XIX əsrin birinci yarısının tarixşünaslığında feodalizmin izahı.
XIX əsrin birinci yarısının romantik tarixşünaslığının öz idea-siyasi meylinə görə müxtəlif olan ayrı-ayrı istiqamətləri nümayəndələrinin çoxu da feodalizmin siyasi və ya hüquqi sistem kimi başa düşürdülər. Zadəganların və mürtəce xırda bürkerlərin ideoloqları feodalizmin başlıca xüsusiyyətini siyasi pərakəndəlikdə və nəsli idarə sistemində görürdülər (L. Bonald, J. De Mestr, F.Şlegel, K. F. Eyxqorn, bir qədər sonra isə, həmçinin L. Panke feodalizmi hərbi-torpaq münasibətləri və cəmiyyətin pilləvari quruluşu ilə eyniləşdirirdilər. Feodalizmə buna yaxın şəkildə tərif verilməsi burjua-liberal məsləkli tarixçilər içərisində də yayıldı. Onlardan biri – Fransız tarixçisi F. Giza bu əsas üzərində feodalizmin tərifini verilmişdi ki, bu da sonralar burjua ortaəsrtarixşünaslığında uzunmüddətli təsirə malik olmuşdur. O, aşağıdakıları feodalizmin əsas xüsusiyyətləri hesab edirdi : 1) torpaq mülkiyyətinin əsas xarakteri 2) torpaq mülkiyyətinin ali hakimiyyətlə birləşmiş olması, 3)feodal torpaq sahibləri sinfinin pilləvari quruluşu.
XIX əsrin birinci yarısının tarixçiləri, maarifçilik dövrünün tarixçilərindən fərqli olaraq, feodalizmi müsbət tarixi hadisə kimi qiymətləndirsələr də, feodalizmin mahiyyətinin qiymətləndirilməsində onlardan o qədər də irəli gedə bilmədilər.
Çünki mürtəce romantiklər onda öz siyasi ideallarının görürdülər; liberal-burjua tarixçiləri isə feodalizm quruluşu çərçivəsi içərisində doğulmuşdular, burjuaziyanın “üçüncü silki”in şəxsində onların müasirləri olan sələflərinin zadəganlarla mübarizəsində yetişmişdilər.
Ümumiyyətlə feodalizmin siyasi-hüquqi tarixi kimi, Gizonun formulu da feodalizm cəmiyyətində mülkiyyət münasibətlərinin özünəməxsusluğunu və feodallarla kəndlilər arasındakı bundan doğan münasibətləri inkar edirdi. Buna görə də Gizonun formulu hakim feodallar sinfi daxilindəki ictimai münasibətləri düzgün səciyyələndirsə də, o da birtərəfli idi və bitkin deyildi, belə ki, feodalizm quruluşunun mahiyyətinə toxunmurdu. XIX əsrin əvvəlinin tarixçiləri diqqəti, bu cəmiyyətin daha çox nəzərə çarpan, lakin ikinci dərəcəli xüsusiyyətlərinə yenəldərkən, feodalizmi ancaq Qərbi Avropa üçün səciyyəvi olan hadisə hesab edirdilər. Liberal və radilaı meylli nisbətən qabaqcıl burjua alimləri ( Fransada O. Tyerri, J. Mişle, Almaniyada K. F. Şlosser, V. Simmerman) feodalizm quruluşunun konkret səciyyəsini verərkən, bu quruluşun kəndlilərə münasibətdə istismarçı xarakterini nəzərə çarpdırırdılar.
Bu rus ortaəsrşünaslığının başlanğıcını qoyan, mütərəqqi alim T. H. Qranovskiyə daha çox aiddir. O zamanki Rusiyada hələ də mövcud olan təhkimçilik hüququnun qəti əleyhdarı olan T.N.Qranovski XIX əsrin 40-50-ci illərində özünün Moskva universitetində oxuduğu mühazirələrində feodalizmə Gizo ruhunda tərif versə də, Orta əsrlər Qərbi Avropasında kəndlilərin istismarı və hüquqsuzluğunun parlaq, inandırıcı mənzərəsini verirdi.
Dostları ilə paylaş: |