Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


K.Marks və F.Engelsin tarixi materializmi kəşf etmələri



Yüklə 3,06 Mb.
səhifə9/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   5   6   7   8   9   10   11   12   ...   263
Orta srlr tarixi S D Skazkin

K.Marks və F.Engelsin tarixi materializmi kəşf etmələri.

Feodalizmin elmi izahı. K.Marks və F.Engelsin XIX əsrin ortalarında tarixin materialistcəsinə izahını kəşf etmələri feodalizmin həqiqi elmi, daha dərin izahı üçün əsas oldu. Marksizm baniləri, ilk dəfə olaraq, feodalizmin əsrlər boyunca bir çox xalqlarda mövcud olmuş əlahiddə bir ictimai-iqtisadi forması kimi materialist izahını verdilər. Onlar feodalizmin bu cür izahını onun bir siyasi və hüquqi sistem kimi izah edilməsinə qarşı qoydular və bu quruluşun ictimai təbiətini , onun meydana gəlməsi, inkişafı və məhv olması qanunanuyğunluqlarını aydınlaşdırırlar, onun əsas xüsusiyyətlərinin geniş səciyyəsini verdilər.


K.Marks və F.Engels öz əsərlərində(“Alman ideologiyası, “Kommunist Partiyasının manifesti”,”Kapital”, “Anti-Durinq” və s.) feodal istehsal üsulunun dərin səciyyəsini verdilər. Feodalizm elmi nəzəriyyəsi və onun ən mühüm tərkib hissəsi-feodal rentası haqqında təlim-sonralar V.İ.Leninin əsərlərində(“ İqtisadi romantizmin xarakteristikasına dair”), (“ Rusiyada kapitalizmin inkişafı” ,” XIX əsrin sonuna doğru Rusiyada aqrar məsələ “,”Dövlət haqqında və s.) inkişaf etdirildi və zənginləşdirildi.




XIX əsrin ikinci yarısında burjua ortaəsrşünaslığında feodalizmin izahının inkişafı.

Feodalizmin yeni, marksist izahı irəli sürüldükdən sonra burjua tarixşünaslığı bu məsələdə, artıq tamamilə köhnə mövqelərdə qala bilmədi. Burjua alimləri tarixi materializm ideyalarının artmaqda olan təsiri ilə səmərəli mübarizə üsulları axtarışınlarında feodalizmin daha dərin, onların fikrincə, elmin yeni inkişaf səviyyəsinə uyğun olan tərifinin verməyə cəhd göstərdilər ki, bunu da onlar feodalizmin marksist tərifinə qarşı qoymaq iddiasında idilər. Bu axtarışlar həm də XIX əsrin ortaalrı və ikinci yarısında burjua tarix elmində baş vermiş ümumi irəliləyişləri, o cümlədən sürətlə inkişaf edən kapitalizm şəraitində onun iqtisadi və ictimai problemlərə artan marağını əks etdirirdi.


Bütün bu şərait burjua alimlərini feodalizmin ictimai-iqtisadi əlamətlərini aşkara çıxarmağa səbr edirdi. Bu cür meyl, artıq, 40-70-ci illərin alman burjua-liberal tarixçiləri Q.L.Maurer, Q.Vayts, P.Rot, O.Girke və b. əsərlərində aşkara çıxdı. Doğrudur, onların da hamısı özlərinin feodalizmə tərif vermək cəhdlərində Gizoya yaxın idilər. Lakin ilk dəfə məhz onlar zəngin konkret material əsasında göstərdilər ki, feodalizmin siyasi-hüquqi əlamətlərinin əsasında iri torpaq mülkiyyəti dayanır; iri torpaq mülkiyyəti isə azad icma üzvlərinin öz torpaq paylarına olan mülkiyyətini tədriclə itirmələri nəticəsində yaranır ki, nəticədə azad əkinçilər sonradan həmin torpaqları becərən asılı adamlara çevrildilər. Buna görə də Q.Maurer, məsələn, feodalizmin bərqərar olmasını votçina quruluşu ilə əlaqələndirirdi. Q.Bayts və P.Rot da, feodallaşma prosesini benefisi, sonralar isə hərbi-torpaq sisteminin bərqərar olması kimi başa düşsələr də, həm də onun maddi əsasını azad icma üzvlərinin öz torpaqları və azadlıqlarını itirməklərində görürdülər.

Pozitivist məsləkli bir çox tarixçilər bu istiqamətdə daha irəli getdilər. Onlar güman edirdilər ki, mənəvi və siyasi-hüquqi amillərlə yanaşı maddi amillər: coğrafi mühit, əhali artımı, iqtisadi münasibətlər də cəmiyyətin inkişafına təsir göstərir. Pozitivist alimlər, xüsusən, tarixi-iqtisadi istiqamət adlanan istiqamətə qoşulmuş alimlər sonuncuya çox vaxt olduqca mühüm, bəzi konkret tətqiqatlarda isə hətta, birinci dərəcəli əhəmiyyət verirdilər. Buna görə də, tarixin pozitivist metodologiyasının burjua məhdudluğunda və ümumi antimarksist yönünə, onun pluralizminə (ilk idealizm əsasında tarixə çoxamilli münasibət), aqnostisizminə, təkamülçülüyünə baxmayaraq, tarixi-iqtisadi istiqamətə qoşulmuş amillər özlərinin bütün sələflərindən fərqli olaraq feodalizmin ictimai-iqtisadi izahına daha yaxın gəldilər.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin