Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə2/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   2   3   4   5   6   7   8   9   ...   263
Orta srlr tarixi S D Skazkin

Feodalizm quruluşunun mahiyyəti.

XVIII əsrin əvvəllərindən başlayaraq burjua tarixşünaslığı “feodalizm” terminindən geniş istifadə etsə də, bu məfhumun vahid elmi tərifini verə bilməmişdi. Burjua tarixçiləri feodalizmə daha çox onun ikinci dərəcəli, başlıca olaraq, siyasi və hüquqi əlamətlərinə görə tərif verirlər. Bir qrup siyasi pərakəndəliyi ,başqaları feodal nərdivanın ,üçüncü qrup siyasi hakimiyyətinin torpaq sahibliyi ilə birləşməsini, bəziləri isə şəxsi əlaqələrin hökmranlığı və s. onun başlıca fərqləndirici cəhəti hesab edir.


Marksist-leninçi tarix elmi feodalizmin mahiyyətini bu ikinci dərəcəli əlamətlərdə deyil, onun mahiyyətinə xas olan və cəmiyyətin məhsuldar qüvvələrinin inkişafının müəyyən mərhələsi ilə şərtlənən istehsal münasibətlərində görür. Məhz bu istehsal münasibətləri bütövlükdə feodalizm ictimai-iqtisadi formasiyası üçün xas olan siyasi və ictimai quruluşun bütün xüsusiyyətlərini müəyyən edirdi.


Feodalizm cəmiyyətinin istehsal münasibətləri üçün, hər şeydən əvvəl feodallar sinfinə məxsus iri torpaq mülkiyyətinin hökmranlığı xarakterik idi bu “orta əsr, feodal cəmiyyətinin həqiqi əsası idi”. Feodalizm quruluşunu bir tərəfdən quldarlıq, digər tərəfdən isə kapitalizmdən fərqləndirən digər mühüm xüsusiyyət iri torpaq mülkiyyətinin bilavasitə istehsalçıların-kəndlilərin xırda fərdi təsərrüfatları ilə əlaqədar olması idi. Feodallar öz torpaqlarının çox hissəsini istifadə üçün kəndlilərə paylamışdılar. Kəndlilər feodalizm cəmiyyətində heç bir zaman becərdikləri torpaqların mülkiyyətçisi olmamışlar. Onlar həmin torpaqlardan yalnız bu və digər şərtlə istifadə edirdilər. Kəndlilər bu torpaqlardan, bəzən, irsən istifadə etmək hüququna malik idilər. Həmin torpaqlarda kəndlilər öz xırda təsərrüfatlarını müstəqil idarə edirdilər. Antik dövrdəki quldan və kapitalizmdəki muzdlu fəhlədən fərqli olaraq feodalizm


cəmiyyətinin bilavasitə istehsalçısının istifadəsində əsas istehsal vasitəsi-torpaq vardı. Bundan başqa, o əmək alətləri və iş heyvanlarının mülkiyyəti idi.

V.İ.Leninin sözlərinə görə feodal istehsal münasibətlərinin mahiyyəti bundan ibarət idi ki, “torpaq, iri torpaq sahibləri, mülkədarlar arasında bölünmüşdü, mülkədarlar kəndlilərə bu torpaqdan ona görə verdilər ki, onları istismar etsinlər, belə ki, torpaq natural əmək haqqı kimi bir şey idi: kəndlinin mülkədardan ötrü izafi məhsul istehsal edə bilməsi üçün torpaq kəndliyə lazımi məhsul verirdi...


Bu mülkiyyət münasibətləri qeyri-iqtisadi məcburiyyətin-kəndlilərin istismar olunması üçün zorakılıq tətbiq olunmasının meydana gəlməsini zəruri edirdi ”əgər mülkədar kəndlinin şəxsiyyətinə bilavasitə hakim olmasaydı, pay torpağı almış və öz təsərrüfatı olan bir adamı o özü üçün işləməyə məcbur edə bilməzdi”. Feodalizmdə qeyri-iqtisadi məcburiyyətin formaları və dərəcəsi olduqca müxtəlif idi: təhkimçilik ya asılılığın nisbətən az şiddətli olan formaları , son orta əsrlərdə kəndlilərin silki cəhətdən qeyri-bərabər hüquqi vəziyyəti.


Feodal istehsal üsulunun yuxarıda sadalanan xarakterik cəhətləri feodalizm formasiyası ictimai quruluşun, siyasi, hüquqi və ideoloji üstqurumunun bir çox özünəməxsus xüsusiyyətlərini doğururdu. Hüquq sahəsində feodal torpaq mülkiyyətinin şərti xarakteri və bununla əlaqədar olaraq torpaq üzərində mülkiyyət hüququnun bir neçə feodal arasında bölünməsi onların sırasına daxildir. Feodal torpaq mülkiyyətinin inkişaf etmiş forması olan “feod” (lat.-feodum) –“feodalizm” termini bu sözdən əmələ gəlmişdir-hakim sinfin nümayəndəsinə məxsus irsi torpaq mülkiyyəti idi. Bu torpaq əvəzində o özündən yuxarıda duran feodalın (senyorun) xeyrinə hökmən hərbi xidmət göstərməli və bəzi başqa təəhhüddürlər yerinə yetirilməli idi .Sonuncu, bəzən də ondan yuxarı duran feodallar (senyorlar) hüquqi cəhətdən də həmin feodun mülkiyyətçisi hesab olunurdular. Feodalizm cəmiyyətində torpaq üzərində mülkiyyət hüququnun belə bölüşdürülməsi nəticəsində o, onunla birlikdə isə feodallar sinfi iyerarxiya quruluşuna malik olurdu. Bu da hakim sinif içərisində şəxsi vassalıq-len münasibətlərinin xeyli rol oynamasını müəyyən edirdi. Lakin bu əlaqələr özlüyündə müstəqil amil deyil, hakim sinif içərisində torpaq mülkiyyətinin bölüşdürülməsinin özünəməxsusluğundan törəmə idi. Onu bütün dərəcədən olan nümayəndələrinin torpaq və vassalıq əlaqələri ilə birləşdirən feodal iyerarxiyası kəndlilərin istismar olunmasının təşkili və onların müqavimətinin qırılması da mühüm rol oynayırdı.


Torpaq üzərində mülkiyyət hüququndan məhrum olan kəndlilər istismar olunan barışma sinif kimi torpaq mülkiyyətçisi olan feodallara qarşı dururdular. Kəndlilər, bir qayda olaraq feodal malikanəsi (senyoriya,manor) çərçivəsində istismar olurdular. Feodal mülkiyyətinin iqtisadi və ictimai məqsədi daha tam şəkildə votçina daxilində həyata keçirirdi. Malikanə feodal rentası almaq üçün daha münasib təşkilat idi. Feodal torpaq lentası asılı kəndlinin izafi əməyini və ya izafi məhsulunun torpaq sahibi tərəfindən mənimsənilən hissəsi idi. Beləliklə feodal rentası feodalın üzərində mülkiyyətinin həyata keçirilməsinin iqtisadi forması idi. Bunu həyata keçirtmək vasitəsi isə qeyri-iqtisadi məcburiyyət idi ki ,bu da özünü həmçinin şəxsi münasibətlərdə-kəndlinin feodaldan bu və ya digər dərəcədə asılılığında göstərirdi. Lakin qeyri-iqtisadi məcburiyyət və onun doğurduğu şəxsi əlaqələr renta mənbəyi deyil, kəndlidən rentanı almaq vasitəsi olub, cəmiyyətdə hökmranlıq edən mülkiyyət münasibətləri tərəfindən müəyyən olunurdu. Feodal rentasının üç forması vardı: işləyib ödəmə rentası (biyar), məhsul rentası (natura töycüsü),pul rentası (pul töycüsü). Feodalizmin ayrı-ayrı inkişaf mərhələlərində renta növlərindən biri üstünlük təşkil edirdi.


Erkən orta əsrlərdə, feodalların öz malikanələrində şəxsi təsərrüfatlarını idarə etdikləri zaman işləyib ödəmə rentası və onunla əlaqədar olan biyar təsərrüfat sistemi və ya məhsul rentası üstünlük təşkil edirdi. Feodalizmin ikinci dövründə Qərbi və Mərkəzi Avropa ölkələrinin çoxunda işləyib ödəmə və məhsul lentası ilə bərabər pul rentası da böyük əhəmiyyət kəsb etməyə başlayır ki, bu da həmin dövrdə əmtəə-pul münasibətlərinin xeyli genişlənməsi və şəhərlərin sənətkarlıq və ticarət mərkəzi kimi inkişaf etməsi ilə əlaqəli idi. Geniş miqyasda məhsul rentası, xüsusən pul rentası alınması biyar təsərrüfatı sistemini kökündən sarsıdırdı. Onu başqa bir sistem əvəz edirdi. Yeni sistemdə feodal, özünün xüsusi təsərrüfatını, demək olar ki, tamamilə dayandırır, torpaqlarını istifadə üçün kəndlilərə paylayır və onlardan alınan məhsul və ya pul töycüsü hesabına yaşayırdı. Bu kəndli təsərrüfatının iqtisadi müstəqilliyinin artmasına, kəndlinin torpağa sahib olmaq hüququnun möhkəmlənməsinə və bunun nəticəsi olaraq kənddə məhsuldar qüvvələrin daha da inkişafına gətirib çıxardı.

Son orta əsrlərdə ,feodalizm cəmiyyətində kapitalist münasibətlərinin meydana gəldiyi bir zamanda Qərbi Avropa ölkələrinin çoxunda hələ pul rentası hökmranlıq edir. Bununla birlikdə həmin dövrdə onun dağılması başlanır; feodal pul rentası ilə yanaşı tədriclə kapitalist torpaq lentası yayılır.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin