İlk yardım və müalicə
Xəsarətə uğrayanı mümkün qədər havası ilöq olan binada yerləşdirmək lazımdır.Donmuş sahələri spirtlə silir və qan dövranı bərpa oluna qədər zərif masaj edirlər.Donmuş xəstəyə təcili isti vanna edib,qan dövranını bərpa etmək lazımdır.Vannadakı suyun temperaturu 22-30 dərəcə olmalı sonra suyun temperaturunu 30-35 dərəcəyə qaldırmaq lazımdır.ətraf spirtlə silinib,aseptik sarğı ilə sarınmalı və qaldırıcı vəziyyət verilməlidir.Vişnevski üsulu ilə dairəvi novokain blakadası olunur,əzələyə və ya venaya 5000-10000 vahid heparin vurulur,250-500 ml fizioloji məhlul və ya 5%-li qlükoza məhlulunda 5 ml prental həll edilib,damcı üsulu ilə venaya vurulur.Xəstəyə isti çay,kofe verilir,antibiotiklər təyin olunur.
I dərəcəli donmada fizioterapevtik müalicə ultrabənövşəyi şüalar verilir.
II dərəcəli donmada donan sahə spirtlə silindikdən sonra suluqlar kəsilir və aseptik sarğı qoyulur.
III dərəcəli donmada suluqlar çıxarılır,məlhəmlərlə aseptik sarğı qoyulur.Qranulyasiya əmələ gəldikdən sonra Vişnevski,penisillin və streptosid məlhəmi qoyulur.Fizioterapiya,müalicəvi bədən tərbiyəsi yaxşı nəticə verir.
IV dərəcəli donmada ölmüş toxumalar çıxarılıb atılır.Ətraf amputasiya edilir.Güdülə məlhəm qoyulur və autoplastika aparılır.
Profilaktikası
Qoşunlarda donmaların qarşısını almaq üçün profilaktik tədbirlər aparılmalıdır.Xüsusən ayaqqabının düzgün seçilməsi və oan qulluq edilməsini,soyuqlar düşdükdə keçə ayaqqabının dəri ayaqqabıya dəyişdirilməsinin,islanmış patavaların dəyişdirilməsi və qurudulmasını,hərbiçilərin isti yeməklərlə təmin edilmələrinin,səngərlər və dəyələr qurulmasının çox böyük əhəmiyyəti vardır.
Dostları ilə paylaş: |