Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə1/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
  1   2   3   4   5   6   7   8   9   ...   263
Orta srlr tarixi S D Skazkin




Azərbaycan Dövlət Pedaqoji Universiteti
Tarix və Coğrafiya Fakültəsi
Orta Əsrlər Tarixi


Bildiyimiz kimi müasir dövrdə tarix kursunun əhəmiyyəti böyükdür. Bu vacib kursda hadisələrin daha dolğun şəkildə öyrənilməsi və düzgün qiymətləndirilməsi üçün ədəbiyyat probleminin həll olunması vacib şərtlərdəndir. Cəmi 28 ildir ki, müstəqillik əldə edən Azərbaycanda tarixə dair ədəbiyyatların catışmaması və ya cox az olması aktual problemlərdən biri olmuşdur. Tarixin müxtəlif dövrlərinə aid ədəbiyyatların catışmaması nisbətən aradan qaldırılmağa çalışılsa da bu yöndə problemlər hələ də qalmaqdadır. Xüsusilə də Orta əsrlər tarixi fənni üzrə nəzərdə tutulan ədəbiyyat problemi aktual problemdir. Bu problemin aradan qaldırılması istiqamətində görülən işlər çox sevindiricidir. Əgər bu dövrə uygun ədəbiyyatlara nəzər salsaq görərik ki, ədəbiyyatlar əvvəllər istifadə olunan kiril əlifbasında çap olunmuşdur. Ona görə də hal-hazırda onların istifadəsi heç də birmənalı qarşılana bilməz. Eyni zamanda qeyd edək ki, kitablar əvvəlki dövrlərə uygun olan metodik üsullarla, daha fərqli quruluşla və dizaynla hazırlanmışdır. Buna görə də artıq bir necə ildir ki, müasir təhsil sistemində fəaliyyət göstərən Azərbaycan üçün yararlı ola bilməz.


Yuxarıda qeyd edildiyi kimi artıq bu istiqamətdə bəzi işlərin görülməsi təqdirəlaiq haldır. Hal-hazırda Orta əsrlər tarixinə aid istifadə olunan əsas ədəbiyyat S.D.Skazkinin müəllifi olduğu ədəbiyyatdır. Bundan əlavə Tarix institunun direktoru, professor Yaqub Mahmudovun, Telman Orucovun kitabları mövcud ədəbiyyatlar sırasına daxil idi. Yuxarıda qeyd edilən problemlər ucbatından Skazkinin müəllifi olduğu kitabın kiril əlifbasından latın əlifbasına çap olunması vacib məsələ idi. Bu işdə Azərbaycan Dövlət Pedaqoji Univerisitetinin Tarix və Coğrafiya fakültəsinin, Tarix və Cografiya müəllimliyi üzrə təhsil alan TC-14 qrupunun tələbələri: Şəkərli Şəmşad, Abdulayev Fuad, Şahverdiyev Elnur, Rəcəbli Nurlan və İbadov Rüstəmin təşəbbüskarlığı ilə aparılan işlərin sonunda problem öz həllini tapmışdır. Ədəbiyyat kril əlifbasından latın əlifbasına çevrilmiş və çox sevindirici bir haldır ki, bu kitab tələbə və müəllimlərə çox kömək olacaq və kursun mənimsənilməsində əvəzsiz rol oynayacaq.


Sual oluna bilər ki, kitab hansı üstünlüklərə malikdir? Qeyd edək ki, bu kitabın doğma əlifbamıza çevrilməsi onun daha dəqiq və dolğun qavranılmasını asanlaşdıracaq. Artıq dil baxımından çətinlik çəkən tələbələr əlavə problemlərlə üzləşməyəcək. Bununla yanaşı dərsi tədris edən professor və müəllim heyəti əlavə əziyyət çəkmədən dərsi tədris edə biləcəklər. Orta əsrlərin tədrisi ilə bağlı problemlərin aradan qalxmasında bu kitabın rolu böyük olacaq.


Biz də öz növbəmizdə bu işdə rolu olan hər kəsə təşəkkür edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. İnanırıq ki, ərsəyə gətirilən bu kitab uzun illər tələbə və müəllimlərə xidmət edəcək və Azərbaycanda tarix kursunun inkişafına töhvə verəcək.


Universitetlərin tarix fakültələrinin tələbələri üçün dərslik olan, ikicildlik” Orta əsrlər tarixi.” Qərbi və Mərkəzi Avropa ölkələrinin, həmçinin Bizans imperiyasının (onun 1453-cü ildə surqutuna qədər) tarixini əhatə edir. Dərsliyin birinci cildi V əsrdən XV əsrin sonuna qədərki dövrə həsr olunmuşdur.

Cild üç bölmədən ibarətdir: giriş və iki hissə. Giriş bölməsində “orta əsrlər” anlayışı və bu uzun müddətli dövrün ümumdünya tarxindəki yeri müəyyənləşdirilir, orta əsrlər tarixinə dair ən mühüm mənbələr səciyyə olunur: orta əsrlər tarixinin ən mühüm və daha çox mübahisəli problemlərinə feodalizmin mahiyyəti və Qərbi Avropada bu ictimai quruluşun mənşəyinə dair burjua görüşlərinn tənqidi təhlili və sovet tarixşünaslığının qısa xülasəsi verilir. Cildin birinci hissəsində erkən orta ərlərin (V-XI əsrlər), ikinci hissəsində isə inkişaf etmiş orta əsirlərin-feodalizm quruluşunun çiçəklənmə dövrünün (XI-XV əsrlər) tarixi verilir.


Əvvəlki nəşrdə olduğu kimi, universitetlərdə oxunan kursun proqramına uyğun olaraq ayrı-ayrı ölkələrin tarixinə dair fasillər aşağıdakı problemlərlə tamamlanır: bunlar ,giriş hissəsinin artıq qeyd olunmuş fəsillərindən başqa, orta əsr şəhərləri (7-ci fəsil), xaç yürüşləri(8-ci fəsil), kilsə və təriqətçilik hərəkatı (18-ci fəsil),Qərbi Avropa ölkələrində beynalxalq münasibətlər(19-cu fəsil),V-XIV əsrlərdə orta əsr mədəniyyəti və ideoloqiyasi (20-ci fəsil), humanizm ideologiyasının və erkən İntibah mədəniyyətinin yaranması (22-ci fəsil) tarixinə dair fəsillərdir.


Əvvəlki nəşrdə olduğu kimi ,universitetlərdə oxunan kursun proqramına uyğun olaraq ayrı-ayrı ölkələrin tarixinə dair fəsillər aşağıdakı problemlərlə tamamlanır: bunlar,giriş hissəsinin artıq qeyd olunmuş fəsillərindən başqa, orta əsr şəhərləri (7-ci fəsil), xaç yürüşləri (8-ci fəsil), kilsə və təriqətçilik hərəkatı (18-ci fəsil), Qərbi Avropa ölkələrində beynəlxalq münasibətlər (19-cu fəsil), V-XIV əsrlərdə orta əsr mədəniyyəti və ideologiyası (20-ci fəsil), humanizm ideologiyasının və erkən İntibah mədəniyyətinin yaranması (22-ci fəsil) tarixinə dair fəsillərdir.


Universitetlərin tarix fakültələrinin tədris planına uyğun olaraq Cənub və Qərb slavyanlarının tarixi (orta əsrlər dövrü də daxil olmaqla) ayrıca tədris olunur.Bu yerlərin tarixinə dair xüsusi dərslik vardır. Ona görə də dərsliyin bu nəşrində, əvvəlkində olduğu kimi,slavyan ölkələrinin tarixi işıqlandırılmır.Lakin onların Avropanın başqa xalqları ilə tarixi əlaqələrindən 19-cu fəslin “Qərb və Cənub slavyanları ölkələrinin XII-XV əsrlərdəki beynəlxalq münasibətlərdə rolu” adlı xüsusi paraqrafında bəhs olunur.


Cilddə xəritələr, xronoloji cədvəl və geniş biblioqrafiya verilmişdir.


Yeni işləri hazırlayarkən dərsliyin müəllifləri və redaktorları birinci cildlə əlaqədar olaraq dövri mətbuatda dərc olunmuş rəylərdəki qeydləri nəzərə almışlar.Son on il ərzində orta əsrlər tarixi problemlərinə dair nəşr olunmuş ən mühüm monoqrafiyaların və məqalələrin əsas nəticələri də nəzərə alınmışdır. Fəsillərdən çoxunun əsas məzmunu kimi, cildin quruluşu da əsaslı dəyişikliyə uğramışdır. 2-ci (“Feodalizmin mahiyyəti və tarix elmində onun mənşəyi problemi”), 7-ci (“Orta əsr şəhərlərinin meydana gəlməsi və inkişafı”), 18-ci (“Qərbi Avropada kilsə və kilsə təşkilatı, Xalq-təriqət hərəkatları”) fəsillər xeyli dərəcədə yenidən işlənmişdir. 20-ci fəsil (“V-XIII əsrlərdə Qərbi Avropa ölkələrində orta əsr mədəniyyəti və ideologiya”) yenidən yazılmışdır. Cildin xəritə materialları bir sıra yeni xəritələr və xəritə-sxemlərlə tamamlanmışdır.


GİRİŞ


Orta əsrlər tarixi rəngarəng hadisələrlə zəngin olan uzun bir dövrü əhatə edir. Bu dövr iqtisadi və ictimai-siyasi həyatın yeni formalarının meydana gəlməsi və inkişafı ilə əlamətdardır. İnsan cəmiyyəti orta əsrlərdə tarixin əvvəlki dövrlərinə nisbətən maddi və mənəvi mədəniyyətin inkişafı sahəsində xeyli irəlidədi. Feodal zorakılığın, cəhalətin meydana gəlmə dövrü, inkvizisiya tonqalları, aclıqlar və kütləvi qırğınları doğuran yoluxucu xəstəliklər dövrü olan orta əsrlər insanlığın xatirində qüvvətli kəndli üsyanları, feodallara və kilsəyə qarşı müharibələr, şəhərlilərin feodal ağalara qarşı dramatizmlə dolu mübarizəsi, xalq kütlələrinin ictimai arzularını əks etdirən kütləvi təriqət hərəkatı, ilk burjua inqilabları, azadfikirliliyin ilkin təzahürü dövrü kimi də həkk olunmuşdur. O dövrdən bizim günlərədək gözəl memarlıq, rəssamlıq, poeziya nümunələri qalmışdır; oyanmaqda olan elmi fikrin ilk uğurları da həmin dövrün sonuna aiddir.


Orta əsrlərdə dahi şəxsiyyətlərin bütöv bir nəsli yetişmişdir ki, onlarla qabaqcıl bəşəriyyət fəxr edir. Xalqın, hələ dumanlı da olsa, kommunizm arzularının ilk müjdəçiləri-Dolçino, Con Boll, Tomas Münser; inqilabçı xalq kütlələrinin başçıları-Gilyom Kal, Uot Tayler və Tommazo Kampanella bunlardandır. Azad fikirliliyin cəsarətli nümayəndələrinin –Pyer Abelyar,Rocer, Bekon,İbn Sina və İbn Röşt,Yan Qus,Nikolay Kopernik,Cordano və Qalileo Qalileyin,dahi şair və yazıçılar-Firdovsi,Ömər Xəyyam,Sədi Hafiz, Nizami, Dante, Petrarka, Bokkaçço. Çoser, Rable, Şekspir və Servantesin, görkəmli rəssamlar-Cotto, Rafael, Mikelancelo, Leonarda da Vinçi , Andrey Rublyov,Dyurer, Rubens və Rembrandtın xatirəsi qədirbilən nəsillərin yadında həmişəlik qalmışdır.


Orta əsrlər istilahı”


“Orta əsrlər” (daha dəqiqi orta əsr-latınca medi um aveum) istilahı XV-XVI əsrlərdə İtaliyanın humanist dairələrində meydana gəlmişdir.Tarix elminin ayrı-ayrı inkişaf mərhələlərində “orta əsrlər” anlayışına müxtəlif cür məzmun vermişlər. Tarixin qədim, orta əsrlər və yeni dövrlərə bölünməsi fikrinin möhkəmləndirilmiş XVII-XVIII əsrlərin tarixçiləri mədəniyyətin antik dünyadakı və yeni dövrdəki yüksəlişinin əksinə olaraq orta əsrləri dərin mədəni tənəzzül dövrü hesab edirdilər. Sonralar burjua tarixçiləri orta əsrlər anlayışı haqqında tutarlı bir elmi fikir irəli sürə bilmədilər. Müasir burjua tarixşünaslığında belə bir fikir üstünlük təşkil edir ki, “orta əsrlər”, “qədim dünya”, “yeni dövr” istilaları heç bir məzmuna malik deyillər; bunlar yalnız tarixi materialın ənənəvi bölgüsü kimi qəbul olunmuşlar.


Marksist-leninçi tarix elmi bu ənənəvi dövrləşdirməyə tamamilə başqa bir məzmun verir. Tarixi inkişafı ictimai-iqtisadi formasiyaların qanunauyğun sürətdə bir-birini əvəz etməsi kimi qiymətləndirən marksist tarixçilər orta əsrləri feodal istehsal üsulunun hökmranlığı dövrü kimi başa düşür ,belə ki, bu formasiya quldarlığı əvəz etdiyi kimi, sonralar tarix səhnəsində öz yerini kapitalizmə vermişdir. Onlar orta əsrləri feodalizm ictimai-iqtisadi formasiyasının meydana gəlməsi, inkişafı və süqutu dövrü kimi qiymətləndirirlər.


Demək olar ki, hazırda Avropa və Asiyada yaşayan bütün xalqlar, həmçinin Afrika və Latın Amerikasının bir çox xalqları öz inkişaflarında feodalizm formasiyası mərhələsini keçmiş və təbiidir ki, öz orta əsrlərini də yaşamışlar. Buna görə də, indiyə qədər burjua tarixşünaslığında qəbul edildiyinin əksinə olaraq, sovet tarix elmində orta əsrlər anlayışı ancaq Qərbi Avropa və ya Avropa xalqlarının tarixinə aid edilmir. Ona ümumdünya tarixi əhəmiyyəti verilir. Lakin bu dərslik yalnız Qərbi və Mərkəzi Avropa ölkələrində, həmçinin Bizansda feodalizm formasiyasının tarixinə əsr olunmuşdur.


Orta əsrlər tarixinin dövrləşdirilməsi.

Bütün xalqlar feodalizmə eyni zamanda keçməmişlər. Buna görə orta əsrlər dövrünün xronoloji çərçivəsi müxtəlif qitələr, hətta ayrı-ayrı ölkələr üçün də müxtəlifdir. Avropa ölkələrində orta əsrlər V əsrin 2-ci yarısında Qərbi Roma quldarlıq imperiyasının dağılması ilə başlanır ki, bu dövlət quldarlıq quruluşunu daxili böhranı nəticəsində süquta uğramış, qədim alman, və slavyan tayfalarını “barbar” hücumları qarşısında aciz qalmışdı. Bu hücumlar imperiyanın dağılmasına və onun ərazisində quldarlıq quruluşunun aradan qaldırılmasın gətirib çıxarmış, orta əsrləri qədim tarixdən ayıran dərin ictimai çevrilişin başlanğıcı olmuşdu.


Ümumavropa əhəmiyyətinə malik olan və Qərbi Avropada kapitalizm quruluşu həmkarlığının başlanğıcını qoymuş birinci burjua inqilabı-1640-1660-cı illər İngiltərə inqilabı sovet tarixşünaslığında orta əsrlərlə yeni dövrün sərhədi hesab olunur.





  1. əsrin 2-ci yarısı ilə XVII əsrin ortaları arasında Qərbi və Mərkəzi Avropa ölkələrində orta əsrlərin on iki yüzilliyi durur. Bu zaman məhsuldar qüvvələrin inkişafı sayəsində feodalizm ictimai-iqtisadi formasiyayasında müəyyən irəliləyiş baş verdi. İstehsal münasibətlərinin xarakteri, qismən ictimai quruluş, həmçinin feodal dövlətlərinin siyasi siması dəyişirdi. Buna görə də sovet tarixşünaslığında orta əsrlər tarixini üç əsas dövrə bölmək qəbul edilmişdir. Birinci dövr V əsrin sonlarından başlayaraq XI əsrin ortalarından XV əsrin sonlarına qədərki tarixi əhatə edir və inkişaf etmiş feodalizm dövrü adlanan bu dövrdə feodalizm quruluşu özünün ən yüksək çiçəklənmə dövrünə çatır. Üçüncü dövr son orta əsrlər dövrü adlanır, XVI-XVII əsrin brinci yarısını əhatə edən bu dövr feodalizmin süqutu dövrüdür. Bu dövrdə feodalizm cəmiyyətinin içərilərində kapitalist münasibətləri doğulur və formalaşmağa başlayır.




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin