Azərbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu



Yüklə 2,27 Mb.
səhifə30/39
tarix26.12.2016
ölçüsü2,27 Mb.
#3518
1   ...   26   27   28   29   30   31   32   33   ...   39
etnotoponimlər haqqında
İnsan cəmiyyəti təşəkkül tapdığı gündən xüsusi adlar da yaranmışdır. Onomastik adlar içərisində antroponimlər, etnotoponimlər də mühüm yer tutur. Bunlar uzaq keçmişlərdən bəşər cəmiyyətinin ünsiyyətinə xidmət edir. Hər bir xalqda olduğu kimi, Azərbaycan xalqında da xüsusi adların yaranma tarixi, milli özünəxaslığı, adət-ənənələrə əsaslandırmaqla təşəkkül və inkişaf xüsusiyyətləri, dilimizin öz adyaratma sistemi vardır. Xüsusi adlar bir çox tarixi həqiqətlərin aşkara çıxmasında, xalqımızın, dilimizin, etnoqrafiya və coğrafiyamızın tarixinin öyrənilməsində çox qiymətli materiallar, faktlar verir.

Bu gün biz Danaçı, Qarğalıq, Qalaqain, Ağköynək, Qarabörk, Qarapapaq, qaradonlu, Ulaşlı, Dəllər, Tulu, Tirkeş, Şadılı, Dolanlar, Önqutlu, Quzanlı, Çalqan, Aratkənd, Abad, Alat, Alar, Kərki, Qılıçlı, Tulus, Tubakənd, padar, Quşçu, Boyat, Çaxırlı, Düyərli, Zəngənə, Xəlfəli, Qazax və b. qədim Azərbaycan tayfa və qəbilələrin, eləcə də yer- yurd adlarını özündə əks etdirən saysız- hesabsız etnotoponim və toponimləri ciddi elmi tədqiqata cəlb ediriksə, dilçilik, tarixşünaslıq və həmçinin coğrafiya elmləri üçün çox qiymətli faktlar aşkarlayırıq.

Dilimizdəki bir çox adların yaranış tarixi çox qədimlərə gedib çıxır Məsələn, Emir /Eymur/, Düyər, Bayandır, Çov­daroğlu kimi antroponim, etnonim və soyadlarda qədim oğuz tayfalarının adları qorunub saxlanır. Bəllidir ki, tarixi mənbələrdə, qədim əlyazmalarda, eləcə də M.Kaşğarinin «Divan i luğat- it- türk» kitabında bir çox oğuz türk tayfalarının adı çəkilir. İndi göstərdiyimiz Emir adı Eymur, İmur və İmir şəklində işlənib və haqqında bəhs olunan oğuz tayfasının bugünkü nişanəsidir. Həmçinin Düyər adı da tükər, dügər, dugər tayfa adının – etnoniminin Bayandır şəxs adı- antroponimi bayandur, bayandur, bayandır adlı oğuz etnoniminin Çovdaroğlu soyadında isə çuvaldar, çualdur, çavuldur, çuadar türk tayfasının türk bu gün yaşayan izləridir. Emir /Eymur/, Düyər /tükər- dügər, dugər/, Bayandır, Çaudar xüsusi adları əvvəlcə etnonim kimi mövcud olmuş, sonradan bunlar antroponim kimi işlənilməyə başlanmışdır.

Azərbaycan dilinin etnonimləri və etnotoponimləri tərkibcə, mənşəcə rəngarəng və zingindir. Şübhəsiz ki, burada türk- Azərbaycan mənşəli etnonim və etnotoponimlər xüsusi sistem yaradır: Bayandurlu, Bayat, Dügərli, Eymur, Saler, Xanılar, Qırıqlı, Qırxlı, Kəpənəkçi, Çəndirli, eləcə də qıpçaq mənşəli etnonimlər Azərbaycan xalqının etnogenezində – soykökündə əhəmiyyətli yer tutmuşdur. Qovlar, İncə, Kimak, Gəngər / kenqer/, Qarapapaq, Qarabərk.

Ümumiyyətlə, Azərbaycan ərazisində etnonimlərdən yara­naraq sabitləşmiş saysız- hesabsız oykonimləri nümunə gətirmək olar: Qıpçaq, Qaraman, Cəlair, Alpout, Tanğıt, Padar, Qacar, Saler, təklə, Tirkət, təklə Muğanlı, tulus, Tuğ, Xələc, Şəki, Dönük Qırıqlı, Keştaz, İspik, Qaraqoyunlu, Avaran, Çaxırlı, Dondarlı, Arabaçı, İlxıçı və s.

Azərbaycan onomastikası sahəsində yazıb- yaradan A.Qur­banov, R.Yüzbaşov, Y.Yusifov, B.Budaqov, V.Qukasyan, S.Aşur­bəyli, Ə.Əliyev, Ş.Sədiyev, Ə.Hüseynzadə, A.Axundov, S.Mollazadə, T.Hacıyev, Q.Qeybullayev, K.Əliyev, T.Əhmədov, A.Məmmədov, N.Məmmədov, Q.Məşədiyev, F.Xalıqov, A.Ha­cı­yev və b. tədqiqatçıların əsərlərindən də göründüyü kimi Azərbaycan dilinin zəngin və qədim olan etnonim və etno­toponimləri ciddi elmi araşdırmalara, etimoloji təhlilə möhtacdır.




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin