Fənn :Şərq xalqları tarixi Müəllim: Dos. Sevinc Seyidova



Yüklə 0,73 Mb.
səhifə1/4
tarix04.05.2023
ölçüsü0,73 Mb.
#107533
  1   2   3   4
D. Nəzirə


Azərbaycan Dövlət Pedaqoji Universiteti.
Fakültə:Tarix-Coğrafiya
Ixtisas:Tarix müəllimliyi
Kurs: 1
Qrup: 2205b
Fənn :Şərq xalqları tarixi
Müəllim: Dos.Sevinc Seyidova
Tələbə: Nəzirə Dövlətova
Mövzu :Hindistan Orta əsrlərdə
Feodalizmin ilkin əlamətləri IV–V əsrlərdə Hindistanda meydana gəlməyə başladı. V əsrin ortalarında Qupta İmperiyasının dağılması quldarlıqdan feodalizmə keçid hesab edilir. Bu dövlətin ərazisində 70-ə qədər knyazlıq yarandı. Hind knyazları racə adlanırdı. Erkən feodalizm dövründə də hind kəndliləri icma halında yaşayırdılar. İcma parçalanır, icma üzvləri asdı vəziyyətə düşür və bərabərsizlik yaranırdı. IV–VI əsrlərdə əkinçilikdə bir sıra yeniliklər yarandı. Xam torpaqlardan istifadə edildi, dəmir kotan hazırlandı, kəndlilər çaylardan kanal çəkdilər, torpaqları suvardılar, ildə 2–3 dəfə məhsul götürürdülər. Əsasən çəltik, pambıq, şəkər qamışı, ədviyyat bitkiləri əkilir, portağal və s. sitrus bitkiləri yetişdirilirdi.
Hindistanda feodalizmin səciyyəvi xüsusiyyəti kasta quruluşunun daha ciddi şəkil alması idi. Kastalara ağsaqqallar şurası başçılıq edirdi. Kastalar istehsal təcrübəsinin artırılması və istehsal edilən məhsulun keyfiyyətinin yaxşılaşmasına şərait yaradırdı. Hind kəndliləri erkən orta əsrlərdə əsas töycü vergisi ödəyir, mükəlləfiyyətlər (biyar) yerinə yetirir, yəni yollar çəkir, təmir edir, kanallar qazır, qalalar və s. tikirdilər. Harşa dövləti (500–648). VI əsrin əvvəllərində yaradılmış Ağ hun (eftalitlər) dövləti Hindistana hücum etdi. Qupta dövləti onların hücumunun qarşısını çətinliklə aldı, lakin Ağ hunların sonrakı hücumu zamanı hind racələri Ağ hunlarla birləşdilər. 
500-cü ildə Hindistanın əksər ərazisi tutuldu və Qupta dövlətinin əlində ancaq Kəşmir və şimal-şərqi Hindistan qaldı. Ağ hunların hücumuna davam gətirməyən Qupta dövləti süqut etdi, Xarşa dövləti yarandı. VI əsrin sonunda Camna çayının şimalında yerləşən Stxaneşvar knyazlığı güclənməyə başladı. Xarşa keçmiş Qupta imperiyasının bütün torpaqlarını öz hakimiyyəti altında birləşdirdi və böyük hərbi-feodal dövləti yarandı. Xarşa dövləti kiçik knyazlıqlardan ibarət idi. Knyazlar öz qoşunu ilə hərbi səfərlərdə iştirak edirdilər.
Hərbi yolla qurulan Xarşa dövləti 648-ci ildə parçalandı. Hindistanda VII əsrdə feodal dağınıqlığı başlandı. Hinduizm dualist dini təlimdir çoxallahlıq etiqadıdır. Bu dinə görə, insanların taleyini üç allah, yəni Brahma, Vişna və Şiva müəyyən edir. Şəhərin və təsərrüfatın inkişafı. Knyazlıqların mərkəzləri, dəniz sahilində olan şəhərlər sənətkarlıq mərkəzinə çevrildi. Feodallar sənətkarları şəhərlərə köçürür, şəhərlər böyüyürdü. Sənətkarlar zərif pambıq və ipək parça, qızıl və gümüşdən zərgərlik məmulatı, fil sümüyü və qiymətli ağaclardan heykəlciklər düzəldirdilər. 

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin