Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Yaralar ,növləri ,əlamətləri , ilk tibbi yardım
. Yaralar , növləri ,əlamətləri , ilk tibbi yardım
İlk öncə gəlin yara nəyə deyilir ona tərif verək. Yara – hər hansı mexaniki bir səbəbdən dəri , selikli qişa örtüklərinin və onların altında yerləşən toxumaların pozulmasına deyilir . Yaranın bir digər adıda vardır ki , ona açıq zədələnmə deyilir . Məsələn , qarına vurulan bıçaqla dəri tamlığı pozulur , mədə ,qaraciyərdə yara törənir . Dəri və selikli qişanın üst təbəqəsinin zədələnməsinə sıyrıqda deyilir. Biz yaraları əsasən yerli və ümumi əlamətlərinə görə müşahidə edirik .
Yerli əlamətlərinə nələr daxildir ? Yerli əlamətlər : yarada ağrının olması , ağrı və qanaxma. Bunlar yaranın 3 əsas əlamətidir .
Yara ağzının açılması yumşaq toxumaların yığılma qabiliyyətindən asılıdır . Bu nə deməkdir ? Yəni , yara nə qədər dərin və böyük olarsa, yaranın kənarlarıda bir o qədər aralanmış olar .
Yarada ağrının olması . Yarada ağrı yaralanma anında intensiv olur bu nədən asılıdır ? Yaralanan bölgədə sinir elementləri nə qədər çox olsa , ağrıda bir o qədər çox olacaq . Yara sağaldıqda isə nisbətən ağrı azalır . Amma yaranın ağrısı əksinə kəskin artarsa , bu yaraya infeksiyanın düşməsini göstərir .
Yarada qanaxmanın dərəcəsi zədələnmiş damarın növündən , damarın böyüklüyündən və yaranın xarakterindən asılıdır . Məsələn : mənim əlim kəsilib və yaxud da parçalanmış olsa , qanaxma daha çox olacaq . Amma əzilmiş olsa qanaxma nisbətən daha az olar . Əsasən qanaxma üz və baş nahiyələrində çox olur . Yəni buda nədən asılıdır ? Bu nahiyələrdə yumşaq toxumalarda qan toxumaları çoxdur və zədə zamanı sıxılmadığına görə qanaxma çox olur. Belə yaralarda qanaxmanı dayandırmaq üçün sıx sarğı bantı ilə yaranı sıxıb bağlamaq lazımdır . Qanaxma yaralanma zamanı ən təhlükəli haldır .
Gəlin yaraların ümumi əlamətlərinədə nəzər salaq. Ümumi əlamətlər – ilk növbədə həyat üçün təhlükə törədən travmatik şok , kəskin qan itirmə , hemorrogik şok , sonrakı dövrlərdə isə yaranan infeksiyalaşması , irinləməsi və sepsis kimi ağırlaşmalarda baş verə bilər .
Yara zamanı insan şokada düşə bilər . Bu nədən asılıdır ? Yara səthinin geniş olması , iri sinirlərin zədələnməsi və zədədən şəxsdə yüksək sinir oyanıqlığının olması , travmatik şoka səbəb ola bilər .
Yaraların təsnifatı. 1.Yaranı törədən alətin növünə və yaranın xarakterinə görə , törədilmə motivinə görə , infeksiyalaşmasına görə , orqanizmdəki boşluqlara münasibətinə görə , əlavə zədələrin olmasına görə və yaranın sayına və dərinliyinə görə təsnif olunur.
1.Yaranı törədən alətin növünə və yaranın xarakterinə görə: odlu silah yaraları (güllə, qəlpə, mina, mərmi, qırma), soyuq silah yaraları (kəsilmiş, çapılmış, deşilmiş, əzilib- didilmiş), dişlənmiş, zəhərləmiş yaralar.
2.Törədilmə motivinə görə: təsadüfi, qəsdən törədilmiş və operasion yaralar.
3.İnfeksiyalaşmasına görə: aseptik (təmiz) yaralar, təzə infeksiyalaşmış (bakteriyalarla çirklənmiş) və irinli yaralar.
4.Orqanizmdəki boşluqlara münasibətinə görə: daxilə keçən (daxili üzvü zədələyən, zədələməyən) və daxilə keçməyən yaralar. Daxilə keçən yaralar daxili üzvləri zədələyərək güclü qanaxma və infeksiyalaşma törədə bildiklərinə görə daha təhlükəli sayılır.
5.Əlavə zədələrin olmasına görə: sadə və mürəkkəb yaralar. Mürəkkəb yaralarda yara ilə bərabər sümük sınıqları, magistral sinir və damarların zədələnməsi və digər zədələr ola bilər.
6.Yaranın sayına və dərinliyinə görə: tək və çoxsaylı, səthi və dərin yaralar. Odlu silah yaraları – müxtəlif tipli odlu silahlarla (tüfəng, tapança, avtomat), mərmi və qəlpələrlə törədilə bilər. Odlu silah yaralarının insan həyatı üçün təhlükəliliyi yaranın lokalizasiyasından asılıdır . Odlu silah yaraları - öz yerli anatomik quruluşuna və infeksiyalaşma dərəcəsinə görə digər yara növlərindən fərqlənir. Bütün soyuq silah yaralarında iki zədələnmə məhəlləsi olur: yara kanalı və kanal boyu toxumaların travmatik nekrozu .
Odlu silah yaralarının təsnifatı:
1.Silahın növünə görə: -güllə, qəlpə, mina, qırma və s.
2.Yaranın xarakterinə görə: - kor, dəlib keçən və toxunub keçən güllə
yaralarına bölünür.
Kor yaralar. Kor yaralar zamanı yara kanalının yalnız giriş dəliyi olur. Toxumaların müqavimətinə rast gələn güllə malik olduğu kinetik enerjini tam itirdikdən sonra yara kanalının dibində dayanır. Bu dəliyin ətrafında dəridə yanıq, barıtın tüstü izləri, qırmaların dəridə qalması kimi hallar rast gəlir. Belə əlamərlər güllənin yaxından atılmasına sübutdur. Kor güllə yarası zamanı güllə dəri altında yaxud yumşaq toxumalar arasında əllənir. Bu qorxulu yara sayılır, çünki infeksiya mənbəyi sayılan güllə (qırma, qəlpə) orqanizmdə qalır.
Dəlib keçən yaralar. Dəlib keçən yaraların 2 dəliyi olur . Daxil olan güllə toxumaları müəyyən dərinlikdə yarıb xaricə çıxarır . Çox vaxt çıxış dəliyi giriş dəliyindən böyük olur . Hətta atəş yaxın məsafədən açılıbsa , bu zaman yanıq , his və s dəyişikliklərədə rast gəlinir .
Döş qəfəsinin dəlib keçən yaraları təhlükəli olur. Çünki bu zaman həyat üçün əhəmiyyətli olan orqanların zədələnməsi baş verə bilər (ürək, plevra, ağ ciyərlər). Plevra boşluğuna yara yerindən hava dolması açıq pnevmotoraks əmələ gətirər vəplevropulmonal şoka səbəb olar. İlk yardım göstərən şəxs bilməlidir ki, belə yaranı dərhal germetik bağlamaq lazımdır və ağırlaşmanın qarşısını almalıdır. Dəlib keçən yaralar plastr yaxud sarğı zərflərinin müşəmbə örtüyü ilə tutulub bintlə bərk sarınır.
Toxunub keçən yaralar . Toxunub keçən yaralar zamanı güllə dəri, dərialtı toxumalardan keçib bədən boşluqlarının divarını zədələyir, boşluğa isə keçmir. Yaralar mikrobların keçməsi, çoxalması və kliniki gedişinə görə 3 qrupa: aseptik, infeksiyalaşmış, irinli yaralara bölünür. Bu təsnifatın müalicə taktikası üçün əhəmiyyəti böyükdür. Bu yaralar qorxulu sayılmır, az miqdarda qan axır. Bu yaraların digər adıda sıyırıb keçən yaralardır .
Qəlpə ilə yaralanmalar . Bu tip yaralar bomba və mərmi partlaması zamanı baş verir . Qəlpə insan bədəninə daxil olur və toxumaları zədələyərək onların arasında qalır . Daha sonra isə qəlpənin yerləşdiyi nahiyə rentgen aparatı vasitəsi ilə dəqiqləşdirilir .
Qırma yaraları . Bu tip yaralar ov tüfəngi vasitəsi ilə açılır. Bu hadisələrə isə əsasən sülh dövründə daha çox rast gəlinirdi. Bütün odlu silah yaraları mikroblarla, infeksiya törədiciləri ilə çirklənmiş olur və qorxulu infeksiyanın yaranmasına şərait yaradır (qazlı qanqren).Odlu silah yaralarının klinik əlamətləri silahın kalibrindən, formasından, yaranın xarakterindən (kor, dəlib keçən, toxunub keçən), daxili üzvlərin zədələnməsindən və s.-dən asılıdır. Yara nahiyəsində ağrı, qanaxma və zədələnmiş nahiyənin funksiyasının pozulması odlu silah yaralarının daimi əlamətləridir. Odlu silah yaralarının ümumi əlamətləri isə zədə nahiyəsinin yerindən və ağırlıq dərəcəsindən asılıdır.
Soyuq silah yaraları. Bu tip yaralar yaranı törədən alətin yerinə görə bir neçə qrupa bölünür . Bunlar : kəsilmiş , çapılmış , deşilmiş , deşilmiş -kəsilmiş , əzilib -didilmiş ,parçalanmış və cırılmış ola bilər .
Kəsilmiş yaralar – iti alətlərlə (ülgüc, bıçaq) törədilir. Yaranın kənarları düz və hamar olur, qan xaricə axır. Belə yaralarda infeksiya qorxusu az olur, sağalma prosesi yaxşı gedir. Yerində qalan çapıq zərif və düz olur.
Çapılmış yara – iti və böyük ağır alətlərlə ( balta, xəncər, qılınc) törədilir. Yara iri həcmli, kənarları düz, alət küt olarsa kənarları didilmiş, dərin, bucaqları kor olur. Yaranın kənarlarındakı dəridə bəzən qansızmalar rast gəlir. Yaradan güclü qan axır. Zərbənin təsirindən bəzən sümüklər də sınır.
Deşilmiş yara – belə yaralar kiçik sahəli itiuclu alətlərlə (mismar, biz, nizə, şiş, mil, iynə və s.) törədilir. Bu cür yaralarda yara ağzı nəzərə çarpmır, nöqtəvari və dairəvi olur. Ağrı və qanaxma cüzi olduğundan əhəmiyyət verilmir. Amma deşilmiş yaralarda daxili üzvlər, magistral damarlar, sinirlər zədələnərsə təhlükəli ağırlaşmalar baş verə bilər.
Deşilmiş- kəsilmiş yara – belə yaralar bıçağın, süngünün ucu və kəsici hissəsi ilə törədilir. Həm deşilmiş həm də kəsilmiş yaranın əlamətləri təsadüf olunur.
Əzilmiş-didilmiş yara – belə yaralar küt alətlərlə ( baltanın küpü, dəmir parçası, beş barmaq, daş və s.) törədilir. Yara kənarları girintili-çıxıntılı, əzilmiş olur. Yaradan qan az axır, qan damarları əzildiyindən damarlar trombla tutulur.Yarada çoxlu ölü, əzilmiş toxuma qırıntıları və qan laxtalarının olması infeksiyanın inkişafı üçün şərait yaradır.
Parçalanmış və cırılmış yaralar – belə yaralar adətən işlək dəzgahlar arasında ətrafların qalması zamanı təsadüf eddilir. Yaralar böyük ölçülü, toxumalar parçalanmış, didilmiş, cırılmış vəziyyətdə olurlar. Yarada ölü toxumalar, qan laxtaları çox olduğundan belə yaralar irinləyir.
Dişlənmiş yaralar. Belə yaralar insan və heyvan (it, pişik, canavar, çaqqal, ayı) tərəfindən dişləndikdə baş verir. Yaranın kənarlarında dişlərin izi qalır, qançırlar və qansızmalar müşahidə edilir, toxumalar cırılmış olur. Dişlənmə zamanı ağız boşluğunda olan küllü miqdarda mikroblar yaraya düşərək yaranı infeksiyalaşdırır. Dişlənmiş yaralarda infeksiya çox olur. Xəsarət quduz insan vəheyvan tərəfindən yetirildiyi hallarda yaraya tüpürcəklə birgə quduzluq virusları düşür və quduzluq xəstəliyi inkişaf edir.
Zəhərlənmiş yaralar. Bu tip yaralar zəhərli ilan dişləməsi , həşəratların sancması , kimyəvi , radioaktiv çirkləndiricilərin yaraya keçməsi nəticəsində yaranır . Burada yara əlamətlərindən çox orqanizmə keçən zəhər həlledici rol oynayır . Zəhərli heyvan sancan zaman dəridə nöqtə kimi yeri görünür və həmin nöqtəətrafında şiş (ödem), bəzən isə suluqlar müşahidə olunur. Ödem geniş sahəni əhatə edir.Hərbi zəhərli maddələr yerli və ümumi təsir edərək ağır hallar törədir. İpritlə zəhərlənmə zamanı 3-5 saatdan sonra yaranın ətrafı qızarır və ödemləşir. Bu zaman yaradan sarımsaq, yanmış rezin iyi gəlir. 2-3 gündən sonra yaranın ətrafında suluqlar əmələ gəlir, bu da nekrozla nəticələnir. Belə yaraya tezliklə ikincili infeksiya qoşulur. Ümumi simptomlardan ürəkbulanma, iştahsızlıq müşahidəolunur. Ağır hallarda isə qanlı ishal, qıcolma, koma baş verir. Yaranın sağalması uzun çəkir.Luizit ilə zəhərlənən yaralarda şiddətli ağrılar olur, yaradan ətirşah iyi gəlir. 10-15 dəqiqədən sonra dəri kül - boz rəng alır və yaranın ətrafıda toxumalar ölür. Xəstədə ümumi intoksikasiya əlamətləri müşahidə olunur.
Yaralar zamanı ilkin tibbi yardım ;
İlk olaraq biz müvəqqəti qanaxmanı dayandırmalıyıq . Bunun üçün bir neçə yollar vardır ; sarğı qoymaqla , turma bağlamaqla , esmarx kəməri ilə bağlamaqla, damarları sümüklə sıxmaqla və s.
2 . Daha sonra isə yaranın ətrafını ,kənar hissələrini antiseptik maddə yəni bunlarla , 5-10% yod tinkturası ,spirt aiddir . Bütün bunları etdikdən sonra infeksiya düşməsin deyə sarğı qoyulur .
3.Yaraya yandırıcı antiseptik maddələr vurmaq olmaz, çünki həmin maddələr yaradakı toxumaları yandırıb nekroz verə bilər. Bu da yaranın irinləməsini törədər və yarada güclü ağrıya səbəb olar.
4.Dəriyə batmış kiçik yad cisimlər pinset və dezinfeksiya edilmiş əllə çıxarılır.
5.Yaranı su ilə yumaq , yaraya məlhəm və dərman tozu səpmək və pambıqla silmək olmaz.
6.Yaralanmalar zamanı daxili üzvlər (bağırsaqlaq, piylik) çölə çıxarsa onları öz yerlərinə salmaq olmaz, boşluqlar infeksiyalaşa bilər. Bu zaman çölə çıxmış üzvlərin üstündən yaraya aseptik sarğı qoyulur.
7.Baş zədələnmələrində sıxıcı sarğı qoymaq, döş qəfəsinin dəlib keçən yaralarında germetik sarğı qoymaq
8.Yarada olan çirki, qumu, torpağı hidrogen-peroksid məhlulu iləyumaq, yara üzərində olan xırda cisimləri ( tikan, şüşə və metal qırıntıları) təmizləmək. Yaranın dərin təbəqələrinə keçən xarici cisimləri və çirki ilk yardım göstərən zaman təmizləyib götürmək məsləhət deyil. Toxumaların dərinliyinə keçən xarici cisimlər qan damarlarını zədələyə bilər və orada tıxac kimi qalır. Onu yaradan çıxaranda güclü qanaxma baş verər.
9.Güclü ağrılarda ağrıkəsicilər (analgin, promedol) vurulur.
10.Ətrafların geniş yaralanması zamanı onların tərpənməzliyi (immobilizasiya) təmin edilir.
11.Xəstə təcili xəstəxanaya - cərrahi şöbəyə göndərilir
Dostları ilə paylaş: |