Tabel üzrə olan fərdi tibbi mühafizə vasitələrinə fərdi apteçka Aİ-2(a), kimya əleyhinə fərdi paket KFP-8(b) və sarğı paketi aiddir.
Aİ-2 –Fərdi apteçka
Aİ-2 fərdi aptekçəsində insan orqanizminə ionlaşdırıcı şüalanmaların, ZM və BV-nin təsirinin qarşısını alan və ya bu təsiri zəiflədən, habelə şok halının qarşısını alan preparatlar (tibb dərmanları) olur. Aptekçə narıncı rəngli plastik kütlə materialdan düzəldilmiş kiçik qutudan ibarətdir, içərisində plastik kütlə şpris-tübiki və dərman penalları yerləşdirilmişdir
Sümüklər sınarkən, ağır yaralanma və geniş yanıqlar zamanı ağrı şokuna qarşı ağrıkəsən dərman - 1 ml 2%-li promedol məhlulu işlədilir; məhlul aptekçənin 1-ci bölməsindəki şpris-tübik vasitəsilə əzələyə (dəri altına) yeridilir (sülh dövründə şpris-tübik aptekçədən çıxarılıb ayrı saxlanılır). Fosforlu-üzvi maddələrlə zəhərlənməyə qarşı aptekçədə tabel antidotu olaraq taren həbləri vardır (2-ci bölmədə yerləşir). Tarenin bir həbinin "Kimya həyəçanı” xəbərdarlığı verilərkən qəbul edirlər; zəhərlənmənin əlamətləri aşkar olunarkən daha bir həb taren qəbul etmək lazımdır
Aptekçənin 3-cü bölməsindəki ağ rəngli iri penalda bakteriya əleyhinə 2 N°-li dərman-sulfadimetoksin (15 həb) yerləşir, bunu zəhərlənmədən sonra mədə-bağırsaq pozuntusu baş verərkən qəbul edirlər. İonlaşdırıcı şüalanmanın təsirinə orqanizmin müqavimətini atırmaq üçün radiasiya əleyhinə 1 №-li dərman (sistamin) işlədilir.Bu dərman 4-cü bölmədəki iki çəhrayı penalın hər birində 6 həb miqdarında olur. Penallardakı dərmanı şüalanma təhlükəsi zamanı bilavasitə şüalanmadan 30-40 dəq. əvvəl 6 həb, şüalanma davam etdikdə isə 4-5 saatdan sonra yenidən 6 həb qəbul edirlər. Bu dərmanların səmərəliliyi 50% təşkil edir.