Azərbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu



Yüklə 2,27 Mb.
səhifə18/39
tarix26.12.2016
ölçüsü2,27 Mb.
#3518
1   ...   14   15   16   17   18   19   20   21   ...   39
Lopuğlopuğ - Uşaq oyunu, Azərbaycanda təsadüf olunan uşaq oyunlarından birinin adı.

Ədəbi dilimizin lüğət tərkibində mütrüb sözünün də qəribə tarixi var:

Mütrüb //mütrüb- /»əyləndirən, könül açan» anlamındadır/. Mənşə etibarilə qədim Azərbaycanın məbədlərində yarıçılpaq və lüt görkəmdə çıxış edən rəqs və laloyunu –pantomima ifaçısının adı ilə bağlı olub, X-XI yüzillərdən başlayaraq XVI yüz ilə kimi aşıq, nəqqal, çalğıçı, rəqs edə-edə oxuyan xanəndə mənasında işlənən deyim.XIX yüzilin sonu, əmrimizin əvvəllərində isə, toy və el şənliklərində əyninə qadın paltarı geymiş rəqqas oğlana verilən ad. Uzunsaçaqlı, dırnaqları xınalı, belində gümüş bel­qabı, boynunda həmayıl, döşündə gümüş zəngir, diedaban ayaqqabıda çıxış edən bu oyunçu barmaqlarındakı sarı mis parçalarını bir-birinə vuraraq rəqs edir, laloyunu dili ilə «danışırdı». Bəzən, təlxək, lotu və bu kimi komik oyunçular da el içində bu adla adlanırdılar. «mütrüp» tələffüz şəkilləri də vardır.1

Mütrübbaşı, mütrüğ oyunu söz və birləşmələri də işlənir.

Mütrüb, is. /ər.mütrib/. I.

Keçmişdə, müsiqinin müşayəti ilə toylarda rəqs edən oğlan /bəzən qız/. Qorxurdum ki, özlərinə bir qəpik də saxlamayanlar ki, mütrüb-zad oynadanda şabaş verələr. C.Məmmədquluzadə. Dəfçalan, zurnaçı, balabançı, mütrüb də manqalın başında oturardı. H.Sarabski.

2. dan, hərəkət və danışığından yüngül, qeyri-ciddi adam haqqında: oyunbaz. Mütrübün biridir.- /molla Güləndam hürzadə/ Ay qız, ey mütrüb, mən sındırmalı qoz deyiləm sındırasn… Y.V.Çəmənzəminli. /ADİL, II., s.372/

Mütrüblük, is. Özünü mütrübə oxşatma, oyun çıxartma: yüngüllük, oyunbazlıq /ADİL, IIIc., s.372/.



Mırt: mırt vurmaq dan. –baş-başa verib söhbət etmək /adətən boş və əhəmiyyətsiz şeylər haqqında/ /Xəlil Mirzə ilə/ üzbə-üzdə isə iki nəfər maxorka tüstülədə-tüstülədə mırt vururdu. Q.Musayev.

Mırtımdama, mırtıldamaq, mırtıldanma, mırtıldanmaq, mırtlama, mırtlamaq, mırtlanma, mırtlanmaq kimi sözlər mırt-mırt-mırt zərf, Boş-Boh,- havayı, mırt- mırt söylənmək.

- A kişi, bu kitabları və kağızları tulla cəhənnəmə, az bu cinlərnən və şəyatinlərnən mırt-mırt danış. … C.Məm­məd­qulu­zadə. Mırt-mırt oxuyub mırıldayırsan: Qarğa kimi hey qarıldayırsan. M.Ə.Sabir /ADİL, III., s.331/.

Azərbaycan folklorçularının araşdırmalarında xalqımızın məişətində son dövrlərə qədər də qorunub saxlanan oyunların adları barədə bir sıra mülahizələr söylənmiş, xüsusən mərasim oyunlarına və uşaq oyunlarına da toxunulmuş, özü də folklorun bir qanadı olan oyunların qədim tarixiliyi məsələsi qabar­dılmışdır. Azərbaycan məişətində vaxtilə geniş yer tutmuş oyun adlarından «Artırma» /»Artırmac» şəkli də geniş işlənir/ sözü barədə bir qədər müfəssəl danışmaq istərdik.




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin