Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Mövzu: Azərbaycan XVI əsrin II yarısı – XVII əsrdə



Yüklə 227,84 Kb.
səhifə55/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   51   52   53   54   55   56   57   58   ...   66
null-23

Mövzu: Azərbaycan XVI əsrin II yarısı – XVII əsrdə.

Plan:

  1. XVI əsrin II yarısında Səfəvi dövlətinin daxili vəziyyəti. Osmanlı-Səfəvi müharibələrinin yeni mərhələsinin başlanması.

  2. .Səfəvilər dövləti XVI əsrin sonunda.

  3. Şah I Abbasın islahatları.

  4. XVII əsrin birinci yarısında Osmanlı-Səfəvi müharibələri.

  5. Cəlalilər hərəkatı. Koroğlu.

  6. XVI-XVII əsrlərdə Azərbaycanda sosial-iqtisadi həyat və mədəniyyət

  7. Ədəbiyyat.

1.Azərbaycan tarixi. (uzaq keçmişimizdən- 1870-ci ilə qədər) S.Əliyarlının redaktorluğu ilə.B,. 2009

2.Azərbaycan tarixi. Z.Bünyadovun, T.Vəliyevin və Y.Yusifovun redaktorluğu ilə.B., 2005.

3.Azərbaycan tarixi, 7 cilddə.B., 2007-2008.

4.Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. B., 1993.

5. Fərzəliyev Ş. Azərbaycan XV-XVI əsrlərdə.

6.Məmmədov S. Azərbaycan XV – XVII əsrin I yarısında.B., 1981.

7. Onullahi S. XIII-XVIII əsrlərdə Təbriz şəhərinin tarixi.

1.XVI əsrin II yarısında Səfəvi dövlətinin daxili vəziyyəti.Osmanlı-Səfəvi müharibələrinin yeni mrhələsinin başlanması.

1576-cı il mayın 14-də İ Təhmasib vəfat etdi. Onun ölümündən sonra Səfəvilər dövləti Osmanlı işğalları və feodal çəkişmələri nəticəsində zəiflədi. İri feodalların mərkəzdənqaçma halları gücləndi. Şahın ölümünün ikinci günü sevimli oğlu şahzadə Heydər öldürüldü. Şamlı, Rumlu tayfa başçılarının köməyi ilə İsmayıl Mirzə II İsmayıl adı ilə hakimiyyətə gətirildi. II Şah İsmayıl (1576-1577) 1554-1555-ci illərdə Xorasanda hakim olmuş, sonra atasına qarşı çıxdığına görə Qəhqəhə qalasına salınmış, 20 illik məhbusluq həyatından sonra Səfəvi taxtına çıxmışdır. O, düşmənlərini aradan qaldırmaq üçün tədbirlər görməyə başladı. İki qardaşını öldürdü, bir neçəsinin isə gözünü çıxartdırdı. Onun azğınlığını görən feodallar ona qarşı sui-qəsd təşkil etdilər və onu zəhərləyib öldürdülər. Qəsddə onun bacısı Şirvanşah II Xəlilullahın dul qadını Pərixan da iştirak etmişdi. 1577-ci ildə Pərixan dayısının köməyi ilə hakimiyyətə gəldi.Lakin hakimiyyət uğrunda gedən siyasi mübarizəyə qardaşı Məhəmməd Mirzə də qoşulmuşdu Məhəmməd Mirzə Qəzvində “dövlətin sütunlarını” öz tərəfinə çəkə bildi. Qızılbaş əmirlərinin köməyi ilə Məhəmməd Mirzə bacısı Pərixana qalib gələrək 1578-ci il fevralın 13-də hakimiyyətə gəldi.

Məhəmməd Mirzə (1578-1587) düşmənlərini saraydan uzaqlaşdırdı. Pərixanı, hətta II İsmayılın bir yaşlı oğlunu da edam etdirdi. Məhəmməd Mirzənin (Xudabəndə) arvadı Məhdi Ülya dövlət işlərinin iadarəçiliyni ələ keçirdi, ali divan vəkili vəzifəsini tutdu.Padşahın fərmanında vəzirin möhürü ilə yanaşı Məhdi Ülyanın da möhürü vurulmalı idi.

Xudabəndə iradəcə zəif olduğuna, gününü kef məclislərində keçirdiyinə görə dövlətin idarə olunmasında ikinci mühüm şəxs vəzir Mirzə Salman idi. Tarixçilər qeyd edirlər ki, O, ancaq padşah titulu ilə kifayətlənirdi.İsgəndər Münşi göstərir ki, Təhmasib tərəfindən 53 il müddətində toplanmış sərvət talan edilmiş, xəzinədən qızıl sandıqlarla daşınmışdır. İsrafçılıq nəticəsində xəzinə boşaldı. Şahın yaxın adamlarına çoxlu hədiyyələr verməsi, xəzinənin talan edilməsi, qızılbaş əmirləri arasında çəkişmələr, onların mərkəzi hakimiyyətə tabe olmaması Səfəvi dövlətinin zəifləməsinə və onun müdafiə qüdrətinin sarsılmasına səbəb oldu

Osmanlı sultanı III Murad (1574-1595) yaranmış vəziyyətdən istifadə etdi və 1577-ci ildə Van hakimi Xosrov paşa vasitəsi ilə Səfəvilərə qarşı kürdlərin qiyamını təşkil etdi. Xosrov paşa Amasiya sülhünü pozaraq Xoy üzərinə hücum etdi. Sonra isə Urmiyanı ələ keçirdi. Osmanlıların tezliklə hücum edəcəyindən ruhlahah Marağa yaxınlığındakı kürdlər qiyam qaldırdılar, 10 min cins ərəb atı ələ keçirdilər. Şirvanda osmsanlıların köməyi ilə səfəvilərə qarşı üsyan baş verdi. Səfəvi dövlətinin zəifləməsindən istifadə edən Sultan Murad onun torpaqlarını ələ keçirməyə ciddi hazırlıq gördü.

1578-ci ildə Mustafa Lələ paşanın başçılığı ilə 100 minlik osmanlı qoşunu cənubi Qafqaza soxuldu. Osmanlıların məqsədi Gürcüstanı ələ keçirmək, sonra isə hücumu genişləndirmək idi. Səfəvi sərkərdələri osmanlıların Gürcüstana hücumunun qarşısını kəsmək istəyirdilər. Osmanlı ordusu ilə toqquşmada səfəvilər qalib gəldilər. Lələ paşanın göndərdiyi qoşun da məğlub edildi. 1578-ci il avqustun 9-da Qarsın şimal-şərqində Çıldır gölü yaxınlığında Osman paşanın qoşunlarının əsas hissələri döyüşə girdi. Səfəvilər məğlub oldular. Səfəvilərin məğlubiyyətinin səbəbi o idi ki, Səfəvi qoşunlarının başçıları arasında birlik yox idi, əmirlər özlərinə həddindən artıq güvənirdilər, osmanlılarla döyüşə laqeydlik göstərirdilər. Bir də osmanlı qoşunlarının sayı səfəvilərin qoşunlarından bir neçə dəfə çox idi.

Mustafa Lələ paşa Çıldır döyüşündən sonra 1578-ci il avqustun 24-də Tiflisi tutdu və 60 minlik osmanlı əsgərini burada yerləşdirdi. Gürcü hakimləri arasında da birlik yox idi. Kartli çarı Simon osmanlılara qarşı partizan müharibəsinə başladı. Kaxetiya çarı Aleksansdr isə osmanlıların tərəfinə keçdi..Osmanlılar Gürcüstanı tutandan sonra Qanıx (Alazan) çayına qədər irəlilədilər.

1578-ci il sentyabr;n 9-da Qanıx çayı ətrafında baş verən döyüşdə Səfəvi qoşunu osmanlıları məğlub etdi. Səfəvilər çoxlu qənimət və əsir ələ keçirdilər. Osmanlılar Qanıx çayını keçərkən 8 min əsgər itirdilər. Bununla belə, osmanlılar Ərəş, Şamaxı, Qəbələ, Bakı,Şabran, Mahbudabad, Salyan və başqa əraziləri tutdular. Şirvan əyanlarının təhriki ilə bəzi yerlərdə əhali Səfəvilərə qarşı çıxdılar. Şirvan əyanları Şirvanın müstəqilliyini bərpa etmək ümüdində idilər. Osmanlı qoşunu Dərbəndə daxil olarkan əhali qiyam qaldıraraq 300 nəfər qızılbaşı öldürdü.

Qsmanlılar işğal etdikləri ərazidə Şirvan və Dərbənd bəylərbəyliyini yaratdılar. Bu bəylərbəyliklər sancaqlara bölündü. Şirvan əyanlarının Şirvanın müstəqilliyini bərpa etmək ümüdi boşa çıxdı. Şirvan bəylərbəyi Aras xan Osman paşanı Şamaxıdan çəxarmağa cəhd göstərdi. Lakin bu vaxt tatarlar, osmanlılar və Şirvan üsyançıları Aras xanı və bir qurup əsgəri əsir alıb edam etdilər.

Bu zaman şahın oğlu Həmzə Mirzə Qəzvindən Qarabağa doğru irəliləyib, burada qızılbaş əyanları və vəzir Mirzə Salmanın qoşunları ilə birləşdi. Birləşmiş qüvvələr Şirvana doğru hərəkət etdilər. 1578-ci il noyabırın 28-də Ağsuçayı sahilində Mollahəsənli deyilən yerdə Osman paşanın köməyinə gəlmiş Krım xanı Adil Gəray məğlub edildi. Qızılbaşlar hücum edib Şamaxını tutub, Şabrana qədər irəlilədilər. Osman paşa Dərbəndə çəkildi, Dərbənd onlarda qaldı. Həmzə Mirzənin qələbələri Səfəvilər dövlətinin daxilində gedən çəkişmələri bir qədər sakitləşdirdi. Həmzə Mirzə, Mirzə salman və Bəyim qızılbaş əyanlarının müqavimətini qırmağa çalışırdılar. Bir qədər sonar Səfəvilər dövlətində daxili çəkişmələr yenidən qüvvətləndi. Etnik ünsürlər fəallaşdı. Şahın arvadı Xeyrannisə bəyim vəzir Mirzə Salmanın köməyi ilə sarayda yüksək vəzifələrə fars mənşəli adamları təyin edir, dövlətin idarəetmə işlərində Azərbaycan əyanları sıxışdırılırdı. Bu da azərbaycanlı əyanlar arasında ciddi narazılıq yaradırdı. Xeyrannisə bəyim və Mirzə Salman bu narazılıqların qarşısını ala bilmədilər. Qızılbaş əyanları onları aradan götürmək üçün vasitələr axtarırdılar. 1577-ci ildə Xeyrannisə bəyim əsir düşmüş Krım xanı Adil Gərayla münasibətdə günahlandırıldı və öldürüldü. Qızılbaş əmirləri ilə vəzir Mirzə Salman arasında münasibətlər kəskinləşdi. Onlar şahdan Mirzə Salmanı tələb etdilər və 1583-cü ildə öldürdülər. 1579-cu ildə Krım xanı Məhəmməd Gəray yüz minlik qoşunla Dərbəndə gəldi və burada Osman paşanın qüvvələri ilə birləşdi. Şamaxı, Bakı, Ərəş, Şəki, Qarabağ və Muğana hücum etdi. Onlar Qızılağaca qədər olan əraziləri qarət etdilər. Osmanlılar qızılbaşların Şirvana hücum etdiklərini eşidib geri döndülər. 1578-1579-cu illərdə Osmanlı və Krım qoşunlarının hücumları nəticəsində ölkəni aclıq və taun xəstəliyi bürüdü.

Qızılbaş əyanları arasında ziddiyyət gücləndi. Şahın Herata hakim göndərdiyi oğlu Abbas Mirzənin qəyyumu Əliqulu xan təyin edildi. Türkmən və Təkəli tayfalarının əmirləri onu müdafiə etdilər.Məşhəddə isə Əliqulu xanı istəməyən, onunla düşmən olan Murtuzqulu xan hakim idi. Beləliklə, Xorasan, Herat və Məşhəd bölgələrində bir-birinə düşmən olan iki qurup yarandı. Bu quruplar arasında gedən mübarizədə Əliqulu xan məğlub oldu. 1581-ci ildə Abbas Mirzəni şah elan etmək baş tutmadı.




Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin