Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


XVI əsrin 30-50-ci illərində Osmanlı-Səfəvi müharibələri. Amasiya sülhü



Yüklə 227,84 Kb.
səhifə54/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   50   51   52   53   54   55   56   57   ...   66
null-23

XVI əsrin 30-50-ci illərində Osmanlı-Səfəvi müharibələri. Amasiya sülhü.

I Səlim Azərbaycan torpaqlarını ələ keçirməyə nail ola bilmədi. Bu vəzifəni Sultan Süleyman Qanuni (1520-1565) yerinə yetirmək üçün Osmanlı dövlətinin ərazisini şərqə doğru genişləndirməyə cəhd göstərdi. Şah I İsmayılın ölümündən sonra hakimiyyətə gələn oğlu I Təhmasib (1524-1576) ölkəni müdafiə etmək üçün Süleyman Qanuninin hücumlarını dəf etməli oldu.

Birinci dəfə 1534-cü ildə Sultan Süleymanın 100 minlik qoşunu Azərbaycana soxuldu. Sentyabrın 27- də Təbrizi ələ keçirdi. Lakin burada ciddi çətinliklə üzləşdi. Qışın sərt keçməsi və aclıq onları Bağdada bəkilməyə vadar etdi.

Sultan Süleyman ikinci dəfə 1535-ci ilin yazında Azərbaycana yürüş etdi. Hələ bundan əvvəl I Təhmasib Təbriz əhalisini İraq və İrana köçürmüş, aparılması mümkün olmayan əmlakı məhv etmişdi. Osmanlı qoşunları Təbrizə daxil olsa da, aclıq və səfalət onları geri qayıtmağa vadar etdi.

Sultan Süleyman üçüncü dəfə 1548-ci ildə Azərbaycana soxuldu. Bu zaman qəzəlbaş əmirləri arasında çəkişmələr başlamış, Şirvanda isə Bürhan Mirzənin başçılığı ilə üsyan baş vermişdi. Vəziyyətin ağırlığını görən I Təhmasib 1548-ci ildə paytaxtı Təbrizdən Osmanlı sərhədlərindən uzaqda yerləşən Qəzvinə köçürdü. Osmanlı sərhəddindən Təbrizə qədər ərazidə ərzaq, ot-alaf məhv edilmiş, su quyuları doldurulmuşdu. Osmanlılar Təbrizi tutdular və 4 gün orada qaldıqdan sonra şəhəri tərk etdilər. Şahın qardaşı Əlqas Mirzə osmanlılara kömək edirdi. O, Həmədan yaxınlığında döyüşdə əsir düşdü, Qəhqəhə qalasına salındı və orada da öldü.

Osmanlılar Azərbaycanı tərk edəndən sonra 1549-cu ildə Abdulla xanın başçılığı ilə qızılbaşlar Şirvana yürüş etdilər. Əlişaban adlı yerdə üsyançılar məğlub edildi. Şirvanın müstəqilliyinə nail olmaq məqsədi güdən bu üsyan yatırıldı. Abdulla xan Şirvanın bəylərbəyi təyin olundu.

I Təhmasib osmanlılara qarşı fəal hərbi əməliyyata başladı. 1552-ci ilin yazında 4 istiqamətdə Osmanlı ərazisinə hücum etdi. Xilat, Van, Bitlis, Vostan, Ərçiş qalaları dağıdıldı. Qızılbaşlar xeyli qənimət ələ keçirdilər.

1554-cü ilin baharında Sultan I Süleyman dördüncü dəfə Azərbaycana yürüş etdi. O, Naxçıvanı işğal etsə də, ərzaq çətinliyi onu Ərzruma geri çəkilməyə məcbur etdi. Osmanlı qoşunlarını təqib edən qızılbaşlar onlara böyük zərbə vurdular. Sultan I Süleyman bu zaman Krım xanının süvarilərini osmanlıların tərəfinə keçmiş Qasım Mirzənin köməyinə göndərdi. Osmanlı qoşunları isə yenidən Şirvana yürüş etdi, lakin Buğurd qalası yaxınlığında məğlub oldular. Gülüstan qalası ətrafında bəylərbəyi Abdulla xan Qasım Mirzəni məğlub etdi. O, Dağıstana qaçdı. Səfəvilər əlverişli şərait yarandıqca osmanlılar üzərinə hücum edir, onları məğlubiyyətə uğradırdı. Bu isə osmanlıların qüvvəsini tükədirdi. Azərbaycanı işğal etmək planının boşa çıxdığını görən Sultan I Süleyman Səfəvilərlə danışıqlara başladı. 1555-ci il mayın 29-da Amasiyada sülh müqaviləsi bağlandı. Bu sülhə görə Qərbi Gürcüstan, Qərbi Ermənistanosmanlılara, Şərqi Gürcüstan, Şərqi Ermənistan səfəvilərə verildi. Beləliklə, Osmanlı-Səfəvi müharibələrinin birinci mərhələsi başa çatdı.




Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin