Azərbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu



Yüklə 2,27 Mb.
səhifə26/39
tarix26.12.2016
ölçüsü2,27 Mb.
#3518
1   ...   22   23   24   25   26   27   28   29   ...   39
II F Ə S İ L
AZƏRBAYCAN DİLİNDƏ SÖZ YARADILIĞI PROSESİ

VƏ ETNOQRAFİZMLƏR
Təbiidir ki, etnoqrafiya elmi hər bir xalqa məxsus özümlü cəhətləri, məişəti, həyat tərzini, maddi və mənəvi mədəniyyət, adət-ənənə və s.ni öyrəndiyi üçün, araşdırdığı üçün burada lüğət tərkibindən söhbət gedərkən birinci növbədə həmin xalqın qədim milli söz və deyimləri, onomastik ad sistemi nəzərdə tutulmalıdır. Lüğət fondu milli tərkib cəhətdən, mənşə etibarilə, əsasən, Azərbaycan dilinin öz sözləri əsasında yaranır.

Lüğət tərkibinin dəyişməsini, inkişafını dilin lüğətlərini izlə­məklə də müəyyənləşdirmək olar. Əlbəttə, ədəbi dilimizin uzun tarixli inkişaf mənzərəsini təsəvvür etmək üçün ötən əsrlərdə olduqca az tərtib edilmiş lüğətlər // burada isə əksəriyyəti ikidilli lüğətlərdir/ bir o qədər də əsas vermir. Bu cəhətdən son yüzilin mövqeyi daha çox diqqəti çəkir. «Lüğət tərkibini sovet dövründə / bu dövr 71 il davam etmişdir – İ.M./ necə inkişaf etdiyini müxtəlif illərdə tərtib olunmuş lüğət kitablarının sözlüyünün müqayisəsi yolu ilə müəyyənləşdirmək olar. Məsələn, S.M.Qəni­zadənin lüğətində / lüğəti – rus və tarixi əsəri. S.M.Qənizadə, Bakı, «Kaspi» 1909/ ictimai- siyasi leksika yox dərəcəsindədir, eləcə də o sözün ki, 20-ci, 30-cu illərdə ictimai- siyasi məzmunu güclənir, bu lüğətdə daha çox məişət məzmununda çıxış edir. Onun lüğətlərində etnoqrafik leksika üstündür /Başqa cür ola da bilməzdi: hələ ictimai-siyasi məzmun güclənməmişdi –İ.M./ . Həlbuki sovet dövrü / siyasi hakimiyyətlə bağlı xalqımızın yaşamalı olduğu 71 il sovet hakimiyyətinin adı ilə belə adlandırılmışdır – İ.M./ bu cür vavhidlər minimal həddədir. Sovet dövrünə qədər deyək ki, İ.Nəsiminin, M.Füzulinin, M.P.Vaqifin dilində etnoqrafik leksikanın işləkliyi dilçilik ədəbiyyatında onların dil demokratizmi kimi qeyd edilir. Sovet dövründə də ən çox ədəbi- bədii, eləcə də publisist dildə bu cür vahidlər işlənir. Lakin artıq bunu inqilabaqədərki dövrdə olduğu dərəcədə qiymətləndirmək mədəni-tarixi, eləcə də linqvistik –idraki baxımdan düzgün deyil. Benəlmiləl leksikanın axını / ictimai şüurun rus- apropa düşüncə tərzinə üz tutması ilə əlaqədar olaraq / xüsusilə 20-ci – 30-cu illərdə lüğət tərkibinin etnoqrafik aktivliyi ilə mübarizədə qalib çıxır, hətta dünənə qədər etnoqrafik məzmunu ilə küngdə- bucaqda qalan söz bu gün ictimai- siyasi mənaya malik olur, sinfi mübarizə silahına çevrilir. Ümumiyyətlə, sözün ictimai dəyəri təbii gedişlə artmır, sözə məzmunu zamanın ictimai aktivliyi verir.1

Azərbaycan dili leksikasının ay rı- ayrı sahələrində olduğu kimi etnoqrafik leksika sahəsində də söz yaradıcılığı problemini araşdırmaq leksikologiya elmi üçün tarixi və müasir plandp mühüm əhəmiyyət kəsğ edir. Bəllidir ki, Azərbaycan dilinin söz yaradıcılığı məsələlərindən bəzs edən tədqiqatçılar təsnifatlar aparmışlar. S.Ə.Cəfərov sözyaradıcılığında üç: a/ leksik, b/ mor­foloji, v/ sintaktik yolla sözlərin yaranmasından danışmışdır.2 H.Ə.Həsənov isə söz yaradıcılığının əsas tiplərinə a/ leksik- semantik, b/ sorfoloji- sintaktik, v/ leksik- morfoloji, q/ leksik- sintaktik üsulları daxil etmişdir.3 Başqa tədqiqatçılar da bu barədə təsnifatlar aparmışlar. Biz isə Azərbaycan dilçiliyində söz yaradıcılığında ənənə kimi sabitləşmiş, leksik, morfoloji, sint aktik üsullar əsasında tədqiqat aparmışıq. Araşdırmamızda bunlara istinad etmişik. Yeri gəlmişkən etnoqrafik sözlərdən termin yaradıcılığında istifadə edilməsi faktına da diqqət yetirək.


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin