Əbrudan, atlasdan, ipəkdən, şaldan,
Xara parçaların başın istərəm.
Gətir başlığına üçcə min manat.
Cüt qızıl bilərzik, bir qızıl saat.
Bircə «hə» sözünə iki köhlən at.
İpək heybə, yəhər qaşın istərəm.
İki dəvə gətir yanında köşək,
Gələn töhfələr də olduqca qəşəng.
Ətliyinə gətir 254 şişək,
Kabab çəkmək üçün leşin istərəm,
Put yarım çay gətir, 20 put şəkər.
Samovar qaynasın hər axşam, səhər.
15 gün kef çəkək burda sərasər,
Qısır inək səndən beşin istərəm.
Şıx Alıyam budur sözümün yeyi
Çağırram toyuma reyəti, bəyi
15 put yağ gətir, 45 put düyü,
El yeməyə əppək, aşın istərəm.
/AP.Alı. III., sö37/
Bu qoşmada xalq aşığı « elçilik etmək», «başlıq gətirmək» /başlıq istəmək/ kimi adətlərin adlarını çəkdiyi kimi, eləcə də gəlin üçün vacib və gərək olan geyim şeyləri, bəzək, zinət əşyaları və nəhayət, 15 günlük toy üçün yemək, içmək /ümumən ərzaq/ şeylərini bir –bir sadalayır /bunu qız evi oğlan evindən tələb edir/. Toyda isə « rəiyyət və bəylərinq» hamısının olacağına işarə edilir. Göründüyü kimi, bizim bir vaxtlar bəyənmədiyimiz, yaxud da ifrata varıb «keçmişdə camaat acından ölürdü, yas içində idi» qəliblənmiş, şablonlaşmış cümlələrlə adlandırdığımız keçmiş zamanlarda da /enlə yüz il də onun içində gedir, tarixi keçmişə çox vaxt ideologiya yarlığı vurmuşuq/ camaat, el- oba öz adlarına, ləyaqətlərinə uyğun da toy eləməyi bacarıblar. Bu kiçik bədii parçadan da aydınlaşır ki, bir toy üçün oğlan evindən / burada söhbət Göycə mahalında keçirilən toyun timsalında 5 qısır inək ətliyə, 25 şişək, eləcə də kabab çəkmək üçün də bir o qədər də cəmdək/ leş- indi mənfi mənada işlənir, o dövrdə kəsilmiş heyvanın cəmdəyinə leş deyirlərmiş – indi bu gün də Qax rayonu şivələrində – İlisu şivəsində farm mənşəli söz olan leş – qoyun /davar/ leşi «cəmdək» mənasında geniş işlənir/, 20 put şəkər, put yarım çay, 15 put yağ, 45 put düyü tələb edilməsi ötən əsrdə keçirilən toy mərasimləri üçün çox ciddi hazırlıq görmək lazım gəlirmiş. Oğlan evi həm gəlini bütün geyim- gecimi, bər –bəzək, zinət əşyaları ilə təmin etməli idi, həm də eli- ulusu ürəyi istəyən kimi yedirib- içirməli, qonaqlamalı idi. Bax, əsl toy buna deyərlərdi ki, Aşıq Alı da bu qoşmada onu qələmə alıb, bu arzu yox, həqiqət olub.
Başlıq, toy xərci istəmək adəti «Kitabi- Dədə Qorqud» boylarında da təsvir edilmişdir. Banıçiçəyin qardaşı Dəli Qarçar başlıq kimi aşağıdakıları istəyir: «Dəli Qarçaraydır: «Bin buğra gətürün kim, maya görməmiş ola. Bin dəxi ayğır gətürün kim, heç qısrağa aşmamış ola. Bin dəxi qoyun görməmiş qoç gətürün. Bin də quyruqsız – qulaqsız göpək gətürün. Bin dəxi bürə götürün maa», - dedi». /FZ, SA, KDQ, s.56/.
I. Toy mərasimləri ilə əlaqədar leksika
Dostları ilə paylaş: |