Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


İngilis millətinin yaranmasının ilkin şərtləri



Yüklə 3,06 Mb.
səhifə144/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   140   141   142   143   144   145   146   147   ...   263
Orta srlr tarixi S D Skazkin

İngilis millətinin yaranmasının ilkin şərtləri.

İngiltərədə XII- XV əsrlərdə ingilis xalqının tərəqqisi prosesi davam etdi ki,bu da gələcə ingilis millətini formalaşması üçün əsas oldu.Bu dövdə ingilislərin dil və ərazi birliyi əsasən müəyyənləşirş


İngiltərədə London mərkəz olmaqla vahid,milli bazar yarandıqca və feodal dövləti mərkəzləşdikcə XI- XII əsrlərdə olmuş dil fərqləri tədriclə silinib aradan qalxırdı.Fransız və latın dillərinin təsiri ilə zənginləşən London orta ingiltərə şivəsi əsasında ümumingiltərə dili yaranırdı.XIV əsrdə ingilis dili cəmiyyətin bütün təbəqələrinin qəbyl etdiyi ümumi danışıq dili və ədəbi dilə çevrilir.1262-ci ildən başlayaraq bu dildə parlamentdə müzakirələr grdir və rəsmi məhkəmə araşdırmaları aparılır.Viklifin təşəbbüsü ilə Bibliya ingilis diloinə tərcümə olunur.XIV əsrin ikinci yarısında kəndli şairi Uilyam Lenqlend öz poemalarını bu dildə yazırdı;ədəbi ingilis dilinin banilərindən biri məşhur Kenterberi hekayələrini müəllifi şair Cefferi həmin dildə yaradırdı.


XI fəsil


Almaniya XII- XV əsrlərdə


1.Almaniya XII-XIII əsrlərdə.


Kənd təsərrüfatında məhsuldar qüvvələrin inkişafı.

XII XIII əsrlər boyunca Almaniyada məhsuldar qüvvələr xeyli irəlilədi. Bu göstəricilərdən biri geniş daxili məskunlaşma idi.On minlərlə,yüz minlərlə kəndlinin gərgin əməyi nəticəsində ölkənin siması da dəyişdi.Keçilməz meşələr və bataqlıqların yerində kəndlər,əkin yerləri əmələ gəldi.Ölkənin cənubunda dağlıq yerlərin mənimsənilməsi və şimalda dənizə hücum müvəffəqiyyətlə gedirdi.XIII əsrdə Almaniyada daxili məskunlaşma başa çatdı.Becərilən torpaq sahələrinin genişlənməsi ilə ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının miqdarı da artdı.


Bununla yanaşı kənd təsərrüfatının səmərəliləşdirilməsi prosesi də gedirdi.Daha qiymətli taxıl bitkiləri geniş yayılır,bu özünü xüsusilə arpada,nisbətən çovdarın üstünlük təşkil etməsində göstərirdi,üzümçülük və bağçılıq getdikcə şərqə və şimala doğru genişlənir,texniki bitkilər,kətan,kətənə,vayda hər yerdə yayılır,qoyunçuluq inkişaf edirdi.Əkinçilik alətləri təkmilləşirdi,orağı dəryaz,xırman tayasını taxıldöyən toxmaq əvəz etdi.Torpağın daha yaxşı və tez tez şumlanmasını,merkel və peyinlə əsaslı sürətdə gübrələnməsinə başlanıldı.Atdan kənd təsərrüfatında qoşqu heyvanı kimi istifadə edilmısinə keçilməsinin böyük əhəmiyyəti vardı ki,bu atların nallanılması təcrübəsinin yayılması sayəsində mümkün oldu.Bütün bunlar məhsuldarlığın özünü göstərdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin