Orta əsrlər tarixi və müasir dövr.
Orta əsrlər bizim günlərdən cəmiyyətin inkişafının çoxlu yüzillikləri və bir sıra inqilablar ayırır.Güman oluna bilər ki,müasir dünyada orta əsrlər tarixi ancaq sırf akademik maraq doğurur . Lakin yaşadığımız günlərdə də feodalizm dövrünün öyrənilməsinin böyük nəzəri və əməli əhəmiyyəti vardır . Demək olar ki,bütün xalqların keçib gəldiyi bizdən uzaq bu çoxəsrlik dövrün tarixini bilmədən, insanın insanı istismarına əsaslanan formasiyaların yaranması,inkişafı və dağılmasının ümumi qanunauyğunluqlarını və yer üzərində ən ədalətli ictimai quruluşun –kommunizmin bərqərar olunmasının labüdlüyünü dərk etmək olmaz.
Bundan heç də az əhəmiyyətə malik olmayan belə bir cəhət də ən ədalətli ictimai quruluşun –kommunizmin bərqərar ol-kökləri kapitalizm cəmiyyətinin əsas sinifləri burjuaziya və proletariyatın təşəkkülə başladığı ,müasir Avropa xalqları və dövlətlərinin çoxunun yarandığı uzaq keçmişə-orta əsrlərə gedib çıxır. Həmin xalqların milli mədəniyyətinin və milli xarakterinin meydana gəlməsi, kapitalizm dövründə artıq qəti olaraq formalaşmış millətlərin təşəkkülə başlaması indi gözlərimiz qarşısında dağılan müstəmləkəçiliyin ilk addımları o dövrə aiddir. Xalqaların inqilabi ənənələri,onların ill zülmə və kilsənin mənəvi diktaturasına qarşı mübarizə təcrübəsi öz başlanğıcını orta əsrlərin kütləvi kəndli və şəhər hərəkatlarından,ilk burjua inqilablarından götürür.Bütün bu ictimai və siyasi münasibətlərin tarixən məs necə əmələ gəldiyini bilmədən,bu və ya digər ölkənin bugünkü və gələcək inkişaf perspektivlərini dərindən başa düşmək olmaz.
Feodalizmin təbiətinin və bu formasiyanın ümumi inkişaf qanunauyğunluqlarını bilmədən,məsələn,feodalizm qalıqlarının hələ də qüvvətli oluğunu İspaniya, Portuqaliya, İtaliya, bir sıraAsiya ölkələri-Pakistan, Hindistan, İran,Türkiyə, Suriya, İraq, Afrika və Latın Amerikasının bir çox ölkələrinin müasir vəziyyətə gələcəyinə elmi mövqedən nəzər salmaq olmaz.
Orta əsrlərin başlıca qalıqlarından biri katolik kilsəsidir. Feodalizm əsası üzərində inkişaf etmiş və bundan sonra kapitalist münasibətlərinə uyğunlaşmış bu din indiyədək xalq kütlələrinin şüurunu itaətkarlıq və mutilik ideyası ilə zəhərləyir, onları inqilabi mübarizədən yayındırır və bütün qüvvələrini kapitalizm quruluşunun qorunmasına cərf edir. Katolok kilsəsinin nüfuzuna qarşı mübarizə etmək üçün bu dinin keçmişini bilmək lazımdır. Orta əsrlər tarixini bilmək hər cür dini ideologiya ilə mübarizə aparmaq üçün də zəruridir.
Orta əsrlər tarixini öyrənməyin aktuallığını bir də bu göstərir ki, onun əsas problemləri əsasında indiyədək marksist tarixçilərlə imperializmin ideoloqları kimi çıxış edən burjua tarixçiləri arasında kəskin ideoloji mübarizə gedir. Müasir mürtəce burjua tarixşünaslığı orta əsrlər tarixini hər cür yolla təhrif edərək torpaq ürəzində xüsusi mülkiyyətin əzəliliyini sübut etməyə cəhd göstərir, bəşəriyyət tarixində icma münasibətlərinin mövcud olduğunu inkar edir, insanın insanı istismar etməsini sarsılmaz “təbiət qanunu” səviyyəsinə qaldırır, Feodalizm dövründə sinfi mübarizənin olduğunu inkar edir. Bir çox burjua tarixçiləri kapitalizmin əzəli və
əbədi olması tezisini müdafiə edir, kilsəni orta əsrlərdə mədəniyyətin yeganə və həqiqi daşıyıcısı kimi qələmə verir. Feodalizm cəmiyyətinin konkret tarixini və əsas inkişaf qanunauyğunluqlarını dərindən bilmələri marksist tarixçilərə orta əsrlər tarixini təhrif edən bu cür görüşlərə qarşı inandırıcı elmi əsaslar verir.
Sovet orta əsr tarixşünaslığı meydana gəldiyi vaxtdan - Böyük Oktyabr sosialist inqilabının qələbəsindən etibarən mürtəce burjua tarixşünaslığı ilə kəskin prinsipial mübarizə onun birinci dərəcəli mühüm vəzifəsidir. Ümumdünya tarix prosesinin marksizm – leninizm banilərinin əsərlərində kəşf olunmuş materialistcəsinə izahına əsaslanan, onu ictimai həyat hadisələrinin, xüsusən bütün ölkələrin xalqlarının kapitalizm quruluşuna qarşı azadlıq mübarizəsinin, SSRİ-də və xarici sosialist ölkələrində sosializm və kommunizm quruculuğu təcrübəsinin elmi təhlili əsasında daim zənginləşdirən sovet tarixçiləri orta əsrlər tarixinin bir çox əsas məsələlərinə yeni yolla yanaşa bildilər. Onlar orta əsrlər tarixini feodalizm ictimai iqtisadi formasiyasının hökmranlığı dövrü kimi qiymətləndirərək, həmişə orta əsrlərin iqtisadi və ictimai həyatına, o cümlədən feodalizm cəmiiyətinin bilavasitə istehsalçılarının kəndlilərin və sənətkarların tarixinə xüsusi maraq gətirirlər. Burja alimlərindən fərqli olaraq, Sovet Orta əsr tarixçiləri ictimai və iqtisadi münasibətlərdə tarixi inkişaf prosesini çoxlu amillərindən birini deyil, onun müəəyən edici əsasını görürlər. Onlar bu dövrün sinfi mübarizə tarixinə xüsusi diqqət yetirir, hər bir mərhələdə onun konkret səbələrini və təzahür formalarını, həmçinin onun feodalizm cəmiyyəti həyatının müxtəlif sahələrinə göstərdiyi təsiri araşdırmağa çalışırlar. Sovet marksist-tarixçiləri orta əsr dövləti və hüququnu, mədəniyyəti və ideologiyasını öyrənməklə məşğul olarkən öz vəzifələrini ancaq bu üst qurum hadisələrinin özünəməxsus xüsusiyyətlərini aydınlaşdırmaqda və səciyyələndirməkdə deyil, həmçinin onların feodalizm cəmiyyətinin bazisi və onun təkamülü ilə çox vaxt son dərəcə mürəkkəb və vəsitəli əlaqəsini müəyyən etməkdə görürlər.
Sovet ortaəsrşünasları tədqiqat metodu baxımından, tarixi mənbələrə başqacür yanaşmaları ilə burjua tarixçilərindən fərqlənirlər. Onlar qanunvericilik abidələrinin, sənədlərinin hüquq örtüyü arxasında, həmçinin nəqli mənbələrdə dərin ictimai prosesləri aşkara çıxarmağa çalışırlar . Hər bir mənbəyə sükunət haqqında deyil, müəyyən tarixi perspektivdə baxırlar. Bu, mənbənin təhlili zamanı, təkcə feodalizmin göstərilən mərhələsində hökmranlıq edən münasibətləri deyil, həmçinin keçmişin qalıqlarını və yeni doğulmaqda olan meyləri aşkara çıxarmaq imkanı verir. Sovet ortaəsrşünaslara statistika metodundan geniş faydalanarkən bunu özlərinin yeganə məqsədi hesab etmir və kəmiyyət təhlildən istifadə edərkən tətqiq olunan hadisələrə, hər şeydən əvvəl keyfiyyət baxımından qiymət verirlər. Mənbələrin terminalogiyasına tarixi baxımdan yanaşarkən onlar feodalizm cəmiyyətinin ictimai və siyasi təsisatları təkamülünün inikasını elə həmin terminlərin real məzmununu dəyişməsində görürlər. Sovet tarixçi ortaəsrşünasların əsaslandırdıqları tarixin marksist-leninçi metodologiyası və yeni metodik üsullar onlara onlara orta əsrlər tarixinin bir çox problərinin tətqiq olunması işinə mühüm və faydalı imkanı vermişdir. Feodalizmin mənşəyi tarixinə orta əsrlər tarixinin ikinci dövründə müxtəlif ölkələrin aqrar təkamülü məsələlərinə, orta əsr şəhəri və onun kəndlə qarşılıqlı əlaqələri tarixinə, Avropada kapitalizmin mənşəyi problemlərinə ayrı-ayrı inkişaf mərhələlərində feodal dövlətinin tarixinə, bu dövrdə özünü bütün təzahür formalarında sinfi və idea mübarizəsi tarixinə dair bir sıra qiymətli tədqiqatlar yaradılmışdır.
Sovet ortaşünaslığının çoxlu tədqiqatları Qərbi, Mərkəzi Avropa və Bizansın Orta əsrlər tarixinin bir hissəsini marksist-leninçi konsepsiyasının yaradılması üçün konkret tarix bünövrəsi oldu ki, bu konsepsiya da həmin dərsliyin əsasını təşkil edir.
Orta əsrlər Tarixinə dair mənbələr (V-XV əsrlər)
Dostları ilə paylaş: |