Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Azərbayca Hülakülər( Elxanilər ) dövlətinin tərkibində



Yüklə 227,84 Kb.
səhifə31/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   27   28   29   30   31   32   33   34   ...   66
null-23

Azərbayca Hülakülər( Elxanilər ) dövlətinin tərkibində.Ön Asiya, Cənubi Qafqaz monqollar tərəfindən ələ keçirilsə də, bu ərazilərdə onların hakimiyyəti möhkəm deyildi.Bir sıra feodal mülkləri müstəqilliklərini saxlayırdı.1253-cü ildə monqolların Ali Xaqanı Münke Qaraqorumda keçirilən qurultayda Çingiz xanın nəvəsi Tulayi xanın oğlu Hülakü xana (1256 – 1265 ) qoşun toplayıb İranı, İraqı və Suriyanı tutub , beşinci monqol ulusunu yaratmağı əmr etdi.Hülakü xan 120 minlik qoşun toplayıb, 1254- cü ildə yürüşə başladı.O, 1256- cı ildə İranın şimalına çatdı və İsmaililərin Əlamut qalasını tutub orada düşərgə saldı.Azərbaycanı idarə edən Ali monqol canişini Arqun ağa Hülakü xanın yanına gələrək onun hakimiyyətini qəbul etdi.Beləliklə, Azərbaycan 1256-cı ildə Hülakülərin tərkibinə qatıldı.Hülakünün qoşunları Bağdad daxil olmaqla İraqı tutdular və Abbasilər sülaləsinin 508 illik hakimiyyətinə son qoyuldu.Bağdad şəhəri 40 gün talan edildi.Kiçik Asiya və Suriyaya yürüşlər təşkil edilsə də, yalnız Suriyanın şimal hissəsi Hülakülər dövlətinin tərkibunə daxil edildi.Beləliklə beşinci monqol ulusunun yaranması tamamlandı.Hülakülər və ya Elxanulər ( Hülakü xan Elxan titulunu 1265-ci ildə qəbul etmişdi.) dövlətinin sərhədləri Amu Dəryadan Misirə, Qafqaz dağlarından İran körfəzinə qədər ərazini əhatə edirdi.Buraya Azərbaycan, Ərəb İraqı,Əcəm İraqı, Azərbaycan,Kirman,Kürdüstan,Fars,Xuzistan,Xorasan,Kiçik Asiya, Gürcüstan və Suriya daxil idi.Azərbaycan XIII əsrin ortalarından XIV əsrin ortalarına qədər, yəni yüz il Hülakülər dövlətinin tərkibində olmuşdur.Elxani əyanları əsasən Azərbaycanda yaşayırdılar.Qarabağ elxanilərin yay iqamətgahı, Muğan isə qışlağı idi.Dövlətin paytaxtı müəyyən vaxtlarla Marağa, Sultaniyyə və Təbriz şəhərləri olmuşdur.

Hülaki xanın dövründə dövlət iqtisadi və siyasi cəhətdən möhkəm idi.O, mərkəzləşdirilmiş dövlət yarada bilmişdi.Hülaki xan özünün daxili siyasətində köçmə monqol əyanlarının mənafeyini müdafiə edir,onlara çoxlu torpaqlar paylayırdı.Lakin sonralar köçəri əyanların güclənməsi,onların müstəqilliyə can atması ilə mərkəzi hakimiyyət zəifləməyə başladı.Onlar bu və ya digər şahzadəni hakimiyyətə gətirmək üçün quruplaşır, siyasi mübarizəyə qoşulurdular.Bu mübarizə Abaqa xanın ( 1265- 1282 ) hakimiyyətinin sonlarına doğru özünü göstərməyə başlayır. Lakin Əhməd xanın ( 1282 -1284 ) hakimiyyəti dövründə bu mübarizə açıq şəkil aldı.Əhməd xan hakimiyyətdən kənarlaşdırıldı.Onu əvəz edən Arqun xan da ( 1284 – 1291 ) hakimiyyət uğrunda gedən feodal çəkişmələrini dayandıra bilmədi.Əmir Novruzun başçılığı altında mərkəzi hakimiyyətə qarşı çevrilmiş üsyanı uzun müddət yatırmaq mümkün olmadı.

XIII əsrin ikinci yarısında Hülakilərlə Qızıl Ordu dövləti arasındaCənubi Qafqazı,o cümlədən Azərbaycanı tutmaq uğrunda kəskin mübarizə gedirdi.Onlar belə hesab edirdilər ki,Çingiz xanın vəsiyyətinə görə Cənubi Qafqaz, o cümlədən Azərbaycan Cucinin oğlu Batıya verilmişdir.Hülakilər Çingiz xanın vəsiyyətini pozmuş,özlərinə aid olmayan torpaqları zəbt etmişlər.Hülakilər isə Qızıl Ordunun bu iddiasını qəbul etmirdilər .Bu da onlar arasında müharibələrin baş verməsinə səbəb olurdu.1263-cü ildə Noqay xanın başçılığı ilə 30 minlik Qızıl Ordu qoşunu Azərbaycana soxuldu.Hülaki xan məğlub oldu,Dərbənd Qızıl Ordu qoşunları tərəfindən tutuldu.Lakin 1265- ci ildə hülaki xan Qızıl Ordu qoşunlarını Azərbaycandan qovub çıxara bildi.Qızıl Ordu qoşunları 1288 və 1290-cı illərdə də Azərbaycana hücumlar etsələr də Hülakilər onların qarşısını ala biliblər.

Arqun ağanın ölümündən sonra daxili çəkişmələr daha da qüvvətləndi.Abaqa xanın oğlu Keyxatu xan ( 1281 – 1295 ) feodal qurupları arasında gedən mübarizənin qarşısını ali bilmədi.O, iqtisadi tənəzzülün və xəzinəni boşalmasının qarşısını almaq üçün pul islahatı keçirdi,” Çao” adlı kağız pul kəsdirdi.Çaonun dönərliliyi olmadığı üçün onun islahatı baş tutmadı və tezliklə bu pullar dövriyyədən çıxarıldı. 1295- ci ildə hakimiyyətə gətirilən Baydu xan 6 ay hakimiyyətdə qala bildi.Həmin ildə onu Arqun ağanın digər oğlu Qazan xan (1295 – 1304 ) Qarabağda özünü padşah elan etdi.

Qazan xan hakimiyyəti möhkəmlətmək üçün bir sıra tədbirlər gördü.Köçəri əyanların müqavimətini qırmaq, yerli əhalini öz tərəfinə çəkmək məqsədilə yerli əyanlarla yaxınlaşdı,islam dinini dövlət dini elan etdi,Mahmud adını qəbul etdi Qazan xanın yerli feodallara arxalanmaq siyasəti köçəri monqol əyanlarının ona qarşı çıxmasına səbəb oldu.Hüquqları məhdudlaşdırılan köçəri əyanlar Qazan xana qarşı mübarizəyə başladılar və ona qarşı sui-qəsd təşkil etdilər.Onlar Xorasandakı həmfikirləri ilə birlikdə Təbrizə hücum etməyi planlaşdırdılar.Lakin qəsdin üstü açıldı və onlara divan tutuldu.1297 – 1298- ci illərdə Gürcüstanda olan feodal əyanların qiyamı da yatırıldı və mərkəzi dövlət aparatı möhkəmləndirildi, köçəri əyanlar mərkəzi hakimiyyətə tabe edildi.

1304-cü ildə Qazan xanın vəfatından sonra hakimiyyətə qardaşı Məhəmməd Ulcaytu ( 1304- 1316 ) gəldi.O, qardaşının siyasətini davam etdirərək mərkəzi hakimiyyətin möhkəmləndirilməsini təmin etdi.Gilan və Heratı tutdu.Onun ölümündən sonra hakimiyyətə 12 yaşlı oğlu Əbu Səid ( 1316 – 1335 ) gəldi.Atasının vəsiyyəti ilə Sulduz tayfası içərisindən çıxmış baş əmir Çoban onun qəyyumu oldu, bütün hakimiyyət onun əlində cəmləndi.Əyanların mərkəzi hakimiyyətə qarşı mübarizəsi gücləndi.Xorasanda böyük üsyan başverdi.Misir sultanı və Qızıl Ordu xanlarının hülakilərin ərazilərinə hücumları gücləndi.1318-ci ildə Qızıl Ordu qoşunları Dərbəndi keçib Kürə qədər irəliləsələr də, əmir Çoban tərəfindən məğlub edildilər.Bu dövrdə köçəri əyanların Əmir Çobana qarşı mübarizələri açıq şəkil aldı.Gürcüstan və Diyarbəkrdə olan köçəri əyanlar üsyan qaldırdılar.Gürcüstan üsyançıları Naxçıvanı tutub Təbrizə doöru irəlilədilər.Əbu Səid onlarla danışıqlara başladı.Lakin bu danışıqlar bir nəticə vermədi.Üsyançılar döyüşdə məölub oldular.Əbu Səid döyüşdə göstərdiyi şücaətə görə “ Bahadır “ adını aldı.1320-ci ildə Gürcüstan əmirləri yenidən üsyan qaldırdılar və bir nəfəri padşah elan etdilər.1322-ci ildə Rum ( Kiçik Asiya ) hakimi Çobanın oğlu Temurtaş dini pərdə altında üsyan qaldırdı, ona qarşı atasının başçılığı ilə qoşun göndərildi.Əmir Çoban oğlunu məölub edib,əsir götürərək Əbu Səidin hüzuruna gətirdi.Əbu Səid onu bağışladı və yenidən Ruma hakim təyin etdi. Çoban və onun yaxınları dövlətin idarə olunmasını öz əllərində cəmləmişdilər.Əksər vilayətlərin başçıları onun oğlanları və yaxın adamları idi. 20 yaşlı Əbu Səid Çobanın təsirindən qurtarmaq üçün Çobana qarşı çıxan feodallardan istifadə edərək Çobanı və onun iki oğlunu öldürtdürdü. Qalanları qaçıb gizləndi.Çobanın təsirindən qurtaran Əbu Səid digər feodal Qiyasəddin Rəşidin təsiri altına düşdü.1335-ci ildə Qızıl Ordu qoşunları Özbək xanın başçılığı altında yenidən Azərbaycana hücum etdilər.Əbu Səid onları məğlub edərək geri çəkilməyə məcbur etdi.Həmin ildə arvadı Bağdad xatun onu zəhərləyib öldürdü.Qızıl Ordu xanı Özbək yenidən Azərbaycana yürüş etdi.Lakin hakimiyyətə keçən Arpa xan ( 1335 – 1336 ) onu qova bildi.Əbu Səidin ölümündən sonra Arpa xan,Musa xan ( 1336),Məhəmməd xan ( 1336-1338) bir-birini əvəz etdi.Məhəmməd xanın dövründə mübarizə başqa forma aldı.Mübarizə aparan əyanlar mərkəzi hakimiyyətə can atmır, “ səltənəti mühafizə etmək “ adı altında olkəni ayrı- ayrı hissələrə parçalamağa can atırdılar.




Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin