Avropa dövlətləri ilə əlaqələr. Şah I İsmayıl hələ hakimiyyətə gəlməmişdən əvvəl Avropa diplomatları ilə ğlaqə yaratmışdı. O, babası Uzun Həsən kimi Avropa dövlətləri ilə ticarət əlaqəsinə girmək və Aralıq dənizinə çıxmağa can atırdı.1507-1508-ci illərdə Roma papası və Venetsiya ilə yanaşı Neapol kralı, Kipr və Rodosla əlaqələr yaratdı. 1510-cu ildə səfəvi diplomatı Əli bəy İtaliyada oldu. Şah İsmayıl Aralıq dənizi vasitəsi ilə silah və topçu mütəxəssislər ala bilmədi və başqa tədbirlərə əl atdı. Portuqaliyadan silah və topçu mütəxəssislər gətirtmək üçün onların Fars körfəzində möhkəmlənməsinə mane olmadı. Qərb dövlətləri ənənəvi olaraq Səfəvi və Osmanlı dövlətlərini bir- biri ilə toqquşdurmaq siyasəti yeridirdilər.