Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə6/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   2   3   4   5   6   7   8   9   ...   263
Orta srlr tarixi S D Skazkin

Mənbənin əsas növləri.

Qərbi Avropa Feodalizm Cəmiyyətinin tarixi bir sıra mənbələrdə, ən çoxda yazılı mənbələrdə əks olunmuşdur. Feodalizmi başlanğıc mərhələsini öyrənmək üçün orta əsr kənd təsərüfatını, sənətkarlıq, quruculuq, pul dövriyyəsi və s. mühüm əhəmiyyətə malikdir.


Orta əsr yazılı mənbələri bir neçə növə ayrılır: sənət materialları( ümumi aktlar, xüsusi aktlar, təsərüfat xarakterli sənədlər, dövlət hakimiyyətinin inzibati, maliyyə, hərbi və i. a. sənədləri), hüquq abidələri(“həqiqətlər”, yaxud qədim almanların və başqa xalqların adət hüququnun alınmış topluları, mülki, cinayət və kilsə hüququ məcəllələri, ayrı-ayı qanunlar və fərmanlar, şəhər xartiyaları, məhkəmə protokolları, hüquq əsərləri) ; nəqli mənbələr (annallar yaxud salnamələr , qeyri-rəsmi xarajterli yazışmalar, publisistika) , folklor , ədəbi əsərlər və s.


Sənəd və hüquq mənbələri, bir qayda olaraq, təsərrüfat, ictimai və hüquqi münasibətlər tarixinə dair zəngin material verir. Nəqli mənbələr isə ən çox siyasi tarixə aid məlumatları əhatə edir. Bütün mənbə tiplərindən səəd materialları daha etibarlıdır. Hadisələr sənədlərə və hüquq abidələrinə nisbətən daha çox nəqli mənbələrdə onların müəlliflərinin şüurluluq dərəcəsindən asılı olaraq əks olunmuşdur.


Bütün mənbə tiplərindəncənəd materialları daha etibarlıdır. Hadisələr sənədlərə və hüquq abidələrinə nisbətən daha çox nəqli mənbələrdə onların müəlliflərinin şüurluluq dərəcəsindən asılı olaraq əks olunmuşdur. Buna görə də həmin tipdən olan mənbələr üçün hadisələri dərk etmənin subyektivliyi, bəzən bilərəkdən bu və ya digər faktların üstündən keçilməsi və ya hətta onların qəsdən təhrif olunması xasdır.




V-X əsr tarixinə dair mənbələr.

Qərbi Roma imperiyası ərazisində barbar dövlətlərinin meydana gəlməsi və feodalizm quruluşunun yaranması qədim alman xalqlarında qüvvədə olan adətlərin yazılı halda rəsmiləşdirilməsini və onların əsarət altına salınmış xalqlarla münasibətlərini tənzim edən qanunlar qəbul edilməsini tələb edirdi. Buna görə də, artıq, V əsrdə keçmiş imperiyaların ərazisində məskən salmış qədim alman xalqlarının yazılı qanunları meydana gəldi; bunlar feodalizmin bərqərar olmasının başlanğıc dövrü üçün ictimai-iqtisadi münasibətləri əks etdirən yeganə yazılı mənbələrdir. Öz təyinatına görə məcəllələr , yaxud müxtəlif cinayətlərə və xətalara görə cərimələr və başqa cəzaların siyahısı olan bu adət hüququ topluları feodalizm quruluşunun doğulması dövründə məhsuldar qüvvələrin inkişaf səviyyəsinin, mülkiyyət formalarını, başlamaqda olan ictimai təbəqələşməni, nəsli-icma quruluşunun qalıqlarını, məhkəmə prosesinin formalarını və i.a tədqiq etmək üçün zəngin və fövqəladə dərəcədə qiymətli material verir.


Sonralar Şimali və Mərkəzi Avropanın quldarlıq quruluşu və Roma ağalığının nə olduğunu bilməyən qədim alman və kelt xalqlarının da bu cür yazılı qanunları meydana gəldi.


Bu xalqların bəzilərinə nəsli-icma quruluşunun dağılması və feodalizmin meydana gəlməsi prosesi ləng gedirdi. Buna görə də, qanunların yazıya alınması da gec –VIII-IX əsrlərdə, Skandinaviya xalqlarında isə daha gec- XII-XII əsrlərdə həyata keçirilmişdir.


Rus dilində bu hüquq abidələrinin çoxunu “Русскаja правда”nın adına bənzədərək “правда”lar adlandırırlar. Onların adı latınca olub, (çoxu latınca yazılmışdır) lex(yaxud qanun) sözünə bu qanunların məxsus olduğu tayfanın və ya xalqın adı əlavə edilməklə yaradılmışdır.(məsələn, lex saxsonum, lex frisionum). Bunların hamısını birlikdə adətən “Barbar qanunları” “Zeges barbarorum”) adlandırırlar. Onlar cəmiyyətin inkişafı gedişində tədriclə yaranaraq bundan əvvəl mövcud olmuş hüquq normalarının (adət hüququ deyilən şey) toplusudur. Lakin “qanunların” ən erkən redaksiyalarında belə adət hüququ normaları yazılı şəkildə təsbit olunarkən kral hakimiyyətinin təsiri ilə bəzi dəyişikliklərə məruz qalmışdır. Zaman keçdikcə “qanunlar” feodalizm quruluşunun inkişafına uyğun olaraq dəyişmiş və tamamlanmışdır; artıq, bu mərhələdə xalq vericilikdə iştirak etməmişdir. Möhkəmlənmiş dövlət hakimiyyəti “qanunlar”ın ayrı-ayrı müddəalarını dəyişdirən fərmanlar verirdi.

“Qanun”ların mətni sonradan edilmiş əlavələr, laylar, çoxlu redaksiyalar(yaxud variantlar) nəticəsində öz tərkibinə görə adətən çox mürəkkəbdir. Bizim günlərədək Vestqoq, Burqund, Salik, Ripuar, Aleman, Bavar, Sakson, Friz, Turinq və Anql-saks “qanunları” gəlib çatmışdır. Lanqobardların adət hüququnun yazıya alınmış toplusu “Rotar edikti” adlanır. “Salik qanunları” nın VI əsrin əvvəlinə aid ən qədim redaksiyaları qədim alman adətlərinə daha yaxın olduğu üçün xüsusi diqqətə layiqdir. VIII əsrdə Bizansın aqrar quruluşunu öyrənməkl üçün ən müühm mənbə “Əkinçilik qanunlarıdır”. Bizans-slavyan adət hüququnun toplusu olan bu “qanun” özünün bir çox xüsusiyyətlərinə görə alman xalqlarının “qanun”larını andırır.


Erkən orta əsrlərdə real şəkildə mövcud olmuş sənəd materiallarının ancaq az bir qismi dövrümüzədək gəlib çatmışdır. Bundan başqa o dövrün ictimai həyatının özü də sənədlərdə rəsmi sürətdə təsbit edilməsi tələb olunan münasibətlət sahəsi baxımından məhdud idi. Kral məhkəməsinin qərarı (yerli məhkəmələr hələ öz hökmlərini rəsmi sürətdə təsbit etmirdilər), bəxşiş, alqı-satqı və torpaq mübadiləsi aktları, vəziyyətlər asılılıq münasibətlərini təsbit edən aktlar –erkən feodalı fərmanlarının əsas tipləri bunlar idi. Bunlarla yanaşı bir də formul topluları,yaxud tipik fərman nümunələri topluları da vardı ki,baş vermiş bütün əməliyyatların tipləri haqqında təsəvvür yaradan müxtəlif məzmunlu real sənədlər bunların əsasında yazılırdı. Lakin bunlar mücərrəd formada idi, adlar, tarixlər, torpaqların konkret təsviri və i. a. göstərilmirdi. VIII-IX əsrlərdə monastırlarda poliptiklər, yaxud mülklərin təsvirləri (məsələn, Paris yaxınlığındakı Sen-Jermen monastırının abbatı irmionun XI əsrin əvvəlində tərtib etdiyi müfəssəl poliptik) və kartulyarilər, yaxud fərmanlar və başqa sənədlərin adətən sürətlərindən ibarət toplular meydana gəlir. Eyni zamanda iri mülklərin idarə olunmasına dair təlimatlar da yaranır. Məsələn, Böyük Karlın təqribən 800-cü ildə tərtib olunmuş “mülklər haqqında təlimatı” (“Capitulare de villis”) sonunculara aiddir.Poliptiklər, kartulyarilər, təlimatlar iri torpaq sahibliyinin təşkili, asılı əhalinin istismar formaları, kəndlilərin əsas asılılıq tipləri haqqında təsəvvür yaradır.


Böyük kral imperiyasında geniş və rəngarəng kral qanunvericiliyi- kapitulyarilər (ona görə belə adlanır ki, mətn kapitullara, yaxud fəsillərə bölünürdü) meydana gəlir. Bizansda imperator fərmanlarının verilməsi son Roma imperiyası dövründə sonra dayandırılmamışdı.


Erkən orta əsrlərin siyasi və qismən ictimai tarixinə dair mənbələr anlar və ayrı-ayrı xalqların “tarixləri”dir. Annallar (lat.-annales; “annus”- “il” sözündədir) Qərbi Avropada salnamələrə deyilirdi. Romadan irs qalmış annallar VI əsrdən başlayaraq monastırlarda meydana gəlməyə başladı; bunlar pasxa cədvəllərində edilmiş qısa qeydlər formasında idi. Bu qeydlər sabit güpnə düşməyən kilsə bayramı olan pasxanın bayram ediləcəyi günlər bir neçə il


əvvəldən göstərilirdi. İlk zaman hər hansı bir hadisəylə əlaqədar olaraq heç də bütün günlər qeyd olunmurdu; sonralar bu qeydlər daha tez-tez aparılmağa, VII əsrin sonundan isə ilbəil aparılmağa başladı. Kral saraylarında tərtib olunan daha geniş ərazini əhatə edən annallar VIII-IX əsrlərə aiddir. Böyük Karl sarayındakı “Kral annalları” İngiltərədə kral Alfred sarayındakı “Anqlosakson xronikası”.

Annallarla yanaşı VI əsrdən başlayaraq Qərbi Avropa ölkələrində, keçmiş Roma imperiyasının ayətlərində məskunlaşmış ayrı-ayrı qədim alman tayfalarının “tarixləri” də meydana gəlir. Onlar da əjdadlar, köçlər, ilk hersoqlar və krallar haqqında rəvayətlər, xalq mahnıları, saqalar, həmçinin ayrı-ayrı qədim alman xalqlarının tarixinin ilk əsrləri haqqında annallara nisbətən çox-çox müfəssəl məlumatlar verilir. Bunlara misal olaraq İordanın “Qotların mənşəyi və əməlləri haqqında", Sevilyalı İsidorun “Qotların tarixi”, Turlu Qriqorinin “Frankların tarixi”, Pavel Dyakonun “Lanqobardların tarixi”, möhtərəm Bedanın “Anql xalqının kilsə tarixi” və s.-ni göstərmək olar. Hökmdarların, yepiskopların və başqa iri feodalların IX əsrdə meydana gələn tərcümeyi-hallarında da, həmçinin siyasi tarixə dair qiymətli məlumatlar vardır. Bunların içərisində Eynqardın “Böyük Karlın həyatı” geniş yayılmışdı.


Bizansda bu dövrün nəqli mənbələri xüsusilə qiymətlidir. Bizans tarix əsərlərinin müəllifləri-ali əyanlar, yaxud rahiblər antik tarixşünaslığın ənənələrindən geniş istifadə edirdilər. Qərb tarixçilərinə nisbətən daha geniş siyasi görüş dairəsinə malik olan bu müəlliflər əsərlərində təkcə Bizansın deyil, qonşu xalqların da tarixini verirdilər. VI əsr tarixçisi Qeysəriyyəli Prokopinin imperator Yustiniyanın hakimiyyəti dövrün əsərlərinə həsr olunmuş əsərləri daha çox məhşur idi. Sonralar, X-cu əsrdə məhsuldar qüvvələrin inkişafı Bizans elmi əsəri olan “Geoponika” da öz əksini tapdı ki,burada kənd təsərrüfatına dair çoxlu məlumat toplanmışdır. Bizans şəhərlərinin tarixə dair mühüm mənbə olan “Eparxın kitabı “ da X əsrə aiddir. Bu mənbə Konstantinopolda sənətkarlıq və ticarətin təşkilini tənzim edən hökümət sərəncamlarının toplusundan ibarətdir. Kitab Bizans paytaxtının təsərrüfat həyatı və sex quruluşu haqqında qiymətli məlumatlar verir.


Müqəddəslər haqqında rəvayətlər erkən orta əsrlərin mühüm tarixi mənbəyidir. Bu mənbələrdə, əfsanəvi materiallar son dərəcə çox olsa da, xalq həyatının bir çox xüsusiyyətlərinə və kilsə tarixinə dair, onun torpaq sahibliyinin inkişafı haqqında, xalq kütlələrinin həyat tərzi, adətləri, ideologiyası, arzu və etiqadları haqqında qiymətli məlumatlar qalmışdır.


Erkən orta əsrlərin mədəniyyət tarixini öyrənmək üçün xalq poeziyası abidələri: İrlandiya, İslandiya, Skandinaviya saqaları və anql-saks eposu birinci dərəcəli əhəmiyyətə malikdir. Başqa qədim alman xalqlarının əksi eposu dövrümüzədək, bir qayda olaraq, sonradan yenidən işlənilmiş halda çatmışdır. Lakin onlarda maraqlı məlumatlar çoxdur.


Keçmiş Qərbi Roma imperiyasının ərazisində erkən orta əsrlərin hüquqi nəqli mənbələri latınca yazılmışdır. Lakin bu, bir qayda olaraq, ədəbi latın dili deyil, qədim alman xalqları tərəfindən mənimsənilmiş xalq əyalət dialektləri idi. İngiltərə və İslandiya qanunlar və bəzi tarix əsərləri xalq dilində yazılırdı. Belə ki, latın dili ketlərə və anql-sakslara yad idi və bu dövrdə xeyli dərəcədə kilsə dili olaraq qalırdı. Böyük Karl imperiyasında annalların və xüsusilə tarix əsərlərinin dili ancaq ruhanilər və qismən əyanlar üçün anlaşılan ədəbi latın dilinə yaxın idi. Lakin xalq üçün bu dil getdikcə daha az anlaşıqlı olurdu. Belə ki, xalq dilləri latın dilindən getdikcə daha çox fərqlənirdi. Bizans mənbələri-sənədlər və nəqli əhalinin çoxunun istifadə etdiyi yunan dilində yazılmışdı.


XI-XV əsrlər tarixinə dair mənbələr.

İnkişaf etmiş feodalizm dövrü Avropa xalqlarının həyatında mühüm tərəqqi ilə səciyyələnir. Şəhərlər meydana gəlir, milli dövlətlər yaranmağa başlayır, milli mədəniyyət doğulur. Bütün bunlar mənbələrin sayca artmasına, onların rəngarəngliyinə və yeni mənbə növlərinin meydana gəlməsinə təsir göstərirdi.


XI-XV əsrlərdə məhsuldar qüvvələrin inkişafı, artıq, yalnız arxeoloji abidələrə və sənədlərin, annalların dolayı məlumatlarına görə öyrənilmir. XIII əsrdə Qərbi Avropada kənd təsərrüfatına dair bir sıra əsərlər tərtib olundu; XIV-XV əsrlərdən dövrümüzədək ticarətə, mahud toxuculuğuna dair əsərlər gəlib çatmışdır. Şəhər sənətkarlığı tarixinə dair çox qiymətli mənbələr sex nizamnamələridir. Əlyazmalarının miniatürlərində, kilsələrin (soborların) və bələdiyyə idarələri binalarının (ratuşaların) barelyefləri və şüşə naxışlarında, xalçalarda çoxlu sənətkar və kənd təsərrüfatı əməyi səhnələrinin- ot çalımı, biçin, xırman, şərab və yağ hazırlanması, toxuculuq, quruculuq təsvirləri qalmışdır.


Feodal istehsal münasibətlərinin mənzərəsi müxtəlif sənədlərdə əks olunmuşdur. Fərmanlar, mülklərin təsvirləri, kəndli mükəlləfiyyətlərinin siyahıları XI-XII əsrlərin aqrar tarixi üçün əsas sənədlərdir. Təəssüf ki, dövrümüzədək bu əsərlərinin əsas kütləsinin əsli deyil, sürətləri və ya kartulyarilərə daxil edilmiş xülasələri gəlib çatmışdır.


XIII-XV əsrlərdə əmtəə-pul münasibətlərinin inkişafı ilə əlaqədar olaraq yeni sənəd növləri- müxtəlif torpaq sövdələrini (alqı-satqısını, torpağın girov qoyulması və icarəyə verilməsini, torpaq rentasının girov qoyulması və satılmasını və i.a.), təsbit olunmuş kəndli mükəlləfiyyətlərinin bərqərar olmasını, kəndlilərin təhkimli vəziyyətindən ödənclə azad olmasını və i.a.. rəsmiləşdirən aktlar meydana gəlir. Bu sənədlərin də çox hissəsinin notarius minutları (yaxud sövdənin məzmunu haqqında qısa qeydlər) formasında və ya şəhər və senyorluq cədvəllərinin içərisində olan sürətləri qalmışdır. Torpaq siyahıyaalmaları- hökümət təhqiqatlarının nəticələri XI-XII əsrlərdə İngiltərənin aqrar və ictimai tarixinə dair mühüm material verir. Bunların içərisində 1086-cı ildə İngiltərədə tərtib olunmuş və demək olar ki, bütün mülklərinin, şəhərlər də daxil olmaqla yaşayış məntəqələrinin və ölkə əhalisinin siyahıya alınmasından ibarət olan “Məşkər kitabı”, həmçinin 1279-cu il “Yüznəfərlik müşayətçilər”-Mərkəzi İngiltərənin bəzi qraflıqlarındakı torpaq mülklərinin ucdantutma təsviri daha çox maraq doğurur. Almaniya üçün XIII əsrdə “Marka nizamnamələrini” nin, yaxud adət hüququnun yazıya alınmış toplularının meydana gəlməsi xarakterikdir ki, bunlarda da icma qaydaları, bəzən də kəndlilərin feodalların xeyrinə edəcəyi mükəlləfiyyətlər təsbit olunurdu.


Əmtəə-pul münasibətlərinin inkişafı dövründə də feodalların ağa təsərrüfatını geniş miqyasla davam etdirdikləri ölkələrdə XIII əsrdə mülklərin təsviri (İngiltərədə ekstentlər,Almaniyada və başqa ölkələrdə urbariyalar), müdürlərin hesabatları, haqq-hesablar təlimatlar və s. böyük əhəmiyyət kəsb edirdi. Bu mənbələr bəzən, hətta, bu və ya digər dərəcədə dəqiq statistika hesablamaları aparmaq imkanı da verir.


Şəhərlərin inkişafı ilə şəhərdaxili təşkilatı və şəhərlərin senyorlarla münasibətlərinin tənzim edən şəhər xartiyaları və nizamnamələri meydana gəlir. XIII əsrdə, ilk dəfə olaraq, sexlərin daxili quruluşunu müəyyən edən nizamnamələr yazılmağa başlayır. Bu cür mənbələr içərisində təqribən 1268-ci ildə Parisdə tərtib olunmuş “Peşələr kitabı”-100 sex nizamnaməsinin toplusu fərqlənir. XIV əsrdən başlayaraq şəhərlərdə bəxşişləri, alqı-satqını, vəsiyyətləri, kəbin bağlaşmalarını , girov və borc təəhhüdlərini, kredit sənədlərini və i. a. –nı


rəsmiləşdirən çoxlu aktlar meydana gəlir, hələ XIV –XV əsrlərdə kapitlist münasibətlərinin rüşeymlərinin meydana gəldiyi ölkələrdə, məsələn İtaliyada, iri kompaniyalarda, artıq, ticarət kitabları tutulmağa başlayır.

XIII-XV əsrlər dövrü üçün feodal adət hüququnun yazılı hala salınmış topluları (Almaniyada “Ayna”, Fransada “Kutyum”, İspaniyada “Fueros”, səlibçi dövlətində “Qüds assizləri” və i. a. ) səciyyəvidir ki, bunlar da bu və ya digər ölkələrin ictimai-iqtisadi inkişafında baş vermiş dəyişiklikləri əks etdirirdi. Bir qayda olaraq hakimlər tərəfindən tərtib olunmuş bu sənədlərdə az-çox iri vilayətlər çərçivəsində qüvvədə lan və torpaq üzərində feodal mülkiyyəti münasibətlərini, məhkəmə üsulunu, ayrı-ayrı silklərin qarşılıqlı münasibətlərini, feodallar sinfi daxilində vassallıq və mülkiyyət münasibətlərini, həmçinin kəndlilərlə torpaq mülkiyyətçiləri arasındakı töycü, pul münasibətlərini tənzim edən hüquq normaları rəsmiləşdirirdi. Bizansda mərkəzləşmiş dövlətin və qanunvericiliyin saxlanılması, həmçinin Roma hüququnun uzun müddət ağalıq etməsi nəticəsində hüquqşünaslar ayrı-ayrı məhkəmə hadisələrini şərh edərkən (XI əsr “Pira” toplusu və s. ), formaca mövcud hüquq toplularını rəhbər tuturdular.


Həmin dövrdə mərkəzi hakimiyyət möhkəm olan dövlətlərdə kral qanunvericiliyi (Fransada ordonanslar, İngiltərədə statutlar və ordonanslar0 inkişaf edirdi ki,bu da məhkəmə işləri sahəsinə məlum vahidlik gətirir, ticarətin və sənayenin inkişafı üçün normal şərait təmin edirdi. Bizans üzün imperator qanunvericiliyinin fasiləsiz inkişafı xarakterikdir. XVI əsrin ortalarında İngiltərədə, Fransada, İspaniya, İtaliya, Niderlandda fəhlə qanunvericiliyi deyilən qanunvericiliyin meydana gəldiyi xüsusi qeyd etmək lazımdır ki, bu qanunvericilik o zaman meydana gələn muzdlu fəhlələrinin iş gününü müəyyənləşdirir və əmək haqqını təsbit edirdi.


Bütün bu hüquq abidələri, həmçinin məhkəmə idarələrinin protokolları (qeyd kitabları), XIII əsrdən başlayaraq təsərrüfat, maliyyə və inzibati xarakterli sənədlərdlə birlikdə, mülkiyyət və ictimai münasibətlər tarixinə dair ən mühüm mənbələrə çevrilir. Onlar, həmçinin, feodal dövlətinin idarə sistemi, məhkəmə, polis və maliyyəsini təsvir edir.


X-XV ərslərin siyasi tarixi üçün ən mühüm mənbələr annallar və xronikalardır. X-XII əsrlərin feodal pərakəndəliyi Avropasında annallar ayrı-ayrı, kifayət qədər çox səlnamə yazılışı mərkəzlərində- monastırlarda və başqa kilsə müəsisələrində aparılırdı. Eyni zamanda xronikalar da meydana gəlir ki, bunlar da, annallardan fərqli olaraq, hadisələr xronoloji ardıcıllıqla əlaqəli şəkildə və bəzən çox müfəssəl, lakin haşiyələrlə, əlavələrlə, müqayisələrlə və i. a. ilə şərh olunur. Annallar şəxssiz xarakter daşıyır. Xronikalarda isə müəllifin şəxsiyyəti, onun mənafeyi, meyli, ədəbi üslubu aydın nəzərə çarpır; bu artıq müəllif əsəridir. X-XII əsrlərin, xüsusilə XIII əsrin xronikaları öz mənafe dairəsinə və siyasi meyllərinə görə annallardan daha genişdir. Xaç yürüşləri, şəhərlər və onların siyasi rolunun artması, iqtisadi, siyasi və mədəni əlaqələrin genişlənməsi- bütün bu yeni hadisələr xronikalarda əks olunmuşdur.


XIII əsrdə (Fransada və İtaliyada isə XII əsrdən ) şəhərlərin inkişafı ilə şəhər annalları meydana gəlir ki, bunlar da lap əvvəldən başqa xarakter- dünyəvi xarakter və başqa siyasi məqsədlər daşıyırdı. Bunlar üçün şəhərlərin senyorlarla uzunmüddətli mübarizəsinin nəticəsi olan antifeodal meyllər, aydın şərh, bütün məsələlərə işgüzarcasına yanaşılması xarakterikdir. Şərh annalları, çox tezliklə səlis və müfəssəl şəhər xronikalarına çevrilir ki, bunları da daha çox şəhərlərin vəzifəli şəxsləri tərtib edirdilər. Xüsusilə İtaliya və Almaniyada çox olan bu xronikalar şəhərlərin tarixi üçün başlıca qaynaqlardan biridir.


İngiltərə, Fransa, İspaniya və başqa ölkələrdə “kral xronikaları” topluları (məsələn, “Böyük fransız xronikaları” , İngiltərədə “Sent-Olban xponikaları”) meydana gəlir ki, bunlarda da bir-birini əvəz edən yaxşı məlumatları müəlliflərin qələmi ilə ölkənin, mərkəzi hakimiyyətin



  1. zaman üçün mütərəqqi olan mənafeyi baxımından, ardıcıl surətdə işıqlandırılan tarixi tarixi yaradılırdı. Mərkəzləşdirilmiş dövlətlərin bərqərara olmasının başlanğıc mərhələsini əks etdirən bu xronikalar XIV –XV əsrlərdə daha da inkişaf etdi və geniş yayıldı ki, bu da XV əsrdə bir çox ölkələrdə milli miqyaslı tarix əsərlərinin yaradılmasına gətirib çıxardı.

XIII əsr xronikalarının müəllifləri, daha erkən dövrdəkindən fərqli olaraq, ancaq sahiblər deyil, həm də dünyəvi adamlar – başlıca olaraq cəngavərlər və iri feodallar idilər. Onlar sahiblərdən – latın xronikalarının müəlliflərindən fərqli olaraq, ancaq milli dillərdə yazır və öz əsərlərini daha geniş oxucu və dinləyici dairəsi üçün nəzərdə tuturdular.


XIV – XV əsrlərdə xronikalar, bir qayda olaraq, kral məsləhətçiləri, cəngavərlər , şəhərlilər və ya öz siyasi mənafelərinə görə şəhərlilərə yaxın olan şəhər ruhaniləri tərəfindən yazılırdı. Onların diqqət mərkəzində, artıq, yerli miqyaslı deyil, milli mənafelərin və meyllərin daha aydın təzahüründə təsir göstərəm Avropa miqyaslı uzun sürən müharibələr dururdu. Bəzi istisnalar nəzərə alınmasa, xronikaların bu dövrdəki çoxlu xalq üsyanları haqqında hekayələri kəskin şəkildə xalqa düşmən ruhdadır, faktlar isə çox hallarda təhrif olunur. Daim genişlənən oxucu dairəsinin tələbini dəyişməsi xronikaların məzmununa və üslubuna da öz təsirini göstərirdi. Bu, xronikaların sayca artmasına səbəb olurdu. Lakin, tarixi mənbə kimi onların əhəmiyyəti tədricən azalırdı. Bu, qismət XIV əsrin ortalarından sənəd materialının sayca artması ilə əlaqəar idi ki, həmin material siyasi tarixin yaradılmasında əsas mənbəyə çevrilir, qismən də şəhər xronikaları və ya kral məsləhətçiləri tərəfindən tərtib olunan xronikaları istisna edilməklə, XIV – XV əsr xronikalarının siyasi tarixə dair ən mühüm mənbə əhəmiyyətini – verilən məlumatların etibarlılığını itirməsi ilə əlaqədar idi. İctimai və siyasi həyatın mürəkkəbləşməsi və bu zaman dövlətin bəzi fəaliyyət sahələrinin məxfiləşdirilməyə başlaması xronikaçıların çoxunun zəruri məlumatı vaxtında almasının çətinləşdirirdi. Bu dövrün xronikalarının böyük əksəriyyəti başlıca olaraq ictimai fikir tarixi, idealogiya, mədəniyyət və məişət, həmçinin o dövrün dil və ədəbiyyat tarixi üçün mənbə kimi böyük əhəmiyyət kəsb etməkdə idi. Bu baxımdan “cəngavərliyin tərənnümçüsü olan” Fruassarın qələminə məxsus XVI əsr Fransız xronikası daha səciyyəvi idi.


Bizansda isə xronikalar başka xarakterə məxsus idi. Burada tarixşünaslıq ənənəsinin arasıkəsilmədən davam edirdi. Müəlliflər, əvvəlki kimi yenə də antik tarixçilərin üslubunu təqlid edən hökümətə yaxın iri əyanlar və ya danışıq dilində yazan rahiblər idi. Demək olar ki, bütün Bizans sənəd materialının məhvi nəqli abidələri XI-XV əsrlərdən Bizansın siyasi tarixin





  • dair əsas mənbələrə çevirir.

XV əsrdən başlayaraq bütün ölkələrdə dövlət idarəçiliyi, diplomatiya və i. a ilə qədər sənədlərin-o qədər də çox olmayan qeyd kitablarının, haqq-hesabların, hesabatların, təlimatların sayı sürətlə artır. İndi bu sənədlər yaxşı saxlanılır və yerli idarə orqanları yığıncaqlarının protokolları, gündəlik işgüzar yazışmaların, rəhbər şəxslərin, böyük ictimai xadimlərin çoxlu məktub və təlimatlarının və i. a.-nın meydana gəlməsini zəruri edirdi. Bu mənbələrin Qərbi Avropa tarixi üçün qiyməti çox böyükdür; bunlar ən etibarlı tarixi mənbələrdir. Onlar mövcud reallığı bilavasitə və dəqiq əks etdirir, hökumət siyasətindəki bütün dəyişiklikləri təsvir edir və onun gizli hərəkərverici qüvvələrini açıb göstərir, bir çox böyük siyasi və ictimai xadimlərin fəaliyyətini təfərrüatı ilə işıqlandırır, tarixlər, adlar və ümumiyyətlə


faktik material baxımından etibarlıdır. Sənəd mənbələrində (başlıca olaraq məhkəmə protokollarında, şəhərlərin qeyd kitablarında və i.a.) XIV-XV əsrlərin sinfi mübarizə tarixinə dair çoxlu qiymətli məlumatlar vardır.

Katolik kilsəsi və papalığın tarixinə dair mənbələr xüsusi yer tutur. Onlardan başçıları papa fərmanlarıdır (XIV əsrdən etibarən, adətən, bulla adlanan “apostol fərmanları” və müxtəlif konkret hadisələrlə əlaqədar olaraq verilən kiçik fərmanlar-brevelərdir); onlar Qərbi Avropa ölkələrində papalığın siyasətini əks etdirir. Kilsə məclislərinin aktları katolik məshəbini aydınlaşdırır və kilsə müəssisələrinin həyatını işıqlandırır. Kilsə və ruhanilər əlahiddə kilsə (keşiş) hüququ əsasında yaşayırdılar ki, bu da XIII əsrin əvvəlində vahid məcəllə halına salındı. Təriqətlər tarixinə dair əsas mənbələr ilahiyyat əsərləri və inkivizisiya məhkəmələrinin protokollarıdır.


XI-XV əsrlərin mədəniyyət tarixinə dair mənbələr ehtiyatlı fövqəladə dərəcədə böyük və rəngarəngdir. Xalq mahnıları, balladalar, nağıllar da öz şəhibləri (incil mövzularında tamaşaları) və məzhəkələri ilə birlikdə şəhər teatrı da, zəngin cəngavər ədəbiyyatı:nəzm və nəsrlə yaradılmış cəngavər romanları, məhəbbət lirikası, yenidən işlənmiş qədim epik rəvayətlər də bura daxildir. XII əsrdə meydana gələn fəlsəfi, tibbi, filoloji və başqa əsərlər orta əsrlərdə elmi biliklər tarixinə dair mənbələr ola bilərlər. Memarlıq abidələri, həmçinin başlıca olaraq çoxlu əlyazmalarındakı miniatürlərdən, şüşə naxışlardan və baş kilsələrdəki heykəllərdən ibarət olan təsviri incəsənət abidələri orta əsr mədəniyyət tarixinə dair böyük material verir.


2ci fəsil



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin