəcəyi barədə məlumatın olmamasıdır. Bu hadisələr isə əsasən aşağıdakılardır:



  1. Təbii hadisələrin baş verməsinin qeyri-müəyyənliyi.

  2. Təsadüflük bu və ya digər hadisənin gözlənilməyən anda baş verməsi.

  3. Ziddiyyətli maraqların və ya meyillərin toqquşması(müharibələr, iğtişaşlar və s.)

  4. Elmi texniki tərəqqi nəticəsində yeniliklərin qəflətən ortaya çıxması.

  5. Qərarların qəbulu və ya həyata keçirilməsində ortaya çıxa bilən maddi, maliyyə və əmək ehtiyyatlarının yetərsizliyi.


Yüklə 142,35 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin