Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Erkən Oyanış dövründə tarixşünaslıq



Yüklə 3,06 Mb.
səhifə262/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   255   256   257   258   259   260   261   262   263
Orta srlr tarixi S D Skazkin

Erkən Oyanış dövründə tarixşünaslıq

Kilsə-feodal tarixşünaslığı ilə müqayisədə italyan humanistlərinin tarix əsərləri irəliyə doğru bir addım idi.Humanist-tarixçilər “ilahi müdaxilə”ni, guya allah və övliyalar tərəfindən törədilmiş möcüzələr haqqında hekayətləri tarixin izahından, əslində kənar etdilər. Bununla belə, humanistlər tarixi mənbələrə, xüsusilə kilsə mənbələrinə də kor-koranə inanmır, onların etibarlılıq dərəcəsini müəyyən etməyə çalışırdılar. Bu dövrdə mənbələrin tənqidi sahəsində də


xeyli uğurlar qazanılmışdı. Humanist Lorenso Valla (1407-1457) başlıca olaraq filoloji tənqid üsullarında istifadə edərək, VIII əsrin məşhur saxta sənədi olan “Konstantin bəxşişi”nin saxtalığını sübut etdi; papalar özlərinin dünyəvi hakimiyyət iddialarında bu “sənədə” əsaslandırılır.

Humanist tarixçilər, ilk dəfə olaraq, ümumdünya tarixinin yeni dövrləşdirilməsini irəli sürüdülər. Bu dövrləşdirmə sonralar tarixin qədim, orta əsrlər və yeni dövrlərə bölünməsinin əsasında durdu. Onlarla antik dövrün sonunda Roma imperiyasının süqutu haqqında və orta əsrlər barədə kilsə-feodal tarixşünaslığına yad olan təsəvvür meydana gəlmişdi; humanist-tarixçilər orta əsrləri antik dövrdəki çiçəklənmədən sonra mədəniyyətin süqutu ilə səciyyələnən xüsusi bir dövr kimi qiymətləndirirdilər Öz çağlarını onlar yeni mədəni yüksəliş dövrü hesab edirdilər. Ümumdünya tarixinin bu cür dövrləşdirilməsində doğulmaqda olan burjuaziyanın bütovlükdə feodalizm dövrünə olan mənfi münasibəti özünü göstərdi.


* * *



Erkən burjua mədəniyyəti – Oyanış mədəniyyəti, ilk dəfə olaraq, feodalizm formasiyasının içərilərində yeni, burjua quruluşunun hamıdan əvvəl meydana gəldiyi İtaliyada təşəkkül edir. Bu mədəniyyət XV əsrin əvvəllərindən başlayaraq Qərbi Avropanın başqa ölkələrinin mədəni həyatına təsir göstərdi; həmin ölkələrdə şəhərlərin inkişafı, şəhərlərin yuxarı dairələrinin (başlıca olaraq tacirlərin) əlində böyük vəsait toplanması yaxın gələcəkdə erkən burjua mədəniyyəti və humanizm dünyagörüşünün meydana gəlməsi üçün zəmin hazırlayırdı. Lakin bu yeni meyillər Qərbi Avropanın başqa ölkələrində tam şəkilədə, italyan təsirindən asılı olmadan yalnız XVI əsrdə - həmin ölkələrdə kapitalist münasibətləri təşəkkülə başladıqda inkişaf edir.

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin