Azərbaycan enerji sahəsində



Yüklə 16,12 Kb.
tarix18.05.2022
ölçüsü16,12 Kb.
#58550
Azərbaycan enerji sahəsində




Azərbaycan enerji sahəsində
1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikasının müstəqilliyi barədə
Konstitusiya aktı qəbul edildikdən dərhal sonra Azərbaycanın strateji mövqeyinə, onun zəngin karbohidrogen və digər sərvətlərinə ABŞ, Avropa və Avrasiyanın qabaqcıl dövlətlərinin marağı daha da artdı. Xəzər dənizi hövzəsi və bütünlükdə Xəzər ətrafı regionu Rusiya və İran kimi ölkələrlə yanaşı digər dövlətlərin də maraq dairəsinə çevrildi. Bunun səbəbi isə, əsasən , regionun geostrateji və iqtisadi önəmi, Xəzərin zəngin neft-qaz sərvətləri və digər ehtiyatları idi. İstər ABŞ-ın, Avropa və Asiyanın böyük dövlətlərinin, istərsə də Rusiyanın nəzərində Xəzər dənizinin sahillərində yerləşən Azərbaycan Respublikası regionda əsas dövlət hesab olunurdu ki, bu da, ilk növbədə, onun əhəmiyyətli geosiyasi vəziyyəti, zəngin neft və qaz ehtiyatlarına sahib olması ilə əlaqədar idi. İlk öncə, yeni suverenlik qazanmış, ciddi siyasi,maliyyə və iqtisadi sahədə böhran durumunda olan, karbohidrogen yataqlarının istismarı,daxili iqtisadi irəliləmə üçün heç bir daxili mexanizmi mövcud olmayan Azərbaycan üçün hansı istiqamətdə olmasından asılı olmayaraq, istənilən xarici investisiyanın ölkəyə cəlb olunması və ən müasir texnika və texnologiyaların ölkədə tətbiqi Azərbaycan üçün olduqca əhəmiyyyətli idi. Hələ demokratik dövlətçilik dəyərləri və müstəqilsiyasi fəalliyət gücü zəif olan, dövlət atributları tam yaradılmamış və yerini tutmamış, ölkə ərazisinin müəyyən hissələrində suveren hüquqları tamamilə təmin olunmamış, torpaqları işğalçılar tərəfindən zəbt edilmiş Azərbaycanın xarici ölkələrlə müstəqil əməkdaşlıq və tərəfdaş rolunda olması həmin illər üçün çox mühüm məna kəsb edirdi. Bu ölkələrlə iqtisadi münasibətlər yaradılacaq, onlarla ümumi fəaliyyət haqqında kontrakt imzalanacaqdır.Bununlada hər bir xarici aktor, xüsusilə də, ən inkişaf etmiş demokratik Qərb dövlətləri Azərbaycanın dövlətçilik hüquqları və dövlət suverenliyi üçün qarant rolu oynamalı idi. Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen yataqlarına və ümumiyyətlə, dənizin sektor bölgüsünə Rusiya və İran kimi dövlətlər özünəməxsus mövqe nümayiş etdirirdi. Azərbaycan xarici dövlətləri öz tərəfindən Xəzərdə neft-qaz layihələrinin işlənməsinə cəlb etməklə, əslində onların dəstəyini qazanmaq, Rusiya və İranın təzyiqlərinin dəf olunmasında onların da gücündən istifadə etməyə çalışırdı.
1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” kimi tarixi ad almış ilk neft
müqaviləsi imzalandı. “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq”
yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi
haqqında” sazişin imzalanması ilə Azərbaycanın neft sənayesi tarixində tamamilə yenibir era başlandı. Bu tarixi sənədin imzalanma mərasimində 7 ölkənin 11 neft şirkətitəmsil olunurdu. Müqaviləyə əsasən, ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Norveç və Səudiyyə Ərəbistanı dövlətlərinə məxsus olan aparıcı neft şirkətləri yataqlardan 30 il müddətinə 511 milyon ton neft çıxarmalı idilər. Layihənin ümumi investisiya qoyuluşu 10 milyard ABŞ dollarına bərabər idi ki, onun da 7,4 milyardını Qərb şirkətləri qoymalı idilər. Sonradan müqaviləyə Yaponiyanın “İtoçu” və ABŞ-ın “Eksson” şirkətləri də qoşuldular.
Azərbaycan neftinin Avropa bazarlarına maneəsiz nəqli məsələsi həmin neftin
çıxarılması qədər vacib iqtisadi, siyasi və qlobal əhəmiyyət kəsb edən bir məsələdir. Hazırda Xəzər neftinin əsasən “Şimal”, “Qərb” və Bakı-Tbilisi-Ceyhan istiqamətində nəqli barədə razılaşmalar əldə olunmuşdur. Lakin mümkün marşrutlar içərisində hansının siyasi, kommersiya, iqtisadi, ekoloji və təhlükəsizlik baxımından daha əlverişli olması bu gün də müasir dünya siyasətinin aparıcı mövzularından biridir. Hər bir Xəzəryanı və qeyri-Xəzəryanı dövlət neft kəmərlərinin onun ərazisindən və ya ona əlverişli olan marşrutdan keçməsinə çalışır. Bu dövlətlər içərisində Azərbaycan, Türkiyə, İran, Rusiya, Ukrayna, Rumıniya, Polşa, Yunanıstan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər region ölkələri ilə bərabər ABŞ, Yaponiya, Çin və bir çox aparıcı Qərb dövlətlərinin də xüsusi cəhd göstərməsi diqqəti cəlb edir.
Bakı-Novorossiysk boru kəmərinin işə düşməsi və Azərbaycan neftinin bu
marşrutla ixracı Rusiya ilə münasibətlərə müsbət təsir etdi və bu ölkə ilə ənənəvi
əməkdaşlığı qoruyub saxlamaq mümkün oldu. Rusiya Azərbaycan neftindən gəlir
götürməklə öz mənafelərini müəyyən qədər təmin etdi. Yeni neft strategiyası, ilk öncə, Azərbaycan-ABŞ münasibətlərinə ciddi müsbət təsir göstərdi. ABŞ hökuməti birmənalı şəkildə Azərbaycanın enerji siyasətini, eləcə də Şərq-Qərb enerji-nəqliyyat dəhlizi layihələrini dəstəklədi və bu işlərin Azərbaycana və bütün regiona inkişaf və sabit həyat gətirəcəyinə inam nümayiş etdirdi. ABŞ administrasiyası bu gün də Azərbaycanın, Xəzəryanı bölgənin və Cənubi Qafqazın iqtisadi cəhətdən güclənməsində, region dövlətlərinin sabit inkişafının və suverenliyinin möhkəmləndirilməsində Xəzər dənizində aparılan işləri, Bakı-Tbilisi-Ceyhan layihəsini mühüm vasitə kimi qiymətləndirir və onun həyata keçirilməsinə hər cür dəstək verir. Prezident C. Buş Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə ünvanladığı 14 iyun 2001-ci il tarixli məktubunda yazırdı: “Həyata keçirilən neft-qaz layihələrinin Azərbaycanı tezliklə güclü, sabit və dinamik inkişaf edən iqtisadiyyata malik dövlət edəcəyinə qəti əminəm”. ABŞ hökumətinin, Konqres və Senatının, o cümlədən Avropa İttifaqının, CənubŞərqi Asiyanın inkişaf etmiş ölkələrinin, transmilli korporasiyaların və dünya siyasətinə mühüm təsiri olan başqa qurumların Azərbaycanın enerji siyasətinə münasibətdə dəyişməz müsbət mövqe nümayiş etdirməsi bu siyasətin gələcək uğurlarına tam inam yaradır.
Yüklə 16,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin