MÖVZU 7. Biznesin qiymətləndirilməsi
PLAN:
7.1.Qiymətləndirmə fəaliyyətinin mahiyyəti
7.2.Qiymətləndiricinin hüquqları
7.3. Qiymətləndiricinin vəzifələri
7.4. Sahibkarlıq fəaliyyətində əmlakın qiymətləndirilməsi halları
7.5. Biznesin qiymətləndirilməsi metodları
SUAL 7.1. Qiymətləndirmə fəaliyyətinin mahiyyəti
Biznesin qiymətləndirilməsi fəaliyyətinə 2 istiqamətdən yanaşmaq lazımdır:
Sahibkarlıq növü kimi.
Sahibkarların qiymətləndirmə fəaliyyətindən istifadəsi kimi.
1996-ci il 4 oktyabr, 1998-ci il 16 fevral, 1998-ci il 25 iyun tarixlərində “qiymətləndirmə fəaliyyəti” haqqında AR qanununda qiymətləndirmə və qiymətləndirmənin lisenziyalaşdırılması qanunları qəbul edilmiş, bir fəaliyyət növü kimi hüquq və vəzifələr müəyyənləşdirilmişdir. Hüquqlar aşağıdakılardır:
Qiymətləndirmə metodunun seçilməsi.
Zəruri sənədləri tələb etmək və izahatlar almaq.
Zəruri halda mütəxəssis cəlb etmək.
Xüsusi hallarda qiymətləndirmədən imtina etmək.
Vəzifələri bunlardır:
Sənədlərin saxlanmasını təmin etmək.
Maneəçilik səbəblərini sifarişçiyə bildirmək.
Sifarişçiyə lazım olan sənədləri təqdim etmək.
Məxfi məlumatları açıqlamamaq və s.
Dostları ilə paylaş: |