SUAL 9.1.Biznesin tsikllərinin inkişafı
Dünya iqtisadiyyatının təcrübəsi də biznesin nizamsız deyil daxili qanunauyğunluklar əsasında fəaliyyət göstərdiyini təstiqləyir. Konkret olaraq “ iş “ yaradır, inkişaf edir, bazaar payı əldə edir, müvafiq gəlir əldə edir, sabitləşir, durğunlaşır, tədricən geriləyir, nəhayət fəaliyyətini dayandırır. Bütövlükdə konkret biznesin “ həyat tsiklində “ yəni onun yaranması, çevrilməsi və ləğv olunması kimi dinamik proseslərdən bəhs etmək mümkündür.
Adətən biznesin insan ömrü mərhələləriylə müqayisə edilə biləcək aşağıdakı mərhələləri qeyd etmək olar: yaranma ( doğum ), bərqərar olma ( uşaqlıq ), böyümə ( gənclik ), təmin edilmə ( yetkinlik ), tənəzzül ( qocalma ), ləğv olunma ( ölüm ).
Yaranma dövründə biznes planın ilk mərhələləri yerinə yetirilir. Müəssisənin texnologiya, avadanlıq, maliyyə, kadr və istehsalın təşkili məsələləri həll edilir.
Böyümə dövründə artıq istehsalın həcmi, satışın həcmi artır, yeni bazar payı əldə edilir, gəlirlər çoxalır və s.
Yetkinlik dövrü ən uzun dövr hesab olunur. Bu zaman müəssisə tam gücü ilə uzun müddət işləməklə bərabər, bütün əlaqələrini qurur və ritmik olaraq xeyli müddət işləyir.
Tənəzzül dövründə satış azalır, bazar payı kiçilir, firma müflisləşir və sonra bağlanır.
Dostları ilə paylaş: |