Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Qərbi Avropada feodalizm quruluşunun meydana gəlməsi



Yüklə 3,06 Mb.
səhifə16/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   12   13   14   15   16   17   18   19   ...   263
Orta srlr tarixi S D Skazkin

Qərbi Avropada feodalizm quruluşunun meydana gəlməsi.


Roma imperiasında quldarlıq quruluşunun böhranı və feodal münasibətləri


ünsürlərinin yaranması.

Roma impriyası IV əsrin sonuna yaxın tərkibinə Avropanın xeyli hissəsi (demək olar ki, bütün Qərbi Avropa, Dunayın sağ sahil vilayətləri, Balkan yarımadası, Aralıq dənizindəki adalar), Şimali Afrika və Misir, habelə Asiyanın bir çox ölkələri və vilayətləri (Kiçik Asiya, Qara dəziniz şərq sahilləri, Mesopotomiyanın bir hissəsi, Suriya, Fələstin) daxil olan geniş ərazili dövlət idi.




Roma imperiyasının zəifləməsi. Quldarlıq quruluşunun böhranı.

IV-VI əsrlərdə Roma imperiyası dərin tənəzzül vəziyyətində idi. Başlıca təsərrüfat sahəsi - əkinçilik durğunluq keçirir və bir çox cəhətdən zəifləyirdi: əkinçiliyin səviyyəsi aşağı düşmüş, əvvəllər becərilən torpaqların bir hissəsi boş qalmışdı. Bazar üçün məhsul istehsal edən təsərrüfatların sayı azalmışdı. Sahəsindən bazarla az edən təsərrüfatların sayı azalmışdı. Bazarla az əlaqəsi olan və maldarlıq üçün istifadə olunan iri mülklərin sayı isə artmışdı. İri torpaq sahibləri öz təsərrüfatlarının təbəqələrini öz vəsaitləri hesabına ödəməyə çalışırdılar. Kolonlar



  • iri malikanələrdə xırda torpaq icarəçiləri - töycünü məhsulla ödəməli idilər. Dövlət nəinki

əhalidən vergilərin məhsulla alınmasına keçmişdi, eyni zamanda məmurlara və orduya məvacibi məhsulla verirdi. Ticarət məhdudlaşmışdı. Sənətkarlıq tənəzzül etmişdi. Çenki sənətkarlıq malları kifayət qədər satılmırdı. Şəhərlər əvvəlki əhəmiyyətini itirmişdi. İctimai həyatın ağırlıq mərkəzi şəhərdən kəndə köçmüşdü. Əyalətlər arasında heç zaman kifayət qədər olmamış iqtisadi əlaqələr daha da zəifləməkdə idi. Roma imperiyasında ticarət və əmtəə-pul münasibətləri azalması getdikcə daha artıq nəzərə çarpırdı.


İqtisadiyyatın, imperiyanın xüsusilə qərb əyalətlərində nəzərə çarpan tədricən tənəzzülü, Roma imperiyasında quldarlıqistehsal üsulunun hələ eramızın II əsrinin sonunda başlamış böhranı ilə bağlı idi.Böhran quldarlıq cəmiyyətinin daxili ziddiyyətləri nəticəsində baş vermişdi: qul əməyinə və quldarlıq münsbibətlərinə əsaslanan istehsalın inkişaf imkanları getdikcə daha artıq tükənməkdə idi. Quldarlıq məhsuldar qüvvələrinin bundan sonrakı inkişafı yolunda əngələ çevrilmişdi.


Qulların öz əməklərinin nəticəsi ilə maraqlanmamaları az-çox ciddi texniki tərəqqiyə əngəl çevrilmişdi. Bütün imperiya dövrü üçün səciyyəvi olan iri torpaq sahibliyinin inkişafı onsuz da az məhsuldar olan qul əməyinin tənəzzülünə gətirib çıxardı. Belə ki, iri malikanələrdə qullara nəzarət zəiflədi, həmçinin işçi qüvvəsinin təkrar istehsalı da pozulmuşdu. Daxili bazarın xaricdən başlıca olaraq, qəsbkarlıq və əsarət altına salınan ölkələrin əhalisini köləyə çevirmək yolu ilə fasiləsiz olaraq qulla təmin olunması quldarlıq təsərrüfat sisteminin normal yaşaması şərti idi. Lakin bu yalnız Roma imperiyasının onu əhatə edən xalqlar üzərində hərbi üstünlüyünün davam etdiyi zaman mümkün idi.


Amma qul əməyinə əsaslanan iri torpaq sahibliyinin inkişafı, Roma ordusunun əsas heyətini - azad kəndlilərin müflisləşməsinə gətirib çıxardığı üçün Roma dövlətinin hərbi qüdrətini sarsıtdı. Bununla ucuz qul mənbəyi də aradan qalxdı. Nəticədə qulların əməyinə


əsaslanan təsərrüfat səmərəsiz oldu ki, bu da bilavasitə istehsalçıların istismar olunması üsullarının dəyişdirilməsini tələb edirdi. Qulları torpaqlara köçürməyə başlayır, torpaq sahələri və zəruri avadanlıq verirdilər ki, bunun müqabilində onlar alınan məhsulun bir qismini ağalarına verməli və ya da onların torpaqlarında işləməli idilər.

Torpaqlara köçürülmüş qullar ikili vəziyyətdə idilər. bir tərəfdən onlar gələcək orta əsr təhkimli kəndliləri kimi müstəqil təsərrüfatçılıqla məşğul idilər; onların şəxsi istifadələrində avadanlıqları, mal-qarası, müəyyən əmlakı (pekuliləri) vardı. Bu qulda əməyə müəyyən maraq yaradır və onun təsərrüfatının məhsuldarlığını müəyyən qədər artırırdı. Digər tərəfdən qulların özləri və onların əmlakı ağaya məxsus idi; buna görə də qulların vəziyyəti möhkəm deyildi.


Azadlığı buraxılan qulların da sayı artdı ki, bunun özü də həmçinin quldarlıq təsərrüfat sisteminin dağılması ifadəsi idi. Son imperiya dövründə qulların azadlığa buraxılması təcrübəsi xeyli genişləndi. Dövlət də qulların azad olunmasına şərait yaratmağa başlamışdı. Azadlığa buraxılan qullar dini artıq imperatora, iri torpaq sahiblərinə, kilsələrə məxsus mülklərdə torpaq icarəçilərinə çevrilmişdilər. Azadlığa buraxılmış qullar çox halda "himayə" altına ("patronat"), yəni ölkələrin əvvəlki ağalarından müəyyən asılılıqda qalırdılar. Qulların azadlığa buraxilması da həmçinin onların əməyinin məhsuldarlığını artırmaq üçün göstərilən cəhdlərdən biri idi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin