Azərbaycan döVLƏt pedaqoji universiteti Tələbə: Əlizadə Aysel Fakültə: İbtidai Təhsil İxtisas


Qanın hüceyrəvi (formalı) elementləri



Yüklə 206 Kb.
səhifə2/6
tarix13.12.2023
ölçüsü206 Kb.
#174809
1   2   3   4   5   6
Əlizadə Aysel QAN DAMAR SİSTEMİ

Qanın hüceyrəvi (formalı) elementləri. Eritrositlərin funksiyası oksigen və karbon qazın nəql etmək, leykositlər orqanizmin müdafiə (immunitet) qabiliyyətini təmin edir, trombositlər isə qanın laxtalanmasında böyük rol oynayır. Qırmızı qan hüceyrələri kimi də adlanan bu hüceyrələr hər iki tərəfdən basılmış disk formasında olmaqla, yetişmiş vəziyyətdə nüvəsizdir. İnsan eritrositi çox incə kapilyarda hərəkət edir. Eritrositlərdə nüvənin olmaması və ikiqat çökük linza formasında olması onların oksigen qəbuletmə səthini xeyli artırır.
Qanda eritrositlərin miqdarı daimi olmayıb, dəyişir. 1 mm3 qanda 4-5 milyon eritrosit olur (qadınlarda 4-4,5 milyon, kişilərdə isə 4,5-5,0 milyon). Lakin hündür dağ zirvəsində olanda oksigen çatışmamasından güclü əzələ hərəkəti zamanı eritrositlərin miqdarı əhəmiyyətli dərəcədə arta bilər.
Yenidoğulmuş körpələrin qanında eritrositlərin miqdarının çox olması hamiləliyin son günlərində və doğum vaxtı dölün kifayət qədər oksigenlə tənzim olunmasını göstərir. Yenidoğulmuş körpələrin qanında yetişməmiş (nüvəli) eritrositlərin- retikulositlərin miqdarı çoxdur. Bu onu göstərir ki, bu zaman qanyaradıcı orqanlarda külli miqdarda eritrositlər əmələ gəlir. Doğumdan bir ay sonra nüvəli eritrositlərə çox az hallarda rast gəlinir. Eritrositlər qırmızı sümük iliyində yaranır, yetişir və qana keçərək təxminən 100- 120 gün yaşadıqdan sonra dalaq və qaraciyərdə parçalanır. Eritrositlərin tərkibinin böyük əksəriyyəti (90%-dən çox) zülali mənşəli olan hemoqlobindir.
Hemoqlobin qana qırmızı rəng verməklə prostetik qrup heminin və zülal qlobinin birləşməsidir. Hemoqlobin molekulunda 4 hemin molekulu var ki, oda xaricdən alfa və betta zülal zəncirləri ilə əhatə olunmuşdur. Həmin qrupların mərkəzində dəmir atomu həm alfa və betta zülal zəncirləri, həm də ağciyər alveollarından daxil olan oksigenlə birləşərək oksihemoqlobinə çevrilir. Hemoqlobinin karbon qazı ilə birləşməsi, oksigenlə birləşməsinə nisbətən daha dözümlüdür. Eritrositlərin miqdarının 3 mildən, hemoqlobinin isə 60%-dən aşağı düşməsi anemik vəziyyətə (qan azlığına) gətirib çıxardır.
Hemoliz. Eritrositlərin qılafının dağılması nəticəsində hemoqlobinin qanın plazmasına keçib, onun şəffaf qırmızı rəngə boyanmasına deyilir. EÇS ( eritrositlərin çökmə sürəti). Əgər qanı bir neçə saatlıq sınaq şüşəsinə qoysaq, onda eritrositlərin özünün ağırlıq qüvvəsinin təsiri altında çökürlər. Bu çökmə müəyyən sürətlə olur. Məsələn: qadınlarda eritrositlərin çökmə sürəti 1 saatda 7-12 mm, kişilərdə isə 3-9 mm olur. Yenidoğulmuş körpələrdə eritrositlərin çökmə sürəti aşağı, yəni 1 saatda 1-dən 2-dək mm, 3 yaşadək uşaqlarda 2-17 mm, 7-12 yaşlarda isə EÇS ( eritrositlərin çökmə sürəti) 12 mm olur. Eritrositlərin çökmə sürətinin təyini mühüm tibbi diaqnostik əhəmiyyət daşıyır. Belə ki, vərəm və digər iltihablı xəstəliklər zamanı eritrositlərin çökmə sürəti artır, bu da qanda qlobulin zülalını artmasını göstərir. Qlobulin isə eritrositlər tərəfindən adsorbsiyaya (udulma) uğrayır, nəticədə eritrositlərin səthi dəyişir, ağırlaşır və tez çökür. Ağ qan cisimciyi və yaxud leykositlər rəngsiz hüceyrələr olub, daxilində müxtəlif formalı nüvəsi var. Sağlam adamın 1 mm3 qanında 6000-8000 leykosit olur.
İki qrup leykosit ayırd edilir: danəli leykositlər-qranulositlər, danəsiz leykositlər-aqranulositlər. Danəli leykositlərin sitoplazmasında müxtəlif rəngləyicilərlə (qırmızı, mavi və bənövşəyi) rənglənən kiçik danələrə rast gəlinir. Ancaq danəsiz leykositlərdə isə bunlar yoxdur.
Danəli leykositlər özləri də üç qrupa bolünür: neytrofillər, eozonofillər və bazofillər. Neytrofillər ümumi leykositləri 55-60% təşkil etməklə faqositəetmə qabiliyyətinə malikdirlər. Bazofillər ümumi leykositlərin 0,5-2% -ni , eozonofillər isə 3- 5%-ni təşkil edirlər. Lakin orqanizmdə kiçik iltihab prosesi zamanı eozonofillərin sayı bir qədər artır.
Danəsiz leykositlər limfositlərə və monositlərə ayrılır.Limfositlər həlqəvi hüceyrələr olub, çox tünd rəngli dairəvi nüvəsi var. Monositlər isə nisbətən iridir və qeyri-bərabər formalıdır. Limfositlər orqanizmin müdafiə sistemində daha aktiv iştirak edirlər. Onlar iltihab prosesi zamanı makrofaqlara çevrilərək orqanizmə düşən yad cisimləri faqositə edirlər.
Qanda leykositlərin miqdarı dəyişə bilir. Qida qəbulundan və ağır əzələ fəaliyyətindən sonra qanda leykositlərin miqdarı artır. Xüsusilə orqanizmdə iltihab prosesi gedən zaman onların sayı artır. Yenidoğulmuş körpələrin qanında leykositlərin miqdarı daha çoxdur ( 1 mm3 qanda 20000-ə qədər) Hətta birinci gün 1 mm3 qanda 30000 qədər leykosit olur, 2-ci gündən başlayaraq onların sayı azalır və 7-12 günündə 10000-12000 çatır. Sonrakı yaş dövrlərində enərək 13-15 yaşda artıq yaşlıların qanındakı leykositlərin miqdarı qədər olur.
Leykositlərin böyük əksəriyyətinin yaşama müddəti 2-4 gündür (bəzən isə 12-15 günə çatır), yeni leykositlər timusda, qırmızı sümük iliyində, dalaqda və limfa düyünlərində əmələ gəlir. Leykositlərin əsas vəzifəsi orqanizmi yad cisim və zülallardan xəstəlik törədən mikroorqanizmlərdən qorumaqdır. Onlar yalançı ayaqları vasitəsilə sərbəst sürətdə hərəkətetmə qabiliyyətinə malikdirlər. Hərəkət istiqamətində rast gəldiyi zərərli mikrobları tutub məhv edir. (Neytrofil leykositlər yüksək dərəcədə faqositoz qabiliyyətinə malik olduğundan orqanizmin mikrob və bakteriyaları tutub həzm edirlər).
Leykositlərin orqanizmə düşən mikroorqanizmləri, yad cisimləri, ibtidai orqanizmləri tutub, udması, həzm etməsi prosesi faqositoz, leykositlərin özləri isə faqositlər adlanır. Faqositoz hadisəsini ilk dəfə olaraq İ.İ.Meçnikov öyrənmişdir. Meçnikova görə iki kateqoriya hüceyrə faqositəetmə qabiliyyətinə malikdir. Hərəkətdə olan ağ qan cisimciyi (limfositlər və monositlər) və limfa düyünlərində, damarların daxili divarlarında, dalaqda, qaraciyərdə, sümük iliyində olan qeyri hərəkətli-hüceyrə.
Trombositlər kürə və yaxud oval şəkilli olub, dalaqda və sümük iliyində əmələ gəlir. İnsanın trombositləri nüvəsizdir. İnsanın 1 mm3 qanında 200000-400000 trombositlər olur. Yaşama müddəti 35 gün olur, ölümü-dağılması dalaqda baş verir. Trombositlərin əsas bioloji əhəmiyyəti onların qanın laxtalanmasında iştirak etmələridir. Yenidoğulmuş uşaqların 1 mm3 qanında trombositlərin miqdarı 150-350 min, südəmər körpələrdə 150-424 min, 1 yaşdan 16 yaşadək uşaqlarda isə 200-300 min arasında dəyişir.

Yüklə 206 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin