AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ
İnformasiya texnologiyaları və idarəetmə fakültəsi
050620-“Kompüter mühəndisliyi” ixtisası üzrə
BAKALAVR HAZIRLIĞI ÜÇÜN
«Kompüter arxitekturası» fənninin
SİLLABUSU
Fənnin kodu
|
İPFS-B13
|
Kreditlərin sayı
|
8
|
Kurs
|
3
|
Semestr
|
5
|
Tədrisə ayrılan ümumi saatlar
|
60
|
o cümlədən:
|
|
Mühazirə
|
30
|
Məşgələ (seminar)
|
30
|
Laboratoriya
|
-
|
Kurs işi
|
-
|
5-ci semestrdə imtahan nəzərdə tutulmuşdur. “Kompüter mühəndisliyi” ixtisasının tədris planına uyğun tərtib olunmuşdur.
Sillabus “Kompüter mühəndisliyi” kafedrasının iclasında (prot.№1, 06. 09. 2022-ci il) müzakirə olunmuşdur.
Silabusu tərtib edən, dosent Y.N.Əliyeva
İTİF-in dekanı, dosent F.H. Ağayev
Kafedra müdiri, dosent N.Ə. Rəhimova
ADNSU– 2022
I. Fənnin təsviri
Proqram ali məktəblərdə “Kompüter mühyəndisliyi” ixtisası sahəsində təhsil alan tələbələrə kompüter sxemotexnikası və mikroprosessorların (MP) hesabi və məntiqi əsaslarını, onların iş prinsiplərini dərindən mənimsətməkdən ibarətdir.
II. Fənnin hədəfi və məqsədi
Bu fənnin əsas məqsədi komputer arxitekturasının prinsiplərini ətraflı araşdırmaq, onların iş prisipini, məntiqi əsaslarını və tətbiq sahələrini öyrənmək və inkişaf meyllərini müasir tələblərə cavab verməyə qadir mütəxəsisslər yetişdirməkdən ibarətdir.
Bu fənni öyrənməklə bakalavrlar komputerin arxitekturası, tətbiq sahələri, onların yaradılmasında qarşıya qoyulan tələb və keyfiyyət göstəriciləri haqqında geniş biliklərə malik olur, komputrlərlə necə işləmək vərdişləri əldə edirlər.
III. Fənnin qısa məzmunu
Arxitektura anlayışı. Fon Neyman prinsipləri. EHM-lərin inkişаf tаriхi və nəsilləri.
EHM-lərin ümumi strukturu və növləri
Registrlər və onların növləri
IBM tipli fərdi kompüterlər. Ana modul. Portlar
Mikroprosessor nədir, əsas parametrləri və xarakteristikaları. MP-nin struktur sxemi
MP-nin əmrlər sistemi. Əmrlərin formatı – ünvanlandırma üsulları: qeyri-aşkar, bilavasitə, birbaşa və dolayı ünvanlandırma.
Kompüterin yаddaşı və onun təsnifatı
Daxili elektron yaddaş qurğuları
Maqnit yaddaş qurğuları
Optik yaddaş qurğuları
Kompüterin dахiletmə- хаricetmə sistemləri. Interfeyslər
Fədi kompüterin proqram təminatı
Əməliyyat sistemləri. Fayl və kataloqlar
Windows əməliyyat sisteminin interfeysi, sistemə quraşdırılmış texnologiyalar.
Kompüter texnikasının inkişaf perspektivləri
IV. Fənnin tədrisinin növləri və müddəti
Fənnin tədrisində mühazirə və məşgələ dərslərinin aparılması nəzərdə tutulur.
İxtisas üzrə tədris planında nəzərdə tutulmuş dərs növləri və saatları cədvəl l-də, mövzular üzrə ayrılan saatlar cədvəl 2-də, mühazirə və məşgələ dərslərinin məzmunu isə cədvəl 3 və 4-də göstərilmişdir.
V. Tələbənin təqdimatı yerinə yetirilmə müddəti, məsləhət saatları
Fənnin tələbələr tərəfindən semestr ərzində ardıcıl mənimsənilməsi üçün hər bir tələbə tərəfindən 1 (bir) təqdimat işin yerinə yetirilməsi nəzərdə tutulur. Təqdimat işin tapşırıqları keçilən mövzulara aid müəllim tərəfindən verilir. Tələbələr keçilən mühazirə, laboratoriya dərslərinin və mövcud ədəbiyyatın əsasında verilən tapşırıqları sərbəst yerinə yetirir. Təqdimat işlərin tapşırıqları cədvəl 5-də verilmişdir.
Düzgün yerinə yetirilmiş təqdimatın nəticəsi 10 balla qiymətləndirilir.
Dostları ilə paylaş: |