Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Feodalizm cəmiyyətində dövlət, hüquq və kilsə



Yüklə 3,06 Mb.
səhifə4/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   2   3   4   5   6   7   8   9   ...   263
Orta srlr tarixi S D Skazkin

Feodalizm cəmiyyətində dövlət, hüquq və kilsə.

Feodalizm cəmiyyətinin ictimai-iqtisadi quruluşu və onun doğurduğu sinfi mübarizə həmin cəmiyyətin siyasi,hüquqi və ideoloji üstqurumunun xarakter və funksiyasını müəyyən edirdi.Orta əsrlərdə dövlət,hüquq, rəsmi din və kilsə feodalların mənfei keşiyində dayanırdı və xalq kütlələrinə düşmən idi.


Feodal dövləti müxtəlif dövrlərdə müxtəlif formalarda olmuşdur: erkən feodalizm dövründə iri, lakin möhkəm olmayan dövlət birləşmələri formasında (Böyük Karl imperiyası kimi); sonra X-XII əsrlərdə-tamamilə müstəqi olan və ya zəif kralın hakimiyyəti altında ancaq nominal olaraq birləşmiş xırda siyasi qurumlar şəklində-kinyazlıqlar,hersoqluqlar,qraflıqlar və





  1. (feodal pərakəndəliyi dövrü): XIII-XV əsrlərdə bir çox ölkələrdə dövlətlərin mərkəzləşməsi prosesi gedir ki,nəticədə dölət tədriclə silki monarxiuya formasına düşür.Belə dövlətdə nisbətən qüvvətli kral hakimiyyəti nümayəndəli-silki məclislərlə qovuşur; nəhayət,son orta əsrlərdə feodal dövlətli özünün son, daha çox mərkəzləşmiş formasına-mütləq monarxiya formasına düşür.Lakin formasından asılı olmayaraq feodal dövləti həmişə sinifi xarakterini saxlamışdır.Bu dövlətdə “ancaq təhkimçi mülkədarlar ağa sayılmışlar.Təhkimli kəndlilər hər cür siyasi hüquqdan büsbütün məhrum idilər.”

İstər adətlə istərsə də kral qanunvericiliyi ilə müəyyən olunmuş feodal hüququ feodalların torpaq mülkiyyəti inhisarını,çox zaman kəndlinin şəxsiyyəti üzərində onların hakim olduğunu, onlar üzərində feodalların məhkəmə və siyasi hakimiyyətini təsbit edir və müqəddəsləşdirirdi.


Qərbi və Mərkəzi Avropa ölkələrində katolik kilsəsi,Bizansda isə pravoslav kilsəsi feodal ağalığının möhkəmlənməsində böyük rol oynamışdır.Kilsə xristian dininin köməyi ilə feodalizm quruluşunu “ilahi “ nüfuzla müqəddəsləşdirir, xalq kütlələrinə mutilik və istismarçı siniflərə danışıqsız itaət göstərməyi aşılayır, əvəzində o dünyada “mükafatlanma” ümidi ilə təsəlli edir ,antifeodal xalq hərəkatları və təriqətləri ilə, hər cür azadfikirlik təzahürü ilə qəddarcasına mübarizə aparırdı.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin