II. Morfoloji üsul
Azərbaycan dilinin söz yaradıgılığında, xüsusən də termin yaratmada morfoloji üsul müstəsna yer tutur. Bu cəhəti biz etnoqrafik leksikanın tədqiqində də görə bilərik. Ana dilimizin söz yaradıcılığı imkanları daha çox sözdüzəldici şəkilçilər vasitəsilə aşkarlanır. Ayrı- ayrı tematik söz qruplarının formalaşmasında məhsuldar olan sözdüzəldici şəkilçilər burada da məhsuldardır, söz yaratmaqda fəaldır. İndi biz bu affikslər əsasında yaranan düzəltmə etnoqrafik sözləri nəzərdən keçirək.
-çı, -çi,- çu,- çü. Vaxtilə Mahmud Kaşğari- çı şəkilçisi haqqında belə bir fikir irəli sürmüşdür: Əgər müəyyən bir sənət sahəsi o sənətdə çalışanın xüsusiyyətlərini əks etdirirsə, onda adların sonunda – çı şəkilçisi əlavə edilir ki, bu cəhətə görə bütün türk xalqları birləşirlər. Məsələn, tarığ sözündən tarığçı /əkinçi/, etük – etükçi /çəkməçi/… etçi, etmekçi, tarıqçı, etüksi kimi ifadələr də adlardan yaranmışdır. /M.Kaşqari, II c., 48-49/.
-çı 4 affiksı ayrı- ayrı isimlərə qoşularaq peşə- sənətlə bağlı düzəltmə etnoqrafizmlər əmələ gətirir.
I/ Məişət sözlərinə qoşulmaqla müxtəlif sənət sahiblərinin adlarını bildirir:
a/ geyimlə bağlı etnoqrafik sözlərə əlavə olunub peşə- sənət bildirir: başmaqçı, kürkçü, papaqçı, çarıqçı, çustçu, çəkməçi:
b/ ev, məişət əşyalarının, palaz, başqa toxunma məmulatları və s. adlarına qoşulub işlənənlər: ələkçi, ipəkçi, keçəçi, kilimçi, kisəçi, mişarçı, odunçu, oymaqçı, palançı, süpürgəçi. Təknəki, tikməçi, xalçaçı, həsirçi, çəlləkçi.
v/ bəzi sözlərə qoşularaq təsərrüfat, məşğuliyyət, ticarət, fəaliyyət və b. sahələrə məxsus şəxsləri bildirən etnoqrafizmlər əmələ gətirir: arabaçı, arşınmalçı, qalayçı, dəyirmançı, dəmirçi, zərbçi, dulusçu, dükançı, əbəçi, əkinçi, əmanətçi, zurnaçı, ilxıçı, karvansaraçı, kotançı, kömürçü, körükçü, kümçü, kürəçi, naxırçı, ovçu, pinəçi, sələmçi, çığırçı, suvaqçı, suçu, tənəkəçi, xırdavatçı, xırmançı, xırçı, çərçi, cütçü.
q/ yemək adlarına qoşularaq peşə bildirən sözlər əmələ gətirir: kababçı, səbzəvatçı, südçü, çörəkçi, halvaçı.
ğ/ inam, ibtidai təsəvvür, dini baxış, adət-ənənə, əqidə. Xalq təbabəti ilə bağlı sənətə, məşğuliyyətə, vəzifəyə aid düzəltmə etnoqrafizmlər yaranır:
duaçı, elçi, ziyarətçi, ilahiyyatçı, yançı, mövhumatçı, muştuluqçu, ovsunçu, sınıqçı, təriqətçi, türkəçarəçi, falçı. Bu affiks daha başqa sözlərə qoşulmaqla müxtəlif məzmunlu peşə- sənət sözləri əmələ gətirir: arançı, dəbbəçi, qapıçı /şah, xan sarayında/, əbəçi, yolçu, kəndçi, məzhəçi, carçı, şəbəkəçi, şirçi.
-lıq,- lik,- luq,- lük.
a/ peşə- sənət, vəzifə, vəziyyət, ictimai mövqe, məşğuliyyət bildirən məfhumlar əmələ gətirir: əllaflıq, dəllallıq, dülgərlik, evdarlıq, zərbaflıq, zərgərlik, yasaqlıq, girəkeşlik, k.çərilik, kübarlıq, misgərlik, muzdurluq, nəqqaşlıq, nikahsızlıq, rəncbərlik, sövdəgarlıq, təbəlik, camadarlıq, canbazlıq, xanlıq, xarratlıq, xəttatlıq, çarvadarlıq, həkkaklıq.
b/ qohumluq əlaqələrini bildirən, adət- ənənə ilə, geyim, toxuculuq, bəzək- düzəklə bağlı işlənən sözlər, məfhumlar yaradır: alınlıq, arxalıq, başlıq, qudalıq, dizlik, donluq, döşlük, ənlik, ərişlik, iplik, yaylıq, yengəlik, kirvəlik, gəlinlik, muştuluq, mübarəkbadlıq, noxtalıq, tərlik, canlıq, şirinlik.
v/ dini bayram və vəzifə, etiqadla, inamla bağlı məfhumları bildirən etnoqrafizmlər əmələ gətirir: zahidlik, zəvvarlıq, zərdüştilik, məhərrəmlik, namazlıq, orucluq, evliyalıq, rövzəxanlıq, sehrbazlıq.
q/ bitki adlarını bildirən, məskən, yer anlayışını ifadə edən sözləri yaradır: dirrik /dirlik/, əvəzlik, samanlıq, üzərlik, yemlik, şənlik.
ğ/ yeməklə əlaqədar məfhumları, vaxt, zaman məzmunu yaratmaq üçün söz yaratmaqda iştirak edir: yavanlıq, obaşdanlıq, öynəlik, şirinlik, şişlik, kabablıq.
d/ müxtəlif məzmunlu başqa düzəltmə sözlər əmələ gətirir:
damazlıq, xatircəmlik, xərylik, hoqqabazlıq.
- çılıq, - çilik, - çuluq, - çülük şəkmlçiləri müxtəlif sənət, peşə, məşğuliyyət, təsərrüfat və s. sahələri, ictimai vəziyyəti bildirən etnoqrafik sözləri yaradır: baramaçılıq, atçılıq, qatırçılıq, qoyunçuluq, dəvəçilik, dəmirçilik, dirrikçilik. Dulusçuluq, əkinçilik, yolçuluq, gümçülük, nəvərçilik, ovsunçuluq, papaqçılıq, sələmçilik, təriqətçilik, xalçaçılıq, camışçılıq, falçılıq.
-ça, - çə,- Kiçiltmə məzmunlu etnoqrafixmlər əmələ gətirir: boxça, dolabça, dolça, döşəkçə, düyünçə, dükçə, ənbərçə, kələfçə, k.tücə, güləcə, külçə, gödəkçə, nimçə, nrvalça, sandıqça, saplıca, taxta, fırça, xalça, xonça, çömçə.
-aq,-- ək,- ıq,- ik,- uq,- ük
a/ bu şəkilçilər fel köklərinə qoşularaq yatacaq, geyim şeylərinin adlarını bildirən fkli isimlər – etnoqrafizmlər əmələ gətirir: dəyişək, dolaq, döşək, yastıq, yataq, köynək, sırıq.
b/ məişətdə işlənən müxtəlif alət, qab –qacaq, əşya və başqa məmulat adlarını yaradır: alıq, qalaq, daraq /yun darağı/, dəyənək, dirək, doğanaq, ələk, yaraq, yumaq, yüyürük, yürük, körük, kürək, gərdək, oraq, ocaq /od- aq/, sandıq, tabaq, təzək, çəlik, çilik, çöpük, çubuq, hörük.
v/ yemək və bitki adları əmələ gətirir: qatıq, kəsmik, əyirdək, suluq /, tərək /halva/, çörək, cızdaq, hədik.
q/ xalq təbabəti üçün işlək olan xəstəlik adlarını bildirən və başqa tibbi termiqlər yaradır: döyənək, öskürək, çiçək, çıxıq, sınıq.
ğ/ başqa sözlər: daşqalaq, tağalaq, çanaq, balıq, darbalaq, divanxana, baramaxana, qəlyanaltıxana /xana/, dəmirçixana. Dulusxana, düşbərəxana, zərbxana, zərxana, karxana, kümxana, meyxana, /I. Mey içilən yer. 2. şifahi xalq ədəbiyyatı janrı – mahnı/, mollaxana. Sallaqxana, sərracxana, sikkəxana, təndirxana, toyxana, həlləcxana, hərəmxana, çaparxana, çəlləkxana, xəngəlxana.
Yeni yarananlar /Son 70 ildə/: aşxana, qəlyanaltıxana, düşbərəxana, yeməkxana, kababxana, toyxana, çayxana.
- xan – dəstərxan, zilxan, mərsiyəxan, növhəxan, pəsxan, rövzəxan.
şünaslıq – diyarşünaslıq, ölkəşünaslıq, xalqşünaslıq…
- baz – kəndirbaz, oyunbaz, sehrbaz, hoqqabaz, canbaz.
- ava – qaysava, patava, paxlava, halva, şoraba.
-gər – dülgər, zərgər, misgər, gərgər, çilingər, cadugər.
- ğı, - kə,- gə,- gü,- gah – çalğı, şəbəkə, döngə, dühərgə, bölgə, kimgə, süpürgə, çəegə, ziyarətgah, ibadətgah, iqamətgah, cövlangah, sürgü.
- kar – qələmkar /süfrə/, peşəkar, sənətkar, sərkar.
- dan – qələmdan, qənddan, qəhvədan, yağdan, gülabdan, nəməkdan, sürmədan, çıraqdan, şamdan, süddan.
- ov – buzov, buxov, oxlov, selov, tilov, çalov, çilov.
- laq – yaylaq, oalaq, tağalaq, şallaq.
- man – dəyirman, dudman.
- əc, - əcək,- acaq,- əcək.
- mac,- manc,- məc,- mənc.
a/ yemək məhsullarının adını əmələ gətirir: qaxac, döyəc, umac döymənc //düymənc, tıxlamac / tıxlamanc – çoxlu çörək doğranılmış xörək, tırtdamac /Ş. Kərimov, 116/.
b/ məişət əşyaları və geyim adları düzəlir: döşənəcək, geyinəcək, geyincək, güvəc, tutacaq /Şirvanda qazanqapdı/, çapacaq.
- ac şəkilçisi tarixən peşə- sənət sözləri də yaradır.
Sərrac,- həllac,- hərrac.
- namə- əhdnamə, iltizamnamə.
- z,- yaz,- maz. Dərz,- dəryaz.
- saz – rəngsaz, saatsaz.
- cik, evcik- evcik.
- keş, qiyməkeş, dəmkeş, malakeş, peşkəş.
- kan, - kən, məskən, miçətkən, erkən, çəpkən.
- mac, - məz. Bu şəkilçilər fellərə qoşularaq yemək adlarını, əsasən, süd məhsullarından, ağartı növlərindən əmələ gətirir:
Bulamac // bulama, qotmac, doğramac // doğrama, yaxmac// yaxma, sallamanc, kətəməz, kərəməz.
- urt, - ut, - at,- ət,- t. Bu şəkilçilər də, əsasən, ağartı adları başqa yemək adları, eləcə də digər sözlərin yaranmasında iştirak edir: qovut, qurut, yoğurt, xeyrat, yu yat, ölət /bax «Hacı Qara»/ suvat və s.
- dar. Bu fars mənşəli şəkilçi sahiblik məzmunu bildirdiyi üçün sənətə, işə, vəzifəyə mənsubluq bildirir: anbardar /kəllədar, çarvadar, çodvr, camadar, cindar.
-çin, - qın. Bu şəkilçi bəzi geyim – kecim adlarına qoşularaq başqa yeni geyim ifadə edən terminlər əmələ gətirir: kəmərçin. Lapçın /ayaqqabı növü/.
- ic. Məişət sözləri yaradır: kərpic, sərnic.
- ğa – qovurğa, dovğa.
-ağan, - an,- ən. Məişət sözləri vaxtilə tarixən peşə və sənət bildirən mürəkkəb sözlər /hazırda köhnəlmişdir/ əmələ gətirir: ilangəzdirən, Ö ilanoynadan, yatağan /əyri- qılınc/, yorğan, yundarayan, yuxayayan, yuxuyozan, tasquran, falabaxan, rəmlatan /rəmmal/.
- alğa,- əlcə,- gə. Bəlkə, görəlgə, çıralğa, tutalğa.
- ma,- mə. Etnoqrafik söz yaradıcılığında məhsuldarlıq ilə seçilən şəkilçilərdəndir. Çox vaxt türkoloji ədəbiyyatda, xüsusilə Azərbaycan dilçiliyində feldən isim düzəldən şəkilçilərlə feli ad şəkilçiləri bir- birilə qarışdırılır. Məsələ burasındadır ki, bir sıra şəkilçilər / - ma,- mə,- ış,- iş… və s./ fellərə artırılaraq əşya məzmunlu sözlər / süzmə, yarma, çalma, qovurma, bozartma, çıxış, döyüş və s./ yaratdığı kimi, əksər hallarda bu şəkilçilərlə düzəlmiş sözlərdə əşyavilikdən çox hərəkət mənası özünü göstərir və belə sözlər həm felə, həm də ismə xas olan xüsusiyyətə malik olur: həm də bu şəkilçilər bütün fellərə artırılaraq feli ad düzəldə bilirsə, isim düzəltmək üçün yalnız bir tneçə sözə artırılır, bu şəkilçilərlə düzəlmiş sözlərin özü də iki mənalı olur. Belə ki, yarma həm yarma prosesini, həm də buğdadan hazırlanan yemək adını bildirir.1
a/ bunun vasitəsiləfellərdən yaranan sözlərin böyük əksəriyyəti yemək adlarıdır: atılama, axtarma, acıtma /balatı/, basdırma, bozartma, buğlama, bulama /bulamac/, qızartma, qovurma, daşma /düyüaşı/, dələmə, dişləmə /çay/, dolma, döyməkabab, döşəmə /aş/ əzmə/ püre/, yayma/ südlüsıyıq/, yarma /aşı, çilov/, salma /çay/, səbziqovurma, soyutma, közdəmə / kömbə Ş.Kərimovdan/, süzmə, pörtdəmə, tıxma, turşuqovurma, çölmə, çığırtma, bozartma.
b/ adət- ənənə, mərasim, ayin adları əmələ gətirir: adaxlama, adaxlanma, adqoyma // adqoydu, atçapma, belbağlama, beşikkərtmə// beşikkəsmə, qızbəyənmə, qızqaçırtma, doqqazkəsmə, dualama, duvaqalma, evlənmə, eəbinkəsmə, göbəkkəsmə, gözdəymə, güləşmə, nişanlanma, oructutma, püşkatma, üzəçıxma, çəpatma, danatma.
v/ sənət, məşğuliyyət, fəaliyyət sahələri ilə bağlı sözlər yaradır: qəlibbasma, damğalama, döymə /sənət/, ipəkəyirmə, yunəyirmə, yuxuyozma, sırıma, tikmə.
q/ geyim- kugim, bəzək və s. adları əmələ gətirir: aşırtma, basmanaxış, büzmə çarıq, yığmaqolbaq, oyma, sürmə / sürtməkdən/, tikmə, çalma, çəkmə.
ğ/ bəzi feli frazeoloji birləşmələrdən və fellərdən – ma,- mə şəkilçiləri vasitəsi ilə xalq təbabəti və məişətində işlək quruluşca müxtəlif olan sözlər yaranır: qanalma, qıcolma, quluncsındırma, küpəsalma, sancılanma, simləmə, soyuqdəymə, təpitmə, tutma /pripatka/, havalanma /dəli olma/; arakəsmə,artırma, qazma /ev, dam/, daxma, əymə, əydirmə, eşmə, yapma, gəlmə, siyirtmə, tablama.
-maq,- mək.
a/ Yemək adları əmələ gətirir: qazmaq, qaymaq, quymaq, dürmək, peşmək, çölmək.
b/ geyim, adət-ənənə ilə bağlı və məişətdə işlək olan başqa sözlər: başmaq, qarmaq, yaşmaq, oymaq, toxmaq, çaxmaq.
- duz – palanduz, təkəlduz, çuvalduz /iynə/.
- lı,- li.
a/ toy adəti, musiqi folkloru ilə bağlı işlənən terminlər, sözlər: adaxlı, deyikli, nişanlı /gözaltı/, yallı.
b/ yeməklə, geyimlə, toxuma sənəti və məişətimizin başqa sahələri ilə bağlı: fəsəli, xamralı, sırıqlı, xonçalı /xalça/, tikili.
- i, - ı. şəkilçisi.
- u,- ü a/ məişət, geyim, parça, xalça- palaz, qiymətli qaş- daş, pul, yemək,bitki və s. məfhumları bildirən sözlər: ləngəri, əşrəfi, zili, yapağı /yaz yunu/, yəməni /xalça növü/, kürdü, gilabı ləbləbi, ləvəngi, mirvari, naznazı, sədri səməni, umacı, firni, xalı, çatı, çeşni, çərkəzi /papaq, kəmər/, çərməki, şikarı /papaq , şirni.
b/ musiqi folklorumuza aid adlar: innabı, narıncı, novruzu, turacı, çobanı, ceyranı…
v/ rəng adı bildirənlər: darçını, səndəli, sumağı, şabalıdı.
q/ dinə, ilk etiqada, köhnə təqvimə uyğun yaranmış sözlər: əfəndi, məşədi, xələfi, hacı, hicri.
- yı,- yi,
- ayı,- əyi, eyi.
a/ parça, geyim adları: kələğayı, cunayi, kisəyi.
b/ rəng bildirən sözlər: mixəyi, çəhrayı, püstəyi.
v/ milli musiqiyə aid terminlər: mirzeyi, mixəyi /saz havası/.
q/ məişət əşyaları: məcməyi, üzəngi və s.
- maz,- məz.
Parça adları: qayçıbatmaz, qayçıkəsməz.
- miş. bişmiş, yemiş.
Dostları ilə paylaş: |