Azərbaycan döVLƏt pedaqoji universiteti Tələbə: Əlizadə Aysel Fakültə: İbtidai Təhsil İxtisas



Yüklə 206 Kb.
səhifə3/6
tarix13.12.2023
ölçüsü206 Kb.
#174809
1   2   3   4   5   6
Əlizadə Aysel QAN DAMAR SİSTEMİ

Qan qrupları və qan köçürmə. İtirilmiş qanı əvəz etmək üçün orqanizmə qan köçürmək lazım gəlir ki, bu qan qrupu da xəstənin qan qrupuna uyğun gəlməlidir. 1901-ci ildə Vyana alimi K. Landşteyner insan qanını üç qrupa bölmüş, 1907-ci ildə Çex alimi Y.Yaniski bu qan qruplarına dördüncü qrup da əlavə etmişdir. İnsanlarda qan qrupu həyat fəaliyyətində dəyişmir, sabitdir, irsi olaraq valideyinlərdən övladlara keçir. 1930-cu ildə K. Landşteynerə qan qruplarını kəşf etdiyinə görə Nobel mükafatı verildi. Qan qruplarının ayırd edilməsi qanın eritrositlərində aqqlütinogenin və plazmasında aqqlütinin olub-olmamasına əsaslanır. Bir qayda olaraq, eritrositlərin tərkibində zülali mənşəli xüsusi birləşmə aqqlütinogen müəyyənləşdirilib, “A” və “B” hərfləri ilə işarə olunub. Qanın plazmasında isə “α” və ”β” aqqlütinin tapılıb.
Əgər bir insanın qanında həm A aqqlütinogeni, həm də α aqqlütini olarsa, onda müsbət aqqlütinasiya reaksiyası baş verir. Bu isə o deməkdir ki, eritrositlər bir-birinə yapışır, nəticədə damar tutulur və insan ölür. Qanı I qrup olan şəxslər I, II, III, IV qan qruplarına qan verə bilər, yalnız öz qrupundan yəni I qrupdan qan ala bilər. Belə şəxslərə universal donor deyilir. Qan II qrup olan şəxslər II, IV qrupdan olan şəxslərə qan verə bilər, yalnız I, II qrupdan olan şəxslərdən qan ola bilər. Qanı III qrup olan şəxslər III, IV qrupdan olan şəxslərə qan verə bilər, yalnız I, III qrupdan olan şəxslərdən qan ala bilər. Qanı IV qrupdan olan şəxslər yalnız IV qrupdan olan şəxslərə qan verə bilər və I, II, III, IV qrup şəxslərdən qan ala bilər. Belə şəxslərə universal resipiyent deyilir.
I qrup insanların ertirositlərində A B aqqlütinogeni olmur, plazmada α və β aqqülitinini vardır. II qrup insanlarda eritrositlərində A aqqlütinogoneni, plazmada isə β aqqlütinini vardır. III qrup insanların eritrositlərdə B aqqlütinogeni, plazada isə α aqqlütini olur. IV qrup insanlarda isə eritrositlərində aqqlütinogenlər, plazmada isə aqqlütininlərin heç biri yoxdur. Aqqlütinogenlərin və aqqülitininlərin eritrositlərində və plazmasında olmasını “+”, olmamasını “-“ ilə işarə etsək qan qruplarını belə göstərmək olar.
I A- B- , α+ , β +
II A+ B- , α- , β +
III A- B+ , α+ , β –
IV A+ B+ , α- , β –
Qeyd olunan qan qrupları ilə yanaşı, insanların 85%-də eritrositlərin tərkibində müsbət rezus-faktor kimi adlandırılan aqqlütinogenin olduğu da aşkar edilib. İnsanların qalan 15%-də isə mənfi rezus-faktor tapılıb. Rezus-faktorlu qanı mənfi rezus-reaksiyalı adama köçürdükdə sonuncunun plazmasında eritrositləri hemoliz edən maddə əmələ gəlir ki,bu həyat üçün çox təhlükəlidir.
Rezus-faktorun yoxlanılması hamilə qadınlar üçün çox vacibdir, çünki doğuşdan sonra onlara qan köçürmək lazım gəlir. Ana mənfi rezusreaksiyalı, döl isə atadan müsbət rezus-faktor qazanmışsa, bu zaman dölün qanı plasentadan ananın qanına keçərək ananın qanını immunlaşdırır. Belə anaya müsbət rezus-faktorlu qanın köçürülməsi tez bir zamanda hemolizlə nəticələnir ki, bu da bədbəxt hadisəyə səbəb olur.

Yüklə 206 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin