Mövzu: 9. Həndəsənin yaranması haqqında qısa məlumat
Plan 1: Həndəsənin yaranması haqqında qısa məlumat
Plan 2: Həndəsə tarixinin inkişaf mərhələləri
Plan 3: Həndəsənin inkişafında Evklid dövrü
Plan 4: Evklidin “Başlanğıclar” əsərinin əhəmiyyəti
Həndəsənin yaranması və bir elm kimi inkişafı çox qədim tarixə malikdir. Bir neçə min il əvvəl qədim Misirdə işlənib, müəyyən edilmiş qaydalardan istifadə edərək insanlar müxtəlif məsafə, sahə və həcmləri hesablayırlar. Həndəsənin inkişaf mərhələləri aşağıdakı dövrlərə bölünür:
Ι. Bu dövr həndəsənin Misir, Yunanıstan, Mesopotamiya, Hindistan, Çin, Orta Asiya və s. yerlərdə ilkin inkişafına aiddir. Həmin dövrdə Fales, Demokrit, Pifaqor və s. həndəsə ilə məşğul olan filosofların həndəsə elmi haqqında təcrübi şəkildə görkəmli fəaliyyətləri olmuşdur.
Məsələn; Pifaqorun düzbucaqlı üçbucaq haqqında məşhur teoremi. Demokritin ortaq ölçüsüz parçalar haqqındakı fikirləri məhz bu dövrün məhsulu idi. Ancaq bu ideyanı ilk dəfə Evdoks vermişdir.
Dostları ilə paylaş: |