Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Səfəvi – Osmanlı münasibətləri



Yüklə 227,84 Kb.
səhifə50/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   46   47   48   49   50   51   52   53   ...   66
null-23

Səfəvi – Osmanlı münasibətləri. Səfəvi dövləti yarandığı gündən Osmanlı dövləti ona qarşı düşmən münasibət bəsləmişdi. Lakin II Bəyazid Dərviş (1481-1512) Səfəvilərə qarşı hərbi əməliyyata başlamaqdan çəkinirdi. Osmanlı dövləti 1504-cü ildə Səfəvilər dövlətini tanımağa məcbur oldu. 1512-ci ildə Sultan I Səlim atasını taxtdan salaraq hakimiyyətə gəldikdən sonra Səfəvi-Osmanlı münasibətləri daha da gərginləşdi. 1512-ci ildə qızılbaş qoşunları Qarahisar və Malatyanı tutdu. Məhəmməd Ustaclı Diyarbəkri tutaraq Şah İsmayılın göstərişi ilə Sultan Səlimə təhqiredici məzmunda məktub göndərdi.

İ Səlim hakimiyyətini möhkəmləndirmək üçün bir sıra tədbirlər gördü. Hakimiyyətini tanıtmaq üçün bütün dövlətlərin səfirlərini Ədirnəyə dəvət etdi. Səfəvi elçisinin burada olmaması onu hiddətləndirdi. I Səlim Səfəvilərə qarşı müharibəyə başlamadan öncə Avropada apardığı müharibələri dayandırdı. Böyük Moskva knyazlığı, Macarıstan, Venetsiya, Moldova və Valaxiya ilə sülh bağladı. Yardım üçün Özbək xanı ilə razılığa gəldi. Kiçik Asiyada özünün şiə təəbələrinə amansız divan tutdu – 40 min şiə kişisi qılıncdan keçirildi. I Səlim 1514-cü ildə sünnü ülamalarının iştirakı ilə divan çağırdı və qızılbaşlara qarşı dini müharibə elan etdi.




Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin