Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


K.Marks və Engels feodalizmin mənşəyi problemini haqqında



Yüklə 3,06 Mb.
səhifə14/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   10   11   12   13   14   15   16   17   ...   263
Orta srlr tarixi S D Skazkin

K.Marks və Engels feodalizmin mənşəyi problemini haqqında.

K.Marks və Engels feodalizmin mənşəyi probleminin həllinə materialist mövqelərdən yanaşaraq bu prosesi quldarlıq ictimai iqtisadi formasiyadan feodalizmə kecid kimi qiymətləndirirdilər.Buna görə də onlar üçün roma və ya qədim alman hüququ və təsisatlarının inkişafı deuil hemin dövrdə baş vermiş iqtisadi və ictimai dəyişiklər problemin mərkəzində durmuşdu.Marks və Engels sonralar isə Lenin feodalizm formasiyasinin mənşəyini hər şeydən əvvəl yeni feodal istehsal münasibətlərinin və ona müvafiq barışmaz siniflərin əmələ gəlməsi prosesi kimi qiymətləndirirlir.Onlar Roma və qədim alman cımiyyətində məhsuldar qüvvələrin inkişafı və istehsal münasibətləri arasında kı ziddiyətləri quldarlıq forasiyasının feodalizmlə əvəz olunmasında başlıca zəmin hesab edirlər.Engelsin fikirincə bu əvəzolunma dərin lakin uzunsürən ictimai çevriliş nəticəsində baş vermişdir.Engels bu çevrilişin başlanğıcını qədim alman basqınları ilə əlaqələndirir.O göstərdi ki bu basqınlar Qərbi Avropada quldarlıq quruluşunun əsaslarını dağıtdığı və burada müvəqqəti olaraq azad icma üzvlərinin əlindən çıxıb iri torpaq sahiblərinin əlinə keçməsində görürdü ki bunun da nəticəsində feodal istehsal üsulu votçina quruluşu və kənlilərin asılı hala düşməsi qəti olaraq təşəkkül etdi və qalib gəldi.Engels qədim alman və roma probleminə özlüyündə həlledici və müstəqil əhəmiyyət verməyərək gələcək feodalizm quruluşu ünsürlərini meydana gəlməsini həm son həm də qədim alman cəmiyyətlərində inların sonrakı qarşılıqlı təsirini isə frank dövlətində izləyirdi.O bu dövlətdə feodalizmin meydana gəlməsi prosesini qarşılıqlı təsiri kimi deyil,əsas etibarı ilə həm son Roma,həm də barbar cəmiyyətində feodalizm istiqamətində inkişaf etməkdə olan iqtisadi və ictimai münasibətlərin qarşılıqlı təsiri kimi başa düşürdü.




XIX əsrin ikinci yarısının burjua tarixşünaslığında feodalizmin mənşəyi problemi.

Feodalizm anlayışının dərinləşməsi ilə əlaqədar olaraq XIX əsrin ikinci yarsında germanizm ,romanizm və qarşılıqlı təsir nəzəriyyələri iqtisadi və ictimai məzmunla getdikcə daha çox dolğunlaşmağa başladı.Əvvəlki kimi yenə də Almaniyada və İngiltərədə hökmranlıq edən germanizm nəzəriyyəsi əvvəlcə G.Maurein yaratdığı ,50-ci və 70-ci illərdə qərbi avropada geniş yayılmış burjua icma nəzəriyyəsi sonralar isə klassik votcina nəzəriyyəsi tərəfindən daha dərindən əsaslandırıldı.G.Maurerinin özü Bays azad ictimai xüsusi mülkiyyətdən əvvəlki dövrdə olan əski qədim alman torpaq mülkiyyəti formasını,həmçinin qədim alman özünüidarəsinin əsasını görürdülər.Bu tarixçilər öz tədqiqatları ilə inandırıcı şəkildə sübut etdilər ki bütün qədim alman xalqlarında feodalizmin mənşəyi prosesində azad kəndlilərin üstünlük təşkil etdiyi hələ sinfi barışmazlığın olduğunu bilməyən azad icma aqrar qruluşdan iri feodal malikanəsinin hokmranlıq etdiyi asılı kəndlilər də təhkimli icmaların üstün olduğuqruluşa keçid həlledici rol oynamışdır.


Bütün bu tarixçilər nəzəriyyədə təkamülçü olsalar da təcrübədə Avropa xalqlarının feodalizmə keçid mərhələsində dərin aqrar və ictimai çevrilişin mövcud olduğunu qəbul etməyə məcbur idilər.


Almaniya və İngiltərədə həmcinin germanizm mövqelərində dayanan və qədim almanları icma quruluşunun qədimliyini qəbul edən klassik votçina nəzəriyyəsinin tərəfdarları da bu görüşləri əsasən qəbul edillər.Həmin alimlər icma nəzəriyyəsinin tərəfdarlarından başlıca olaraq bununla fərqlənirdilər ki onlar feodalizmin mənşəyində əsas diqqəti icmanın dağılmasına deyil,feodal mülkunun yaranmasına verirdilər.

Fransız və rus ortaəsrşünaslığında üstünlük təşkil edən feodalizmin qarşılıqlı qovuşma mənşəli olması görüşü də XIX əsrin ikinci yarsında ictimai-iqtisadi cəhətdən daha dərindən izah olundu.Onun tərəfdarları icma və klassik votçina nəzəriyyəsinin yeni nəticələrinə əsaslanaraq qədim alman istilalarının mühüm rol oynadığını qəbul edir. Və göstərirdilər ki qədim almanlar özləri ilə Qərbi Avropaya azad icma gətirdilər.onların gəlişi ilə azad kəndlilər dirçəldi.


Sonuncular ancaq VII-IX əsrlərin aqrar çevrilişinin gedişində feodallaşma və votçina quruluşunun inkişafı nəticəsində aradan qalxdılar.


XIX əsrin son qərinəsində rus ortaəsrşünasları Qərbi Avropada müxtəlif xalqların və vilayətlərində feodalizin mənşəyinin bir-birindən fərqlənməsi haqqında nəzəriyyəni inkişaf etdirdilər.Kovalevski Vinaqradov öz əsərlərində göstərirdilər ki,feodalizmin qarşılıqlı təsir rolu ilə inkişafı ancaq Qərbi Avropanın kontinent hissəsindəki ölkələr xüsusilə Frank dövləti və İtaliya üçün səciyyəvidir.İngiltərədə isə feodallaşma prosesi son Roma imperiyası aqrar qruluşunun əhəmiyyətli bir təsiri olmadan azad anql-saks icmasın daxili səbəblər nəticəsində dağılması əsasında getmişdir.


Sonralar D.M.Petruşevski qeyd etdi ki, feodalizmin qarşılıqlı qovuşma yolu ilə inkişafının özü də Şimali Qalliya, Vestqoq krallığı və İtaliyada ciddi fərqlərə malik olmuşdur.


Feodalizmin Fransada qarşılıqlı qovuşma mənşəyinə malik olması görüşü mövqelərində duran burjua alimləri içərisində J.Flak da vardı. Iakin o, bu prosesi aqrar çevrilişlə kəndlilərin torpaq üzərindəki mülkiyyətlərini itirmələri və votçina quruluşunun inkişafı ilə əlaqələndirmirdi. Onun fikrincə bu hadisələr feodallaşma prosesini ancaq müşaiyət etmiş yaxud şəxsi əlaqələrdən törəmişdir və ciddi əhəmiyyətə malik olmamışdır.


70ci illərin ortalarında fransız tarixçisi Fustel de Kulanj Fransada feodalizmin mənşəyi haqqında bu zaman üçün demək olar yaddan çıxmış olan Romanizm görüşünü yenidən dirçəltdi. O bu görüşü icma nəzəriyyəsinə qarşı qoymağa cəhd göstərdi. Fustel de Kulanj icma nəzəriyyəsinin timsalında antik dövrdən orta əsrlərə keçidin ictimai çevriliş yolu ilə baş verməsi haqqında görüşdə onun nifrət etdiyi sosialist idealları xeyrinə bir əsas görürdü. Çünki o hər cür inqilabın habelə millətçilikdə və şovinizmdə ittiham etdiyi alman tarixçilərinin germanizm nəzəriyyəsinin əleyhdarı idi.


Lakin Fustel de Kulanjın yaratdığı görüş də həm sinfi həm də milli baxımdan irəlicədən düşünülmüş olduğu üçün bundan heç də geri qalmırdı. İcma nəzəriyyəsinin tamamilə rədd edən Futsel de Kulanj klassik votçina nəzəriyyəsindən də uzaqlaşmışdı. O təsdiq edirdi ki, bütün xalqlarda torpaq mülkiyyətinin ən qədim forçası icma deyil votçina olmuşdur. O, qədim alman istilalaları və antik dövrdən orta əsrlərə keçid zamanı Roma aqrar quruluşu əsaslarının dağıdılması faktını inkar edir, son Roma təsisatlarını və hər şeydən əvvəl Roma quldar villasını feodal aqrar və ictimai quruluşunun yeganə mənbəyi hesab edirdi: onun fikrincə villadan lənk təkamül yolu ilə ondan azacıq fərqlənən orta əsr feodal votçinası əmələ gəlmişdir.


Fustel de Kulanjın fikrincə qədim almanların ictimai quruluşu feodallaşma prosesinə təkcə istilaların özü baş vermədiyinə görə deyil, həm də son Roma imperiyası dövründəki quruluşdan heçnə ilə fərqlənmədiyinə görə heç bir təsir göstərməmişdi. Çünki bu quruluş da xüsusi torpaq mülkiyyətinə hamiçilik əlamətlərinə müxtəlif cür asılılıq münasibətlərinə əsaslanırdı. Nəticədə adı çəkilən görüşə görə feodal münasibətlərinin yaranması nə aqrar nə də ictimai çevrilişlə müşaiyət olunmurdu. 80 ci illərin əvvəlində ingilis burjua ortaəsrşünası F.Sibom da İngiltərə ilə əlaqədar olaraq buna yaxın nəzəriyyə irəli sürdü. Faktların əksinə olaraq o İngiltərədə o cümlədən də aqrar münasibətlərdə güclü Roma ənənələrinin mövcud olduğunu israr edirdi: təsdiq edirdiki anql sakslarda hələ kontinentdə yaşadıqları zaman sonra isə İngiltərədə lap qədimdən son Roma dövründəki kimi votçina quruluşu və təhkimli icma hökmranlıq etmişdir.Fustel de Kulanj kimi Sibom da İngiltərənin feodallaşmasının dinc şəraitdə getdiyini təkamül səciyyəsi daşıdığını Qədim Roma vilları və anql saks manorlarının tədricilə və az nəzərə çarpacaq dərəcədə dəyişib orta əsr votçinasına çevrilməsi yolu ilə getdiyini xüsusi qeyd edirdi.

90-cı illərdə feodalizmin mənşəyi haqqında buna bənzər, lakin qədim əsaslarına dayanan bir görüşü də “Strasburq məktəbi” deyilən məktəbin nümayəndələri olan alman orta əsrşünasları, başlıca olaraq, V.Vittix və F. Qutman inkişaf etdirdilər. onlar göstərdilər ki, qədim almanlarda torpaq üzərində votçina mülkiyyəti və asılı adamların istismarı lap əvvəldən olmuşdur. Onların fikrincə, qədim almanlarda əvvəlcə xırda votçinalar mövcud olmuşdur ki, onların da sahibləri (əvvəl hesab edildiyi kimi azad kəndlilər deyil) qədim alman icmasını təşkil edirdilər.


Bu alimlər müvafiq olaraq, həmçinin “barbar” cəmiyyətindən feodalizmə keçiddə hər hansı aqrar və ictimai çevrilişi inkar edirdilər. Onlar feodalizmin mənşəyi prosesini votçina sisteminin yenidən qrulması – xırda votçinanın hökmranlığından iri votçinanın hökmranlığına keçid kimi izah edirdilər.


Qədim almanlarda votçina qruluşunun “əzəldən mövcud olması” haqqında nəzərdən keçirilən bütün nəzəriyyələr istər “romantizm” variantında olsun, istərsə də “germanizm” variantında, təkcə icma nəzəriyyəsinə və klassik votçina nəzəriyyəsinə qarşı deyil, həm də ilk növbədə həmin problemin makrist izahına yönəlmişdi.


Antimarkist meyl özünü “tənqidi” istiqamət ortaəsrşünaslarında daha aydın göstərirdi. Onlar feodallaşma prosesinin əsasında duran iqtisadi və ictimai dəyişiklər haqqında məsələni ümumiyyətlə gündəlikdən çıxardılar. Həmin tarixçilər bu prosesdə həll edici rolu dövlət siyasətinə aid edir, və göstərirdilər ki, dövlət ali hakimiyyəti tədriclə öz hərbi xitmətlərinin, vəzifəli şəxslərin, kilsə müəssisələrinin xeyrinə özgəninləşdirmişdir. Hakimiyyətə malik olan şəxsləe bu cür siyasi vastilərin köməyi ilə öz hakimiyyəti altında olan torpaqları qəsb etmək və ya onların hesabına əvvəldən öz əllərində olan torpaq mülklərini genişləndirmək imkanı əldə edirdilər. Məsələn, K.fon Belov kəndlilərin votçina istismarını,yalnız senyorun siyasi,o cümlədən məhkəmə hüquqlarının nəticəsi hesab edirdi; H.Zeliger orta əsrlər dövrü kəndlilərinin şəxsi aslılığının səbəbini elə bu hüquqlarla izah edirdi. Rus alimi D.M. Petruşevski feodalizmi övlətin törəməsi kimi qiymətləndirirdi. Onun fikrincə dövlət bu “bərabər tabeliyi olan əzabkeş silklər” sistemini öz ehtiyaclarını ödəmək üçün yaratmışdı.


“Tənqidi” istiqamət tarixçiləri feodalizmin formalaşması prosesini bir “idarə sistemi” kimi cəmiyyətin iqtisadi təkamülundən nəinki tamamil əayırır, hətta bu təkamülün özünü də heçə endirməyə çalışırdılar. Konkret olaraq onlar feodalizmin mənşəyi haqqında həm marka nəzəriyyəsini, həm də klassik votçina nəzəriyyəsini rədd edirdilər.Bu ozünü A.Dopşun əsərlərində xüsusilə aydın göstərdi.Çox şeydə Fustel də Kulaanjı təkrar edən A.Dopş qədim almanlarda (və başqa xalqlarda) icma quruluşunun cəmiyyətin müəyyən inkişaf mərhələsində bir normal münasibət forması kimi mövcud olduğunu inkar edirdi; keltlərdə və romalılarda olduğu kimi qədim almanlarda da torpaq üzərində xüsusi mülkiyyətin və feodal mülkünün lap əzəldən mövcud olduğunu qəbul edirdi. A.Dopş təsdiq edirdi ki, votçinanın xırda azad kəndliləri və onların torpaq mülkiyyətini aradan qaldırması, kəndlilərin votçinanın hakimiyyətindən azad olması prosesi kimi, həmişə davam etmişdir və hər hansı bir müəyyən tarixi dövürlə, o cümlədən erkən orta əsrlər dövrü ilə əlaqədar ictimai çevriliş baş verdiyini, habelə vıı-ıx əsrlərin aqrar çevrilişini qətiyyətlə inkar edirdi. Antik dövrdən orta əsrlərə keçidlə əlaqədar «sıçrayış» («sezura») nəzəriyyələrini əksinə olaraq A.Dopş bu dövürdə Roma və qədim alman ənənələrinin (onun təsəvvürünə görə demək olar , bir bərabərdə ) fasiləsiz inkişafı («kontinuntet»), nəzəriyyəsini əsaslandırmağa cəhd göstərdi. Bununla onun görüşündə qədim alman ̶Roma problemi özünün əvvəlki əhəmiyyətini itirmiş oldu.

  1. əsrin birinci yarısı burjua tarixçilərinin izahına görə feodalizmin mənşəyi problemi.

XX əsrin əvvəllərindən «kontinuntet» (fasiləsiz inkişaf ̶J.M.) nəzəriyyəsinin burjua ortaəsrşünaslığına təsiri getdikcə daha da artmağa başladı. A.Direnn kimi əleyhdarı da bu nəzəriyyənin müəyyən təsirindən yaxa qurtara bilmədi. 20-ci illərdə o, Qərbi Avropada feodalizmin mənşəyi haqqında yeni görüş irəli sürdü.Bu görüşə görə v-vı əsrlərin qədim alman basqınları Roma qaydaları və təsisatlarının aramsız inkişafının pozmadı ; belə ki, guya bu müdaxilələr Aralıq dənizi hövzəsində, təbii ki, kontinentin içərisində də qaynar





ticarət

əlaqəlarinə

toxunmadı. Bununla belə Pirenn,

hər

halda,

bu aramsız

inkişafın

vııı

əsr ərəb istilalarının gedişində pozulduğunu qəbul etməyə məcbur oldu;

o

belə hesab

edirdi

ki, bu istilalar natural təsərrufatın, nəticədə

isə

votçina

quruluşu



feodalizmin

hökmüranlığına

gətirib çıxardı. A.Dopşdan

fərqli

olaraq

A.Pirenn feodalizmin

mənşəyini

cəmiyyətdə baş

verən

iqtisadi dəyişikliklərlə

, o cümlədən

ticarətin




səviyyəsi

ilə

əlaqəlandirdi.Lakin

o da,

həmçinin siyasi

amili

̶ işğalları

bu dəyişikliklərin

ilk mənbəyi

hesab

edirdi.30-cu

illərin

sonu

̶ 40-cı illərin əvvəllarində

M.Blokun irəli




sürdüyü görüş

Qərbi

Avropada

feodalizmin

mənşəyi

haqqında

Dopşun izahından

daha

dərindən

fərqlənirdi. O,feodalizmin mənşəyi probleminə, onun üzvi ünsürü kimi iqtisadi prosesləri, birinci növbədə icmanın və votçinanın təkamülünü də daxil edirdi.A.Dopşun əksinə olaraq M.Blok votçinaya nisbətən icmanı ilkin ictimai hadisə hesab edir və onu inkişafın müəyyən mərhələsində bütün Avropa xalqlarına ̶keltlərə,romalilara, sonradan isə Qalliyalı ­romalılara və qədim almanlara xas olduğunu göstərirdi.


Votçinanı (cenyoriyanı) isə o,bütün xalqlarda, sonralar icmada nisbətən varlı və nüfuzlu adamların fərqlənməsi nəticəsində meydana gələn ikinci-törəmə kimi qiymətləndirirdi.


Bu adamlar­başçılar, ağsaqqallar,kahinlər tədrislə icma torpaqlarına sərancam vermək hüququnu mənimsəmiş,siravi icma üzvlərini özlərinə tabe etmiş, onları öz xeyirlərinə bu və ya digər mükəllafiyyətlər yerinə yetirməyə məcbur etmişlər.


M.Blok belə hesab edirdi ki,qədim alman istilalarına qədər Roma imperiyası tərkibinə daxil olan ölkələrdə (xüsusilə Frank dövlətində)feodal votçinaları (senyorlar) iki əsasdan yaranmışdı: xeyli hissəsi Qaliya ̶Roma iri torpaq sahibliyi komplekslərindən ( villalardan,latifundiyalardan);qismən də hələ azada olan kənd icmalarının daxilində gedən təbəqələşmə hesabına və ya onların təkcə Roma deyil,habelə qədim alman mənşəlli iri torpaq sahiblərinin hakimiyyətinə tabe edilməsi nəticəsində yaranırdı.

Roma ağalığını görməmiş və ya Roma təsirinə az məruz qalmış ölkələrdə isə icmanın dağılması və ya onun icma üzvləri içərisindən daha iri mülkiyyətçi tərəfindən aslı hala salınması nəticəsində votçinaların formalaşması yolu müəyyən edici olmuşdur.Belə vilayətlərdə azad icma nisbətən uzun müddət davam etdiyinə və feodallaşma prosesinə müqavimət göstərdiyinə görə, bu prosesin gedişində yaranmağda olan iri torpaq sahibləri siniflinin və dövlətin açıq və gizli zorakılığı böyük rol oynamışdır.Romalaşmış vilayətlərdə isə bu proses daha kortəbii və daxili səbəblər nəticəsində baş vermişdir.


M.Blokun xidməti bundann ibarətdir ki,o icma quruluşundan votçina quruluşuna keçidi yenidən feodallaşma prosesinin mərkəzinə qoydu və azad kəndlilərin və azad icmanın senyor zülmünə tabe olmasından zorakılığın nəzərə çarpan rolunu xüsusi qeyd etdi.Lakin o, bütövlükdə «fasiləsiz inkişaf» («kontinuntet») nəzəriyyəsi mövqelərində durur (bir qrup ölkələrdə Roma və qədim alman,digəotrində xalis qədim alman )və erkən orta əsr votçinanı keyfiyyətcə yeni ̶ törəmə hesab etmirdi.O, votçinada Roma və hətta kelt aqrar münasibətlərinin birbaşa davamını görür, onun kelt və son Roma dövründə Qalliya iri torpaq sahibliyi təşkilatı ilə oxşarlığını xüsusi qeyd edirdi.

Feodalizmin mənşəyində votçina quruluşunun inkişafının mühüm rol oynadığını qeyd edərkən M.Blok , yenə də siyasi amili (mərkəzi hakimmiyətin tənəzzülünü,


zorakılığını,hökmüranlığını,norman,macar,ərəb basqınlarını) feodalizmin mənşəyində başlıca ilkin şərt hesab edirdi. Azad kədlilərin votçinaya tabe edilməsində əsas silahı isə o, torpağa görə asılılığın deyil, şəxsi asılılğın bərqara olmasında görürdü. Onun fikrincə kəndlilərin şəxsi asılılığa düşməsi onların sonralar torpağa olan mülkiyyətlərinin də itirmələrini qabaqcadan müəyyən edirdi.


Muasir burjua ortaəsrşünaslığında feodalizmin mənşəyi problemi.





  1. əsrin 40-cı illərinin sonlarından burjua ortaəsrşünaslığında iki daha iri və nüfuzlu istiqamət fərqlənməyə başlayır.Bunlardan biri «tənqidi» istiqamətin , o cümlədən

A.Dopş ideyalarının inkişafını davam etdiri. İkincisi isə öz başlanğıcını M.Bolkdan götürür,onun görüşünü dəqiqləşdirir və az-maz dəyişdirir.


“Tənqidi” istiqamətin ardıcılları içərisində, xüsusilə İngiltərə və ABŞ-da (F.Stenton,R.Kulborn,K.V.Hollister,R.S. Hoyt və b.) üstünlük təşkil edən baxışlara görə Qərbi Avropada feodallaşma prosesinin başlıca mənbəyi dövlətin hərbi qüvvələrin yenidən təşkilinə olan ehtiyacı və bu ehtiyaca uyğun olan siyasət idi.Bəzi müəlliflər vııı ̶ıx əsrlərdə hərbi texnikada baş vermiş dəyişiklikləri ̶saxlanılması böyük vəsait tələb edən ağır silahlanmış süvari döyüşçünün ön plana çəkilməsini feodallaşma prosesinin başlıca təkanı hesab edirlər.Bu ona (ağır silahlı süvari döyüşüyətərc.) torpaq payı və işci qüvvəsi


verilməsinin zəruri etdi və son nəticədə vassal-torpaq sisteminin yaranmasına gətirib çıxardı.
“Tənqidi” istiqamətin nüfuzlu qruplarından biri A.Dopşun müasir ardıcıllarıdır.Ən məşhur Qərbi Almaniya ortaəsrşünaslarının bir çoxu :F.Lutke , O.Brunner, H.Mittays, K.Bosl, H.Dannenbauer, T.Mayer onların sırasındadır.Onlar Dopşa istinad etməkdən çəkinsələrdə, onun əsas müdəəalarını: feodalizmin mənşəyinin icmanın təkamülü və votçinanın yaranmasından ayrılması,votçina qruluşuna nisbətən icma qruluşuna birinciliyinin inkarı ,qədim almanlarda votçinanın lap əzəldən mövcud olmasının təsdiq olunması,beləliklə,votçina qururluşunun bir yeni hadisə kimi erkən orta əsrlərdə yaranması tezisinin inkar edilməsi müddəalarını bu və ya digər dərəcədə qəbul edirlər. Bu alimlər (onları “neokermanistlər” adlandırmağ olar) Reynarxası Almaniya, qismən də Frank dövlətinin şimal-şərq hissələri ilə əlaqədar olaraq qədim olman fasiləsiz inkişafı “kontinuntet”i görüşünü müdafiə edirlər; onlar təsdiq edirlər ki, bu vilayətlərdə erkən orta əsr votçinası,guya qədim alman əyanlarında ən qədim zamanlardan mövcud olan votçinanın birbaşa davamı idi və onlardan heç nə ilə fərqlənmirdi.

Bu qrupdan olan tarixçilər Dopşu təshih edərək erkən orta əsirlərdə azad icmanın ̶ markanın mövcud olduğunu etiraf etməyə məcburdurlar.Lakin onlar bunun icma mülkiyyətinin kollektiv torpaq mülkiyyətinin uzun sürən təkamülün məhsulu deyil,sonradan, vııı-ıx əsrlərdə meydana gəlmiş törəmə ̶azad kədli mülkiyyətçilərin birliyi hesab edirlər ki, bunun da yeganə vəzifəsi guya almendadan istifadə tənzim etməkimiş. T.Mayer (və onun məktəbi) ,ümumiyyətlə,nəinki azad icmanı,həm də erkən orta əsrlərin azad kəndlilərinin qədim alman və barbar cəmiyyətlərində heç bir kökü olmayan yeni,törəmə hesab edir. Onun “kral azadlığı” nəzəriyyəsinə görə bu ictimai qurumları, azad kəndlilərdən əyanlara qarşı istifadə etməyə cəhd göstərən kral hakimiyyəti süni surətdə yaratmışdı.Əyanların qüvvətlənməsi və kral hakimiyyətinin tənızzülü ilə ıx-x əsrlərdə azad kəndlilər aradan qalxaraq asılı vəziyyətə düşdülər.Bu nəzəriyyə erkən feodal dövlətinin siniflər xaricində durduğunu, ictimai bərabərsizliyi cəmiyyətin həyatından yox etməyin mümkün olmadığını; orta əsr cəmiyyətində “azadlıq” anlayışının nisbiliyini təsdiq edir.


Fransada, öz mənşəyini M.Blokdan götürən “Annallar” məktəbi (Ş.Perenn, R.Butryuş, J.Dubi və b.), həmçinin başqa ölkələrdə bu məktəbə yaxın alimlər (İngiltərədə M.Postan və onun şagirdləri, Avstriyada Dollinker, İtaliya, Belçika və Hollandiyada bir sıra alimlər) müasir dopşçulardan fərqli olaraq, feodalizmin meydana gəlməsində senyorlaşma prosesinin mühüm rol oynadığını,həmçinin, hələ votçinaya tabe edilənə qədər icmanın ən qədim zamanlardan mövcud olduğunu və əhəmiyyətli rolunu qəbul edirlər.Onlar icma ilə müqayisədə votçinanın törəmə xarakterə malik olduğunu qeyd etməklə yanaşı, M.Blokun görüşünün zəif tərəflərinə də tərəfdar çıxır və çox vaxt bunları

gücləndirirlər.Məsələn,J.Dubi ümumiyyətlə, feodallaşma prosesinin, o cümlədən senyorlaşmanın siyasi başlanğıca malik olduğunu qeyd etməklə,bu prosesdə torpaq mülkiyyətinin kəndlilərin əlindən senyorların əlinə keçməsini müəyyənedici rol oynadığını qəbul etmir. O, torpaq mülkiyyətinin kəndlilərin əlindən senyorların əlinə keçməsini törəmə hal ̶ “şəxsi əlaqələr”in bərqərar olmasının nəticəsi hesab edir və bu əlaqələri həmin prosesdə birinci plana çəkir.


“Klassik votçina nəzəriyyəsi”nin tərəfdarları müasir burjua ortaəsrşunaslığında müstəsnalıq təşkil edir. Qərbi Almaniya alimi A.Berkenqruen onların sırasındadır. O, xeyli dəlilə əsaslanaraq Qalliyaya köçməzdən əvvəl Franklarda votçina quruluşunun olduğunu inkar edir və göstərir ki, vıı əsrin sonunadək onlarda torpaq sahibliyində, torpaqdan istifadədə icma forması üstünlük təşkil etmişdir.Onun fırank istilalarından sonra da Qalliya

– Roma əhalisinin üstünlük təşkil etdiyi Qalliyada, v-vı əsrlərdə iri torpaq sahibliyinin


əvvəldən qalma olub arası kəsilmədən inkişaf etdiyini tamamilə rədd etmək üçün göstərdiyi cəhdlər daha az əsasa malikdir.Bununla əlaqədar olaraq onun vıı əsrin sonunadək Qalliyada heç bir dünyəvi votçinpa olmadığını iddia edən nəticəsi şübhə doğurur.


Müasir burjua ortaəsrşunaslığında feodalizmin mənşəyi probleminin izahı nə qədər müxtəlif olsa da onun üçün bəzi ümumi meyllər səciyyəvidir ki, bunlarda da antimarksist yön özünü aydın büruzə verir.Müasir burju ortaəsrşünaslığında ,sözsüz,”fasiləsiz inkişaf” (“kontinuntet”) nəzəriyyələri üstünlük təşkil edir ki, bu nəzəriyyələr də antik dövrdən orta əsrlərə keçiddə və feodalizmin mənşəyi prosesində qədim alman basqınları və onların ictimai nəticələrinin həlledici rolunu inkar edirlər;feodal münasibətlərinin əmələ gəlməsini qədim alman və ya Roma təsərrufat sistemləri və hüquq prinsiplərinin tədrislə inkişafı ilə,ya da ki, elə bu cür, tədrislə hər ikincisinin qarşılıqlı qovuşması ilə əlaqələndirirlər.”Germanistlər”lə “Romanistlər” arasındakı mübahisələr, artıq əvvəlki əhəmiyyəti itirmişdir.İndi onların hər ikisi antik dövrdən orta əsrlərə keçid zamanı heç bir inqilabi sıçrayış ,”sezura” olmadığını sübut etmək üçün ümumi cəhd göstərirlər.

İlkin siyasi əsasları və feodallaşma prosesində, o cümlədən votçina quruluşunun yaranması və kəndlilərin asılı hala düşməsində dövlətin həlledici rolunu xüsusi qeyd etmək meyli də elə bu cür ümumidir.Nəhayət,demək olar, bütün məktəbləri və istiqamətləri,”müdafiə və himayəçilik” şəxsi əlaqələrn, o cümlədən kəndli-senyor əlaqələrini də, onların əsasında duran mülkiyyət münasibətlərindən ayıran zəhlətökən meyl birləşdirir.


Müasir burjua ortaəsrşunaslarının çoxu azad icma üzvlərinin özgə torpağında yaşayan asılı torpaq istifadəçilərinə çevrilməsində başlıca vasitəni, onların torpağa olan hüquqlarını itirmələrində deyil,məhz bu şəxsi əlaqələrdə görürlər.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin