Artırma //Artırmac uşaq oyunu / çoxaltma anlamındadır/. İştirakçıların çömbələrək //dombaltma / durub bir-birinin arxasından hoppanmasından ibarət olan ənənəvi bir uşaq oyunu. Törəniş etibarilə, uzaq keçmişdə barlı-bəhrəli məhsul əldə etmək məqsədi güdərək yaşlılar tərəfindən keçirilən bir ayin oyunu, sonralar adi uşaq əyləncəsinə çevrilmş, ifa tərzinə görə «qısa artırma» /yerdə uzanmış vəziyyətdə, qoşa artırma kimi variantlara ayrılmışdır. «Artırma», «atdırma», «attırma» tələffüz şəkilləri də bəllidir. Oyunun bizə məlum olan digər adları: «çıx arda», «atlanbac», bildirbir // birdirbir / türkcədə belədir/, «qalaşma» /Şimal – r- n da/, «yatıbhoppanma», «eşşəyim – eşşəyim» /Naxçıvan/, «eşşəkbeli// eşşəkbelisındırdı» /qərb – r – n mız/, «eşşəkbelixırç» /Muğan/, «sərmayə», «gəzit» /Cənubi Azərbaycan/» əzzəlidir, dəyməzlər və «ənzəli»dir1.
Göründüyü kimi, «El-oba oyunu, xalq tamaşası» kitabında «artırma» oyun adının «çıx arda», «atlanbac», bildir bir// birdirbir… «ənzəli» və digər adlaola tanınması da qeyd olunmuşdur.
Maraqlıdır ki, həmin oyun adının «çıx arda» şəklində rus və ukrayna dillərində də işlənməsi faktı məlumdur. Biz indi müxtəlif lüğətlərdə həmin söz barədə verilən izahatları burada verməyi lazım bilirik. Əbu ona gölə vacibdir ki, həmin sözün etimologiyası düzgün müəyyənləşdirilsin.
Dostları ilə paylaş: |