Azərbaycan Dövlət Neft və Sənaye Universiteti «Beynəlxalq-neft-qaz biznesi»



Yüklə 142,35 Kb.
səhifə8/30
tarix03.01.2022
ölçüsü142,35 Kb.
#50984
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
beynəlxalq neft-qaz biznesi sakit semedov

SUAL 6.5 . Holdinq şirkətlər

Biznes fəaliyyətinin səmərəli təşkilində, rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşmasında iri korporativ strukturların, o cümlədən holdinq şirkətlərinin yaradılması çox böyük rol oynayır. Holdinq şirkətlərində sənaye kapitalı, investisiya, elmtutumlu texnologiyalar, kompüterləşdirilmiş iş yerləri, yüksək ixtisaslı kadrlar cəmləşir.Korporativ idarəetmə strukturları ölkəni düşdüyü ağır iqtisadi böhran vəziyyətindən çixarmağa qadir olan lokomativ sayılır, müəssisələrin qarşılıqlı borclar probleminin həllinə kömək edirlər.

İqtisadi ədəbiyyatlarda «holdinq şirkəti» anlayışı barədə müxtəlif fikirlərə rast gəlinir.Məsələn,professor V.Y. Qorfinkel və professor V.A.Şvandar yazırlar ki,

Holdinq - öz kapitalını başqa kompaniyaların səhmlərini əldə etmək üçün istifadə edən səhmdar cəmiyyətidir. O,müxtəlif profili müəssisələri bir təşkilatda birləşdirməyə qadirdir ki, təsərrüfat əlaqələri qurur,kapitalın sürətlə hərəkətetmə qabiliyyətini istehsal gücləri və heyət ilə manevr etməyi təmin edir. Holdinq şirkətlərinin aktivlərinin çox hissəsini başqa kompaniyaların, cəmiyyətlərin səhmləri təşkil edir. Holdinq şirkətlərinin mülkiyyətçi çoxlu sayda müəssisələr,səhmdarlar ola bilər ki, bu da böyük həcmdə kapitalın formalaşdırılmasını asanlaşdırır.Qanuniləşdirilmiş müstəqil hüquqi şəxs olmaqla korporasiya uzunmüddətli mövcudluq imkanı əldə edir.Çünki hər hansı səhmdarın,müəssisənin holdinq şirkətini tərk etməsi onun fəaliyyətinə əhəmiyyətli təsir göstərmir.Məsuliyyətin məhdudluğu holdinq şirkətinin üstün cəhətlərindən biridir.Şirkət öz hərəkətləri üçün öhdəlikləri üzrə məsuliyyət daşıyır.Mülkiyyətçilər yalniz öz qoyuluşları həcmində cavabdehlik daşıyırlar.Buna görə də kreditorlar yalniz şirkətin əmlakına iddia ilə çıxış edə bilərlər.


Yüklə 142,35 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin