1.2.
Modulyasiyanın növləri
Modulyasiya əsasən fasiləsiz (analoq), impulslu və rəqəmli
(manipulyasiya) olur. Fasiləsiz modulyasiyada informasiya daşıyıcısı kimi
harmonik (məsələn, sinusoida) siqnaldan, impuls modulyasiyasında isə düzbucaqlı
impulslar ardıcıllığından istifadə edilir. Şəkil 1.2.1-də harmonik (sin(t)) a) və
düzbucaqlı impular ardıcıllığı b) göstərilmişdir.
Harmonik siqnal. x(t) = Acsin(
𝑡 +
) . Bu siqnal (həmçinin cos(t)) üç
parametr ilə tam xarakterizə olunur və modullaşdırılan zaman 3 parametrdən biri
(bəzi hallarda bir-neçəsi) dəyişdirilə bilər: A - amplituda, −tezlik, − faza,
rad/san. Dövrü T=2π/ω.
a)
b)
Şəkil 1.2.1
Dostları ilə paylaş: |