Azərbaycan döVLƏt pedaqoji


Mövzu 1 :Yanıqlar haqqında anlayış



Yüklə 94,5 Kb.
səhifə2/7
tarix02.01.2022
ölçüsü94,5 Kb.
#42525
növüMühazirə
1   2   3   4   5   6   7
18.Yanıqlar, donmalar, elektrozədələr

Mövzu 1 :Yanıqlar haqqında anlayış

Dəri toxumalarının,dəri təbəqəsinin və üzvlərin yüksək temperatur,kimyəvi maddələrlə,elektrik cərəyanı ilə və nüfuzedici radiasiyanın təsiri ilə zədələnməsinə yanıq deyilir.

Yanıqlar termiki,kimyəvi,şüa,elektrik və ildırım cərəyanlarından baş verən yanıqlara bölünür.

Yanıqlar travmanı törədən səbəbə,patoloji-anatomik nişanələrinə və cərrahi təsnifatına görə ayırd edilir.

Travmanı törədən səbəbə görə 4 cür yanıq təsnif olunur:

1.Termiki yanıqlar - toxumalara yüksək temperatur,isti buxar,isti maye,qaynar su,alov,günəş şüalaından və s. əmələ gəlir.

Yanığın dərəcəsi termiki amilin təsir müddətindən,onun temperaturunun yüksəkliyindən asılıdır.Temperatur nə qədər yüksək,termik amilin təsir müddəti isə nə qədər uzundursa,toxumalar bir o qədər çox zədələnir.

Ən ağır yanıqlara ərimiş metal düşdükdə rast gəlinir.

2. Kimyəvi yanıqlar – bu yanıqlar konsentrasiyalı turşu,qələvi və fosfordan,ağır metalların həll olunan duzlarından,zəhərli kimyəvi maddələrin toxumalara təsirindən əmələ gəlir.İstehsalat travmalarına məxsus kimyəvi yanıqlar,əsasən əllərdə,ayaqlarda,üzdə təsadüf edilir.

Belə yanıqlar zavodlarda,laboratoriyalarda işləyən şəxslərdə baş verir.

Ağzın selikli qişasında,yemək borusunda,mədədə təsadüf edilən yanıqlar səhlənkarlıq və ya özünəqəsd məqsədi ilə baş verir.Bu yanıqların ağırlıq dərəcəsi yanığı törədən kimyəvi maddələrin toksiki təsirindən və konsentrasiyasından asılıdır.

Yüngül yanıqlar zamanı yerli iltihab,ağır yanıqlar zamanı isə toxumaların nekrozu,yəni yerli ölüm baş verir.

Yanıq nahiyəsində toxumaların uzun müddət fəaliyyətdən qalması sinir- sisteminin pozuntusu ilə əlaqədardır.

Turşulardan əmələ gələn yanıqlar zamanı zülalların çürüməsi baş verərərək, nəticədə toxumalarda müxtəlif rəngdə quru nekroz əmələ gəlir.

Ətrafdakı toxumalarda infiltrat yaranır,damarlarda qan durğunluğu və tromboz yaranır.

Qələvilərdən əmələ gələn yanıqlar zamanı yanığın sərhədi olmur.Yara yumşaq,konsistensiyalı,çox dərin olur.Qələvinin yaradan xaric edilməsinə baxmayaraq təsiri hələ də qalır,yaranın dibinə çökmüş qan qara rəngəçevrilir.Qələvilər tükləri əridir,belə yanıqlarda 1-2 gündən sonra tam sərhəd yaranır.Sutka ərzində nekroz əmələ gəlir,yara sürüşkən olur.

Fosfordan əmələ gələn yanıqlar zamanı fosfor düşdüyü yerdə toxumaların arası ilə yana-yana gedir və bütün fosfor kütləsi yanıb qurtarana qədər dərində yerləşən toxumalara daxil olur.Fosfor kütləsi yanıb qurtardıqdan sonra yanıq da sönür.

3.Elektrik yanıqları – bu elektrik cərəyanından və ildırım vurmasından baş verir.

4. Şüa yanığı – nüvə və ya atom bombasının partlamasından əmələ gəlib,rentgen və neytron şüalarının alfa və betta hissəciklərinin təsirindən baş verir.

Şüa enerjisi toxumalarda məddələr mübadiləsinin və molekulların bir-biri ilə əlaqəsini pozur.Nəticədə toksiki məddələr əmələ gəlir.Sinir sistemi pozulur,kapillyarların parezi baş verir,bu da qanda durğunluq əmələ gətirərək toxumaların ödemini törədir.

Çox güclü şüa enerjisindən dəri toxumalarda yanıq əmələ gəlir və xarakterik simptom olaraq quru nekroz müşahidə olunur.

Şüadan əmələ gələn yanıqlar 5 dövrə bölünür:

1. İlkin reaksiya dövrü - yanıqdan sonra əmələ gəlir və 4-5 saat davam edir,dəridə qızartı və ağrı baş verir.

2. Prodromal və ya gizli dövr – bu dövr bir neçə saatdan 30-35 günə qədər davam edir.Bu da şüalanmanın dozasından asılıdır.

3. Hiperemiya və ödem dövrü – bu dövrdə dəri qalınlaşır,mərmər rəngi alır,dəri qızarır,çoxlu ödem əmələ gəlir,ağrılar başlayır və dəri ağac kimi bərkiyir.

4. Eksudasiya dövrü – bu dövrdə suluqlar əmələ gəlir,sonra partlayır və qırmızı rəngdə xoralar,eroziyalar baş verir.

5.Xora və nekroz dövrü – bu dövrdə xoraların rəngi al-qırmızı olur və yaranın dibində nekroz əmələ gəlir. Xoralar günü – gündən dərinləşir və böyüyür,tamamilə bəd xassəli şişi xatırladır.Yara sağalmayaraq xəstə tələf olur.

Yanıqdan sonra toxuma qatlarında gedən patoloji-anatomik dəyişikliklərə görə yanıqlar V dərəcəyə bölünür:

I dərəcə - dəri qızarır və azacıq ödem olur,bu ancaq dərinin epidermik qatında müşahidə edilir.

I dərəcəli yanıq 2-3 günə sağalır,yanan yerdə piqmentasiya əmələ gəlir və sonradan epidermis ( dərinin üst qatı ) qopub düşür.

II dərəcəli yanıqda dəridə suluqlar əmələ gəlir,suluqların içərisində seroz maye olur.Suluqlar yanıqdan bir neçə dəqiqə sonra və ya ertəsi gün görünür.Dərinin üst qatı ölgünləşir,suluğu qopardıqda açıq-qırmızı dəri qatı

görünür.Xəstəlik heç bir ağırlaşma vermirsə,4-6 günə suluğun içərisindəki maye sorulub gedir.Təzə epidermisin rəngi çəhrayı olur və asan zədələnir.Ağırlaşma olduqda isə suluğun içindəki maye irinləyir.Nəticədə çapıq toxuma əmələ gəlir,sağalma uzanır və gedişi pisləşir.

III dərəcəli yanıqda dərinin üst qatı ölgünləşir,yanmış sahədə tünd rəngli qatmaqlar əmələ gəlir,epidermis qişasının nekrozu başlayır.Bunlar yüksək temperaturun təsiri ilə zülalların laxtalanması və qan dövranının pozulması nəticəsinda olur.

III dərəcəli yanıqların sağalması 2 mərhələdə baş verir,əvvəl qartmaqlar qopur,yerində qranulyasiya yəni birləşdirici toxumanın artması əmələ gəlir,ikinci mərhələdə bu bitişmə toxumaları ilə əvəz olunur.Bu dərəcədən olan yanıqlar bir neşə aya sağalır.

IV dərəcəli yanıqlarda dəridən başqa daha dərində yerləşən toxumaların,yəni dərialtı hüceyrələrin,əzələlərin,sümüklərin nekrozlaşması müşahidə edilir.Sağalma çox ləng gedir,böyük çapıqlar əmələ gəlir.

V dərəcəli yanıqlarda ayrı-ayrı toxuma sahələrinin,bəzən də ətrafların kömürləşməsi kimi hallar müşahidə olunur.Yanığın klinik mənzərəsi yanmış sahənin böyüklüyündən və dərəcəsindən asılıdır.Bədənin 30%-dən artıq hissəsinin yanması ölümlə nəticələnir.

Yanıqların dərəcəsi məlum olduqdan sonra onun proqnoz və müalicə-

si üçün yanığın tutduğu sahəni və dərinliyini bilmək ən vacib məsələdir.

Yanıq sahəsinin təyini aşağıdakı metodla aparılır:

I. “Ovuc”səthi – bu metodla yanıq sahəsini ilk yardım və təcili müalicə zamanı ölçmək çox asan olur.Ölçü vahidi hesab olunan hər bir ovuc səthi 1-1,2 % hesablanır.Ayrı-ayrı nahiyələrdə yerləşən yanıqlar ovucla ölçülüb,alınan faizlər bir-birinin üzərinə gəlinib hesablanır.

II. “Doqquzlar” qanunu – bu metodda bədənin bütün sahəsi 100% götürülür.Yanıqla zədələnmiş nahiyələr seqmentlərə bölünərək faizlə hesablanır:

Bədən səthinə baş və boyun 9%,yuxarı ətrafın hər biri 9%,gövdənin ön səthi 18%,arxa səthi 18%,aşağı ətrafın ön səthi 9%,arxa səthi 9% təşkil edir,aralıq və cinsiyyət orqanları isə 1% hesabı ilə götürülür.

Yanıqdan sonrakı dəyişikliklər təkcə yerli xarakter daşımayıb,orqanizmin bütün orqan və sistemlərində funksional dəyişikliklərə səbəb olur.Orqanizmin bu ağır dəyişikliklərini yanıq xəstəliyi adlandırırlar.

Yanıq zamanı sinirlərlə gələn ağrı impulsları mərkəzi sinir sisteminin tənzimedici sistemini pozur,nəticədə qan damar və tənəffüs mərkəzlərinin fəaliyyəti pozulur.Əgər bədən səthinin 30%-i yanmışsa çox ağır ümumi dəyişikliklər,10%-i yanmışsa yerli əlamətlər meydana çıxır və orqanizmdə qısa, yüngül reaksiya,ağrı,yüksək temperatur,baş ağrıları törənir.

Yanıq xəstəliyi şərti olaraq 4 dövrə bölünür:

1.Yanıq şoku dövrü – bu dövr yanıq travmasından 1-2 saat sonra baş verir.Bu şok digər şoklardan çox fərqlənir.

Qan təzyiqi sabit qalır,ancaq başlanğıc dövrdə ürək fəaliyyəti zəifləyir.Bu dövr üçün xarakter hal dörv edən qanın həcminin azalması,plazmanın itməsidir.Plazmanın tərkibində zülallar itməyə başlayır və toxumaarası mayeyə qarışaraq qanın kolloid-osmotik təzyiqi enir.

Yanıq şoku 2 yerə bölünür: birincili və ikincili.

Birincili şok travmadan 1-2 saat sonra başlayır.

İkincili şok isə yanıqdan 1-2 sutka sonra başlayır.

Erkən fazada venoz təzyiq artır,torpid fazada isə həddən artıq aşağı enir.

Beləlikə ağrı,toksemiya,plazmanın itməsi yanıq şoku üçün əsas amildir.

2.Kəskin toksemiya dövrü – bu dövr yanıqdan bir neçə gün sonra başlayır,ilk saatlarda üşütmə,titrətmə,yüksək temperatur müşahidə olunur.Sonralar bakteriyaların toksinləri yanıq səthindən orqanizmə sorulur və parenximatoz orqanlarda patoloji dəyişikliklər başlayır.Yanıq səthində külli miqdarda plazmanın itməsi,qusma,toxumaların susuzluğu,biokimyəvi dəyişikliklər orqanizmdə toksemiya halı törədir.Xəstələrdə həyəcan,gövdə və ətraf əzələlərinin qıcolması,süstlük,komatoz hal baş verir.Xəstələrdə daimi susuzluq yaranır,daxili orqanların funksiyası pozuılur,sidik ifrazı azalır,yaxud anuriya halları meydana çıxır.Bu dövrdə xəstələrə qan və qanəvəzedicilər köçürülür.Qanı dəyişmə üsulu ilə vurmaq yaxşı nəticə verir.Yanığı olan xəstədən 300-400 ml qan buraxılır,sonra onun əvəzinə 400-500 ml donor qanı vurulur.

Bu üsulu 3-4 dəfə təkrar etməklə intoksikasiyanı xeyli azaltmaq mümkündür.

3.Septikosemiya dövrü – bu dövr yanıq yarasının irinləməsindən sonra başlayır.Belə ki,əlavə olaraq sepsis də baş verir və ağır vəziyyət yaranır.Geniş yanıqlarda psixoastenik hal inkişaf edir.Bunun fonunda yuxululuq,ağır hallarda huşun qaralması müşahidə olunur.

Yanıq xəstəliyində psixozlar qısa müddətli olur,bəzən də bir neçə ay davam edə bilir.

İsterik hallar,xasiyyətin dəyişməsi,oddan qorxma müşahidə olunur.

Anemiya yanıq yarasının sağalmaması,pnevmaniya,yataq yaralarının əmələ gəlməsi xəstədə areaktiv halın meydana çıxmasına səbəb olur.

4.Sağalma dövrü – xəstəliyin gedişi qənaətbəxş olarsa yarada sağalma müşahidə olunur,sonra yanıq yerində kobud çapıqlar qalır.Bəzən də üzərində

xora əmələ gəlir və gələcəkdə belə xəstələrə plastik əməliyyatlar aparmaq tələb olunur.

Yanıq xəstəliyi sepsisin inkişafına,mədə-bağırsaq traktında yaraların əmələ gəlməsi və hepatitlə fəsadlaşa bilər.Hətta yumşaq toxumaların apsesinin,qızıl yelin,tromboflebitin,linfangitin və linfadenitin inkişafına da səbəb olur.


Yüklə 94,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin