Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Son imperiyada xristian kilsəsinin rolu. Monastrlar



Yüklə 3,06 Mb.
səhifə19/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   15   16   17   18   19   20   21   22   ...   263
Orta srlr tarixi S D Skazkin

Son imperiyada xristian kilsəsinin rolu. Monastrlar.

Roma imperiyasında xristian kilsəsinin təkamülü də quldarlıq cəmiyyətinin böhranı ilə əlaqədardır. Xristianlıq istismar olunan və zülm edilən kütlələrin dini kimi meydana gəlmiş, lakin heç zaman mövcud ictimai qaydalara qarşı çıxış etməmişdi. O, bu dünyada mütilik və başı aşağılıq təbliğ edirdi. IV əsrə qədər xristianlıq artıq ciddi dəyişikliyə məruz qalmış, hakim sinfin dininə çevrilmişdi. Xristian icmalarında rəhbər rol, tədriclə böyük bir hissəsi varlı adamlardan olan yepiskopların əlinə keçdi. Ruhanilər iyerarxiya təşkilatına malik oldular və dünyəvi adamlardan əlahiddələşdilər.


Xristian ruhanilərinin kütlələrə müraciətlə söylədikləri vədlərdə varlıların hakimiyyətinə boyun əymək çağırışları, dövlət hakimiyyətinin ilahi mənşəyə malik olması ideyası ön plana keçdi.


Roma hakim dairələri, bir-birilə əlaqəsi olmayan bütpərəst ayinlərinə nisbətən xristian kilsəsinin özünün qüvvətli vahid təşkilatı ilə daha qüvvətli ideoloji təsir vasitəsi olduğunu yəqin edib xristianlığı müdafiə etməyə başladılar. Artıq IV əsrin əvvəlində xristianlıq bir din kimi bütpərəst ayinləri ilə bərabər hüquqlu hesab edildi (313-cü il Milan fərmanı). 325-ci ildə Nikeyada (Kiçik Asiya) çağırılmış birinci ümumdünya kilsə məclisində (ali ruhanilərin nümayəndələrinin qurultayında) və 381-ci ildə ikinci (Konstantinopol) ümumdünya kilsə məclisində başlıca olaraq, "etiqad rəmzi" - xristian kilsəsinin əsas ehkamlarının qısa şərhi işlənib hazırlandı.


Bu "etiqad rəmzi"nə Allahın "üçlük vəhdəti" olması ehkamı daxil oldu: kilsə təliminə görə Allah birdir, eyni zamanda üç simadan ibarətdir. "Ata - Allah", "oğul - Allah", "müqəddəs ruh





  • Allah". "Etiqad rəmzi"nə İnsanın zühuru (Xrist.) haqqında ehkam və s. da daxil oldu. Kilsə felən imperatoru öz başçısı hesab edirdi.

Çox keçmədən xristianlıq imperiyada hakim din oldu. Kilsə həmçinin böyük maddi qüvvəyə də çevrildi. Xüsusi adamların və imperatorların bəxşişləri onun əmlakının, xüsusilə


qullar, kolonlar, prekariçilərin becərdikləri torpaq mülklərinin artmasına kömək etdi. Yepiskoplar şəhərlərin idarə olunmasında mühüm rol oynamağa başladılar, ruhanilər üzərində, bəzi hallarda isə həm də dünyəvi adamlar üzərində məhkəmə hüququ əldə etdilər.

Roma yepiskopu bütün ali xristian ruhaniləri içərisində birincilik uğrunda mübarizəyə başladı. O, IV əsrin sonu - V əsrin əvvəlində özünə "papa" (yunanca pappas - "ata" başqa sözlə kilsə başçısı) adlanmaq kimi müstəsna hüquq verdi və tədriclə qərbin bütün başqa yepiskopları üzərində hakimiyyət əldə etdi. Xristian kilsəsi katolik (ümumdünya deməkdir) kilsəsi adlanmağa başladı. Onun başçısı - papa özünü apostol Pyotrun varisi, sonralar isə yerdə "İnsanın canışını" elan etdi.


Monastrlar xristian kilsəsindı mühüm əhəmiyyət kəsb etdilər. Rahiblik ilk əvvəl tərki-dünyalıq forması, ictimai zülmdən, "bu dünya"nın əbazəəziyyətlərindən azad olmaq arzusunda olan adamların cəmiyyətdən uzaqlaşması forması kimi meydana gəlmişdi. İlk monastrlar hələ IV əsrdə şərqdə yaranmışdı. V-VI əsrlərdə rahiblik qərbdə də yayıldı. Əvvəllər rahib məkskənləri demokratik xarakter daşıyırdı. Rahiblər fiziki əməklə məşğul olur, tərki-dünya həyat tərzi keçirirdilər. Xalq içərisində nüfuzları da az deyildi. Lakin monastrlar tədriclə öz torpaq mülklərini genişləndirməyə və öz torpaqlarını becərmək üçün qulların və kolonların əməyindən istifadə edən iri torpaq sahiblərinə çevrilməyə başladılar. Yepiskopların nəzarətinə tabe edilən monastrlar rəsmi xristian kilsəsinin tərkib hissəsi oldular və onun xalq kütlələrinə təsirinin göstərilməsinə kömək göstərdilər. Lakin kəskin ictimai ziddiyyətlər möhkəm kilsə birliyinə mane olurdu.


İstismar olunan kütlələrin hakim sinfə və dövlətə qarşı mübarizəsi öz ifadəsini dini təriqətlərdə tanıdı. Yepiskoplar və başqa əyanlarının soborları və ya sinodları (yığıncaqları) tərəfindən işlənib hazırlandıqdan sonra müəyyən olunmuş kilsə ehkamlarını qəbul etməyənlərin hamsı təriqətçi (yəni dönük, kafir - tərc.) adlandırılırdı. IV əsrin əvvəlində İsgəndəriyyədə, sonra isə imperiyanın başqa şəhərlərində ariçilik (öz banisinin - isgəndəriyyəli keşiş Arinin adı ilə) adını almış təriqətçi dini təlim yayıldı. Ari Allahın üçlük vəhdətdə olması haqqında rəsmi ehkama qarşı çıxış edirdi. O, sübut edirdi ki, guya özündə eyni zamanda ilahi və insan təbiətinin birliklə cəmləşdirən "oğul - Allah", yəni xristian kilsəsinin əfsanəvi banisi İisus Xristos "ata - Allaha" bərabər deyil. Çünki o, "ata - Allah"dan törəmişdir və buna görə də ondan aşağı tutulmalıdır. Ariçilik özünün yaranma dövründə bəzi şəhərlərin, xüsusən İsgəndəriyyənin, plebey ünsürləri tərəfindən müdafiə olundu.


Nikeya kilsə məclisi ariçiliyi bir təriqət kimi pislədi. Rəsmi tanınmış kilsə təlimi yeganə düzgün - ortodoksal ("pravoslav") təlim elan olundu. Sonralar ariçilik müəyyən dövr üçün Şərqi Roma imperiyasında hakim din oldu və barbarlar arasında yayıldı. Lakin pravoslavlıq 381-ci ildə imperiyada qəti olaraq ariçiliyə qalib gəldi.





  1. əsrdə şərq əyalətlərində "monofizitlik" (yunanca "monos" - bir, vahid; "fizis" - təbiət) - Allahın "bir təbiətli" ("vahid təbiətli") olması haqqında təlim yayıldı. İsa üçün ilahi və insan təbiətinin daimi vəhdətdə xas olmasını iddia edən pravoslav cərəyandan fərqli olaraq, monofizitlər İsanın ancaq ilahi başlanğıca malik olduğunu qəbul edirdilər. Əhalinin aşağı təbəqələri ilə sıx bağlı olan, xüsusən Misir rahiblərinin fəal müdafiə etdiyi monofizitlər 449-cu ildə Efes kilsə məclisində qələbə çaldılar. Lakin 451-ci ildə Xalkedon kilsə məclisində onlar bir

təriqətçi kimi pisləndilər. Lakin monofizitlər Misir, Suriya və Ermənistanda öz nüfuzlarını saxladılar.

Roma Afrikasında IV-V əsrlərdə hakim kilsəyə qarşı donatçılar (yepiskop donatın tərəfdarları) mübarizə apartırdılar. Onlar "kilsənin təmizliyi"ni tələb edir və "ikinci dəfə xaç suyuna salmanın" zəruriliyini təşkil edirdilər. Donatçılar "təmizlənməmiş" kilsədə həyata keçirilmiş "birinci xaç suyuna salma" mərasimini etibarsız hesab edirdilər. Bu hərəkatda içərisində mərkəzdən ayrılma əhvali-ruhiyyəsi yayılmış iri torpaq sahiblərindən başlamış istismar olunan kütlələrə - qullar, kolonlara qədər müxtəlif ictimai ünsürlər iştirak edirdilər. Qullar, kolonlar üçün hakim kilsəyə qarşı müxalifət onların quldar dövlətinə düşmənçiliyinin ifadəsi idi. Bu hərəkatda ən qəti tələbləri aqonistiklər (yunanca "mübarizə aparan" deməkdir) məzhəbindən olanlar irəli sürürdülər. Onlar ictimai zülmə qarşı çıxış edirdilər. Hökümət donatçılar tərəfindən iştirak etməyə görə ciddi cəzalar müəyyənləşdirirdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin