İlk yardım və müalicə
Əzələlərdə tonik yığılmalar nəticəsində çox vaxt xəsarətə uğrayanlar özgənin yardımı olmadan cərəyan keçiricisindən qopub ayırmaq imkanında olmurlar və buna görə də ilk vəzifə elektrik cərəyanını açmaqdan ibarətdir.
Yardım göstərənin özü cərəyanın təsirindən zərər görə bilər.Buna görə qəzaya uğramışı azad etdikdə cərəyan keçirməyən və ya pis keçirən əşyalardan (rezin əlcək,quru ağac və s.) istifadə edilməlidir.
İlk yardım hadisə yerində mümkün qədər tez `göstərilməlidir.Bu cəhətdən başlıca tədbir süni tənəffüsdür ki,onu bir neçə saat ərzində davam etdirmək lazımdır.Süni tənəffüslə yanaşı naşatır spirti iylətmək lazımdır.
Oksigen inqalyasiyaları ilə əzələ daxilinə lobelin,ürək dərmanlarından – kofein,kordiamin,korqlükon vurulur.
Xəsarətə uğrayanda sianoz halları göründükdə 400-500 ml qan buraxmaq lazımdır.Əgər xəsarət alan xəstəxanaya çatdırılarsa,kəskin kollaps və ürəyin ilkin dayanması halları baş verərsə,ağciyərlərin süni ventilyasiyası,arteriya daxilinə konservləşdirilmişqan vurmaq,ürəyin qapalı masajı,ürək əzələsinə adrenalin inyeksiyası etmək müsbət nəticə verir.Canlandıqdan sonra xəstə 24-48 saat ərzində həkim nəzarəti altında olmalıdır.
Elektrik cərəyanının əmələ gətirdiyi yerli xəsarətlər əvvəlcə konservativ üsulla müalicə edilir.Novakain blokadaları,Vişnevski emulsiyası,furasillin məlhəmi ilə sarğılar qoyulur.
Ətrafı kömürə döndərmiş geniş və ağır zədələnmələrdə demarkasion xətt aşkar olunan kimi amputasiya olunmalıdır.Amputasiya zəruri olduqda belə konservativ müalicədən istifadə olunmalıdır.
Profilaktikası
Elektrik cərəyanının təsiri nətəsində əmələ gələn bədbəxt hadisələrin və bütün elektrotravma hallarının qarşısını almaq üçün elektrik tətbiq olunan bütün istehsalatlarda təhlükəsizlik mexanikası təmin olunmalı,əməyin mühafizəsi düzgün təşkil edilməli, fəhlələrə bu sahədə geniş məlumat verilməlidir.
Dostları ilə paylaş: |