Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Feodal istehsal üsulunun bəşəriyyət tarixində yeri



Yüklə 3,06 Mb.
səhifə3/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   2   3   4   5   6   7   8   9   ...   263
Orta srlr tarixi S D Skazkin

Feodal istehsal üsulunun bəşəriyyət tarixində yeri.

Bəzi xalqlar feodalizmə quldarlıq quruluşundan, başqaları isə birbaşa ibtidai icma quruluşundan keçmişlər. Hər iki halda yeni formasiyaya keçid ümumdünya tarixinin inkişafında mühüm mütərəqqi fakt idi. Feodalizm quruluşunun quldarlıqla müqayisədə mütərəqqiliyi, hər şeydən əvvəl bunda idi ki, feodalizmdə xırda kəndli istehsalı möhkəmləndi. Bu da məhsuldar qüvvələrin o zaman ki inkişaf səviyyəsində və meydana gəlmiş feodal istehsal münasibətləri şəraitində əkinçiliyin yeganə sərfəli forması idi.


Hər cür istehsal vasitəsindən məhrum olan və əməyin nəticəsində marağı olmayan antik quldan fərqli olaraq feodalizmdəki kəndli öz təsərrüfatının müstəqil sahibi kimi əməyinin məhsuldarlığını artırmaq üçün yollar axtarır. Feodalizmə keçid zamanı qeyri-iqtisadi məcburiyyət formaları da yüngülləşdi: Avropa ölkələrində kəndlilərin hələ erkən orta əsrlərdə geniş yayılmış ən ağır şəxsi asılılıq formaları da köləliyə nisbətən xeyli yüngül idi. Bu da çox torpaq və məhkəmə asılılığına aiddir ki, bu asılılıq formaları da artıq, orta əsrlərin ikinci dövrünün sonunda Qərbi Avropa ölkələrinin çoxunda üstünlük təşkil etdi. Bu zaman kəndlilərin əsas kütləsi şəxsən azad idi. Quldarlıq quruluşu ilə müqayisədə feodalizmdə acılılığın belə yüngülləşmiş formaları F.Engelsin qeyd etdiyi kimi, kəndlilərə bir sinif kimi azad olmaqdan ötrü vasitə idi ki, bu da qullar üçün əlçatmaz idi.


İbtidai icma quruluşundan da feodalizmə keçid tarixən mütərəqqi idi. Məhsuldar qüvvələrin daha da inkişafı zəminində baş verən bu keçid fərdi istehsalın genişlənməsini, icma quruluşunun onun üzərinə qoyduğu məhdudiyyətin aradan qaldırılmasını və ya yüngülləşdirilməsini tələb edirdi. Bu keçid dövründə əmək məhsuldarlığının son dərəcə aşağı olduğu şəraitdə xırda təsərrüfatın (parsella tipli təsərrüfatın) inkişafı labüd olaraq torpaq üzərində xüsusi mülkiyyətin yaranmasına ictimai əmək bölgüsü isə siniflərin və istismarın meydana gəlməsinə gətirib çıxarsa da, hər halda, feodalizm quruluşu ibtidai icma cəmiyyətinə nisbətən fərdi istehsalın daha da möhkəmlənməsi və xırda kəndli təsərrüfatı məhsuldarlığının artması üçün böyük imkanlar açırdı.


Məhz buna görə də, kəndlilərin qəddarcasına istismar olmasına, qismən bu istismar, qismən də istehsalın xırda xarakterə malik olması nəticəsində texnikanın aşağı və köhnəlmiş vəziyyətdə olmasına baxmayaraq, feodalizm cəmiyyətdə məhsuldar qüvvələr inkişaf edirdi. Kənd təsərrüfatında mütərəqqi inkişaf sahəsi, birinci növbədə kəndli təsərrüfatları idi. Bu təsərrüfatlarda kəndlilər biyara nisbətən daha intensiv və məhsuldar işləyirdilər. Artıq erkən orta əsrlərdə biyar sistemi çərçivəsində kənd təsərrüfatında əmək məhsuldarlığının artması sənətkarlığın əkinçilikdən ayrılması və əmtəə təsərrüfatının inkişafı üçün zəmin yaratdı. Bu zəmin üzərində orta əsrlərin ikinci dövründə sənətkarlıq və ticarət mərkəzləri olan orta əsr şəhərləri inkişaf etdilər. Orta əsr şəhərləri feodalizm cəmiyyətində məhsuldar qüvvələrin inkişafını xeyli sürətləndirdi və çox sahədə feodalizm cəmiyyətinin simasını dəyişdi. Son orta əsrlərdə məhsuldar qüvvələrin ləng, lakin arasıkəsilmədən inkişafı əsasında feodalizm quruluşunun içərilərində yeni kapitalist münasibətləri formalaşmağa başladı.

Hər bir sinifli cəmiyyətdə olduğu kimi, feodalizmdə də bu cəmiyyətin inkişafının bütün mərhələlərində kəndlilərin feodallara qarşı inadlı, gündəlik sinfi mübarizəsi getmişdir. Bu mübarizə orta əsrlərin ikinci və üçüncü dövrlərində tez-tez kütləvi kəndli üsyanları formasını alırdı. Həmin üsyanlar ,adətən, məğlubiyyətə uğrasalar da feodal istismarının müəyyən qədər zəifləməsinə ,təbii ki,məhsuldar qüvvələrin də daha da inkişafına az təsir göstərmirdilər.Orta əsrlərin ikinci dövründə şəhərlilər feodal ağalarla (senyorlarla) inadlı mübarizə aparırdılar. Şəhərlərin özləri də tez-tez sex sənətkarı kütləsinin şəhər patrisiləri ilə ,sonralar isə şəhər yoxsullarının (plebeylərinin) ticarət və sex oliqarxiyasına qarşı amansız ictimai mübarizəsi meydanına çevrilirdilər.Son orta əsrlərdə kütləvi antifeodal kəndli və plebey üsyanları,artıq,erkən burjua inqilablarının tərkib hissəsi olub feodalizm quruluşunun devrilməsində həlledici rol oynayırdılar.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin