İxtisas: Tarix və Coğrafiya müəllimliyi Qrup: 2001b müəllim: Elbrus Əhmədov, Asiman Paşayeva Tələbə: Ləman Əmirbəkova



Yüklə 0,5 Mb.
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#49652
Dəniz sahillərinin təsərrüfat əhəmiyyəti




Azərbaycan Dövlət Pedaqoji universiteti (Quba filialı)

Fakültə: Pedaqoji

İxtisas: Tarix və Coğrafiya müəllimliyi

Qrup:2001B

Müəllim: Elbrus Əhmədov, Asiman Paşayeva

Tələbə: Ləman Əmirbəkova

Fənn: İqtisadi və sosial coğrafiyanın əsasları

Kurs: 2

Tədris ili: 2021-2022

Mövzu: Dəniz sahillərinin təsərrüfat əhəmiyyəti.

Dəniz sahillərinin təsərrüfat əhəmiyyəti



Sahil su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti . Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar su­larda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b. prinsiplər əsasında aparılır.



Sahillərin dəniz yaxud göl ləpədöyməsi dağılması, yuyulması abraziya adlanır. Əgər abraziyaya yüksək sahil məruz qalırsa, onda iki əsas sahil profili elementi- klif və benç yaranır.

Klif qaya süxurlarının sahil uçurumuna deyilir. Dalğalar yüksək sahilləri dəniz səviyyəsində yuyub oyur. Burda dalğa-ləpədöymə taxçasi (və ya oyuğu) əmələ gəlır. Qaya süxurlarında klifin hündürlüyü çox böyük ola bilər.Şərqi Kamçatkada və Oxot dənizi sahilboyunda klif 700 m-ə çatır. Əğər klif xeyli qalın çökmə qatlardan əmələ gəlirsə, o, çox halda sürşmələrlə və uçqunlarla mürəkkəbləşir. Dəniz səviyyəsinin alçalmadığı şəraitdə, uçqun sayəsində əsas sahil tədricən ləpədöymə xəttindən quruya doğru geriyə çəkilir. Sahili təşkil edən süxurlar yekcins olmadıqda dəniz dalğqası sahili adda-budda dağıdır. Ən davamlı süxurlar dənizdə qayalar, dirəklər formasında qalır. Onlar kekurlar adlanır. Xeyli zəif süxur sahillərində mənfi formalar — ovuqlar, taxçalar, kahalar yaranır. Əgər dalğa yümşaq çöküntülərdən təşkil olunmuş alçaq sahili dağıdırsa, klif əvəzinə sahil enişi əmələ gəlir.



Benç — dalğa taxçasından aşağıda olan zəif meyilli səthə deyilir. Benç də klif kimi, yalnız qaya süxurlarında deyil, dənəvər olmayan çökmə süxurlarda da yaranır. Bençin eni 5 km-ə ola bilir: 40 m-ə qədər gedir.

Çimərlik — benç üzərində olan məhsulların arası kəsilmədən sürtülüb xırdalanması və çınqıl, quma çevrilməsi nəticəsində əmələ gəlir.

Bəzən çimərlik balıqqulağından ibarət olur. Çimərlik suyun ən alçaq səviyyəsi ilə ən yüksək səviyyəsi arasında yerləşir. Bu, qabarma və çəkilmə səviyyələri ola bilər, qabarma olmayan dənizlərdə və göllərdə isə sakit havadakı səviyyə və fırtına dalğası səviyyəsi ola bilər. Çımərlik dəniz səviyyəsi altına keçir və tədricən sualtı yığıntıya çevrilir.

Sahilyanı sahə — dənizin yığıntı hüdudundaki hissəsinə deyilir. Bunu bəzən litoral da adlandırırlar.

Sahilboyu — dənizə toxunmayan,yəni klifdən kənarda qalan quru sahəsidir.

Beləliklə, qurudan dənizə keçiddə üç paralel zolaq ayrılır:

sahilboyu zolaq.

sahil zolağı.

sahilyanı zolaq.

Dayaz dənizlərdə sahildən uzaqda və okean dayazlıqlarında bankalar, sədlər , və tirələr əmələ gəlir. Banka əydəmli və çox böyük sahəli dayazlıqıdır. Məsələn: Şimal dənizində Dogger-Bank, Atlantik okeanında Nyufaundlend bankəsi.

Morfoloji cəhətdən say (bar) daha kəskin ifadə olunmuşdur. Sahil sayı sahildən müəyyən qədər aralı və sahil boyunca uzanmış ensiz yığıntı zolağıdır. Dənizin sayla ayrılmış hissəsi laquna adlanır. Sayın eni, adətən, 100–200 m-ə yaxındır.Uzunluğu yüz kilometrlərlədir. Meksika körfəzinin qərb sahilboyunca uzanan sayın uzunluğu 800 km-dir.

Dillər və oxlar ensiz qum zolaqlarıdır. Onlar Kalininqrad və Qdansk yanında (Baltik dənizində) və Azov dənizində ( Arbat oxu) yaxşı inkişaf etmişdir.

Sahillərin böyük praktiki əhəmiyyəti olduğuna görə onların təsnifatı çoxdan yaradılmışdır və daim təkminləşdirilir. Parçalanma dərəcəsinə görə bütün sahillər buxtalı sahillərə və düz sahillərə bölünür. Buxtalı sahillərin konfiqurasiyası mürəkkəb, düz sahillərinki isə nisbətən sadədir.

Rias sahilləri.Sahil xəttinin ümumi istiqamətinə perpendikulyar çay dərələri ilə parçalanmış uca massivlər yaxud dağ massivləri su altından qalan zaman yaranır. Riaslar (körfəzlər) çay dərələrinin su basmış dərin mənsəbləri olub dənizə doğru genişlənmiş qıfa bənzəyir. Rias tipli sahillər sıra dağlardan sahilə düz bucaq altında yanaşdığı yerlərdə: Priney dağlarının qərb qurtaracağında, Şərqi Çin dənizində, Yaponiyanın bəzi rayonlarda yayılmışdır.



Sıra dağları sahilə paralel uzanan dağlıq ölkəni dəniz basan yerdə bu tip sahillər formalaşır. Bu ad Adriatik dənizi sahil boyunda Dalmasiya vilayətinin adından götürülüb. Ensiz uzun körfəzlər və boğazlar, onların arasında isə adalar və yarımadalar dəniz sahilinin ümumi istiqaməti boyunca uzanır.



Fiord sahilləri. Materik buzlaşması təsirinə məruz qalmış dağlıq ölkələrdə əmələ gəlir.(norveç.fyord və ya fiord-körfəz). Fiordlar yüksək və dik dağ sahilləri olan ensiz , çox dərin və uzun körfəzlərdir. Fiordlar həmişə qruplarla yerləşir və bu tip sahillər böyük məsafədə uzanır. Onların yerləşməsində də müəyyən qanunauyğunluq nəzərə çarpır. Fordlu sahillər mütləq 50° şm. e-dən şimalda, Çilidə isə 40 °C.e-dən cənubda yerləşir. Ən uzun fiord Qrenlandiyanın şərqində yerləşən Skorsbi fiordudur.(350 km.). Avropada idə Norveç sahillərindəki Soqne-fyordudur.(204 km). Bəzi ədəbiyyatlarda Magellan boğazınıda ford hesab edirlər.(550 km).

Şxerli sahilləri. Sahil yaxınlığında yerləşən xırda qayalıq, daşlıq adalar və sualtı qayalardan ibarət olur. Bu sahillər də möhkəm kristallik süxurlardan ibarət olan və materik buzlaşmasına məruz qalmış sahələrdə formalaşır. Finlandiyanın cənub sahilinin şxerləri daha tipikdir. Norveç, Kanada, Qrenlandiya sahillərində daha çoxdur. Adalar və sualtı qayalar, kristallik süxurların çıxıntıları, su altında qalmış buruq qayalar və qoyun kəllələrindən ibarətdir.

Nisbi düzxətliliyi olan sahillərə ilk düz yaxud sadəcə olaraq düz sahillər deyilir.Buxta sahillərinin ləpədöymə və axınlar vasitəsilə dəyişilməsi nəticəsində yaranır. Belə sahillər çox halda dənizin təsirinə məruz qalmış və materiklərin qıraqıarının ilk xətti artıq xeyli dəyişilmişdir. Bu sahillərdə kliflər yaranmış, onların boyunca bəzən benclər və çimərliklər, bəzən də allüvial düzənliklər yerləşir. Dənizin abrazion-akkumlativ fəaliyyəti həmişə sahilləri düzləşdirməyə yönəlmiş olur.

Laquna sahillər. Düzləşdirmənin müəyyən mərhələsində formalaşır. Belə sahillər ovulan çöküntülərdən təşkil olunmuş geloji baxımdan cavan ovalıqlarda inkişaf edir. İlk əvvəl dəniz çay dərərləari və digər çökəkliklərlə çox alçaq sahilli şaxələnmiş körfəzlər şəklində quruya çox irəlləyir. Sonralar ovulan süxurların yuyulması nəticəsində dillər, dayazlıqlar, dar yerlər əmələ gəlir. Onlar dənizin bir hissəsini şaxəli körfəzləri olan ensiz uzn laquna şəklində ayrılır. Laqunalı sahillər Şimali Amerikanın Atlantik okeanı sahilboyunda, Baltik dənizinin cənub sahilinin bəzi yerlərində, Xəzərin qərb sahilboyunda, şərqi Saxalində, Venesiya yaxınlığında, Qvineya körfəzində yayılmışdır.

Marşlı sahillər. Laqunalı sahilin sonrakı inkişaf mərhələsində meydana gəlir.Laqunaların yerində bataqlaşmış ovalıqlar əmələ gəlir. Laqunalar onlara tükülən çayların çöküntülərilə, qabarma və qasırğa dalğalarının tulladıqları dəniz qumları ilə dolur. Bitkilər də burda böyük rol oynayır.

Manqrov sahilləri. Marş çəmənliklərinin analoqu isti qurşaqda manqr cəngəllikləridir. Onlar hər qabarma zamanı su basan, lilli alçaq sahillərdir.

Sahil proseslərində və sahil tiplərinin əksəriyyətində enlik zonallığı əlamətləri var. Rütubətli iqlimlərdə riaslı, limanlı və laqunalı sahillər ola bilir. Quru iqlimlərdə dəniz və səhra sərhəddində eol prosesləri və eol relyef formaları üstünlük təşkil edir. Fior, şxer sahillər isə adətən şimalda müşahidə olunur.

Xəzər dənizi sahil zonasının təbii mühiti insan istirahəti və müalicəsi baxımından çox yararlıdır. Bolluca günəş radiasiyası, uzun və geniş çimərliklərdəki narın qumlar və s. Burada kurort-rekreasiya imkanlarının Qafqazın məşhur Qara dəniz sahillərindən üstünlüyünə sübutdur. Ona görə də hələ 1983-cü ildə Azərbaycan və Dağıstanın dəniz sahili rayonlarında kurortların inkişaf etdirilməsi üçün SSRİ Nazirlər Kabineti "Xəzər dənizi sahillərində ümumittifaq əhəmiyyətli kurort bazasının yaradılması" haqqında qərar verdi. Azərbaycan sahil zonasının 680 km-i kurort-sanatoriya kompleksinin yaradılması üçün yararlı sayılmışdır. Xəzərin Azərbaycan sahil zonasının böyük turizm imkanları vardır. Birinci turist bazası Bakıda hələ 1958, Yalamadakı "Xəzər" turist bazası isə 1963-cü ildə yaradılmışdır. Hazırda Xəzər dənizi sahilləri Azərbaycan Respublikası vətəndaşlarının əsas istirahət zonalarıdır. Bu sahillərdə, xüsusən Abşeron yarımadasında, bağ və bağçılıq təsərrüfatları geniş yayılmışdır. Eyni zamanda təəssüflə qeyd etmək lazımdır ki, Xəzərin qızıl qumlu çimərlikləri, sahil zonasındakı mineral sular, müalicəvi palçıqlar və s. resurslar sistemsiz və faydasız şəkildə istfadə olunur.



Xəzər dənizinin bioloji resursları böyükdür və praktiki olaraq qiymətsizdir, 1809 növ və qruplarda təmsil olunmuşlar. Onlardan 1069-u sərbəst yaşayır, 325 parazitik, 415 onurğalılar növünə daxildir. Xəzərdə qalıb, artan nərə balıqları bu növün dünya ehtiyatı və genofondunun əsasını təşkil edir və xüsusi əhəmiyyətə malikdir. Hazırda Xəzər dünyada bu növün yaşadığı əsas daxili sututarıdır, bu növün dünya balıq hasilatının 90%-i Xəzərə mənsubdur. Eyni zamanda voblı, sazana, sudaka kimi qiymətli şirin su balıqlarının ehtiyatına görə də Xəzər daxili sututarları arasında aparıcı yerlərdən birini tutur. Kütüm, kefal, leş, kilkə, karp, okuğ, losos, adi şuka kimi balıqlar da yaxşı qida və ticarət mənbəyidir, balıqçılar üçün xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Xəzər dənizində 101 balıq növü qeydə alınmışdır. Xəzərdə üçüncü dövr sarmat və pont dənizləri vaxtının faunası saxlanmışdır. Xəzər suiti yeganə məməli su heyvanıdır.
Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin