Azərbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu



Yüklə 2,27 Mb.
səhifə25/39
tarix26.12.2016
ölçüsü2,27 Mb.
#3518
1   ...   21   22   23   24   25   26   27   28   ...   39
4. Mifoloji leksika

Qulyabani, divanə //divana, Koroğlu, meşə adamı /ağac kimi/, damdabaca, Şaman, qam, muğ, ocaq, pir, ovsun, tilsim, çildağ, albastı, hal, hal anası, hal qarısı, ağır ocaq, tanrı. Humay, ağ qoç, qara qoç, işıqlı dünya, qaranlıq dünya, Pəri qızlar, simurq quşu, su məleykəsi /məlaikəsi/, nəzərdəymək, göz dəymək, nəzərçi, dönərgə, tilsimçi, cadu, cadugər, cadügün, ziyarət, ziyarətgah, cadu-pitik, kaftar, kaftarküs, cin, şeytan, hal aparmaq, ruh tutmaq, toxamaq /şər qüvvələrin toxunması/, ərdöv //ərdəy// ardəy, xortdan, xoxan, div// döy, əzrayıl, əjdaha, əcinnə, ruh, qara basmaq, qara evrən /KDQ/, qara əjdaha, kəlləgöz, təpəgöz, yeddiqardaş ilan, yeddibaşlı div /əjdaha/, gözmuncuğu, dağdağan, məcuc- yəcuc, dirilik suyu, çilləyə düşmək, çillə kəsmək və s.

Yeri gəlmişkən Moskvada «Sovetskaə gnüiklopediya» nəş­riy­yatında nəşr olunmuş «Mifoloqiçeskiy slovarğ» da /1991/ bir çox dünya xalqlarının mifologiyasına aid verilmiş sözlərə də diqqət yetirməyi lazım bilirik. Burada Azərbaycan xalqı içərisində işlənən mifoloji sözlərə də yer ayırılmışdır. Çox – çox təəssüflər olsun ki, burada cəmi- cümlətanı aşağıdakı sözlərə rast gəldik: Ajdaha sm. Ajdarxa, Afrasiab, Qölğ- əbani. Divanə sm. Divana, Keroqlı, Meşaadamı, sm. Aqaç kişi, xal, sm. Albası /M.S. 694/.

Özbək mifalogiyasına aid: Adjina- acina, Ajdarxo, sm. Ajdarxa, Albastı, Afrasiab, Bobo- Dexkon, Devona sm. Divana, Dev sm. Dəvı, Keroqlı /MS.702/.

Türkmən mifologiyasın aid: Ajdarka, Al, sm. Albastı, Albastı, Afrasiab, Divana, Dev sm. Dgvı, Ker-oqlı /MS, 702/ kimi sözlər verilmişdir ki, bu da türkdilli xalqların mifoloji leksikasını heç bir vəchlə əhatə etmir, başdansovdu verilmiş kiçicik bir siyahıdır. Lakin maraqlı burasıdır ki, erməni mifalogiyasını təmsil edən leksika içərisində: Ajdaxak, Anaxit, Anuşavan, Açuç – Paçuç /Azərbaycan dilindən Məcuc – Yəcucun variantıdır/, Baxt, Devı, Kadji, Keroqlı, Nemrut, Xazaran blbul /MS, 694/ və s. kimi şərq, xüsusən də türk xalqlarının mifaloji dünyasını təqdim edən sbzlər də vardır. Bu bir tərəfdən bizim mifolojiyaya rəğbətsizliyi, laqeydsizliyi göstərirsə, digər tərəfdən də tərtibçilərin içərisində bir nəfər də olsun azərbaycanlı mütəxəssisin imzasının olmaması həqiqətini türklərə məxsus mifalogiyanın /sözlərin/ ermənilərin adına çıxmasını aşkarlayır. Heç şübhəsiz, mənəvi leksikamızın əsaslı tədqiqata cəlb olunmaması da dilçiliyimizin kəsirlərindəndir.

Dini anlayışları, ayinləri əks etdirən sözlər terminlər. Namaz /qılmaq/, oruc /tutmaq/, orucluq, dua etmək, qurban /kəsmək/, qurbanlıq, pir, nəzir- niyaz, nəzir daşı, səməd /allahın adlarından biri/, fəqih, cənnət, cəhənnəm, dua- pitik, hingir- mingir, canamaz, mehrab, möhür, möhürbənd, cədd, şəbih, şəbihgərdan, şəhid, şeyx, şeyxülislam, iftar /açmaq/, zəkat, sədəqə, təziyə.

Türk mənşəli rus soyadlarının bir qismi dini anlayışlar əsasında yaranmışdır /dini sözlərin bir qismi türkmənşəli olmasa da türk dilləri vasitəsilə keçdiyindən biz belə adlandırırıq/: Azançeev, Aminov, Veli Yamin// Veli- Amin, Dosniyaz, Kurban Ali, Kurbanaliev, Kurban –Ata, Kurban –bay, Musaev, Pirmaxambet, Romozan, Xadjimurat, Kadjimusa, Xadjimirza, Xadjiseyit, Xadjitemir, Xıdır, Xudayarbey, Xudobaşev, Çele­bidaki, Karaneviç /N.A.Baskakov, Russkie familii… əsərindən/.

Sünnət mərasimi ilə bağlı sözlər : Sünnət, sünnət toyu // kiçik toy, qamış / sünnət aləti/, ülgüc, mil, kül, örtük, kirvə, kirvəlik, dəllək, kirvə payı, dəllək payı, külgördü, küldən çıxarma – kirvəgörmə.

Bu fəsildə bəhs etdiyimiz məsələlərə yekun olaraq aşağıdakıları söyləmək olar:

I. Etnoqrafik leksikanın maddi və mənəvi mədəniyyətimizi əks etdirən bəzi tematik söz qruplarının /yemək, geyim ev əşyalarının adları, oyun adları, xalq təbabəti leksikası, toy, yas mərasimlərinə aid sözlər, bəzi adət- ənənələrimizi ifadə edən sözlər, mifoloji, dini sözlər /tədqiqi göstərdi ki, Azərbaycan dilinin lüğət tərkibində bu qədim leksik təbəqə əhəmiyyətli yer tutur və ana dilimizin milli əözlərinin mövqeyi burada daha qabarıq nəzərə çarpır.

2. Etnoqrafik leksikanın araşdırılması dilimizin, habelə etnoqrafiyamızın tarixi və müasir vəziyyəti haqqında da aydın təsəvvür yaratmağa xidmət edir.

3. Etnoqrafizmlərin smilliliyi, ümumişləkliliyi, habelə xalq­ımızın məişətini, həyat tərzini, məşğuliyyətini və nəhayət özgün­lüyünü ifadə etməsi həmin tematik qrupların söz və termin yaradıcılığında da aparıcı rol oynamasına və müxtəlif amillər, əlaqə və münasibətlər nəticəsində bir çox başqa dillərə də keçməsinə /əvvəlcə ekzotik sözlər, sonradan isə alınmalar kimi/ səbəb olmuşdur.

4. Azərbaycan dilinin etnoqrafik leksikasının başqa türk dilləri, habelə qohum olmayan dillərin materialları ilə müqa­yisəsi də bəzi maraqlı faktları, paralelləri aşkara çıxartdı.




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin